Bazar, 20 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Qarabağ” - “Neftçi” oyununun vaxtı müəyyənləşdi

Mayın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasında son turun oyun cədvəli müəyyənləşib.

PİA.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, görüşlərin hamısı mayın 19-da keçiriləcək. “Neftçi” və “Qarabağ” komandaları arasındakı çempionluq qarşılaşması Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da saat 20:30-da başlanacaq.

Qalan 3 görüş isə daha erkən - saat 18:00-da start götürəcək. Həmin görüşlərdə “Səbail” klubu “Sumqayıt”ı, “Sabah” komandası “Zirə”ni, “Keşlə” isə “Qəbələ”ni qəbul edəcək.

Turun iki görüşü “CBC Sport” telekanalı vasitəsilə, digər iki qarşılaşma isə PFL-in saytında canlı yayımlanacaq.

İyirmi yeddi turdan sonra aktivində 57 xalı olan “Qarabağ” birinci, 56 xalı olan “Neftçi” ikinci, 38 xalla “Zirə” üçüncü, 36 xalı olan “Sumqayıt” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sabah” (26), “Qəbələ” (26), “Səbail” (24) və “Keşlə” (23) yer alıblar.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Fulya Öztürkdən Turan İbrahimova cavab: "Əlinizi vicdanınıza qoyun"

“Danışa bilmir” deyilən Əkrəm Əylislidən açıqlama

“Bizim problemimizi ancaq Putin həll edə bilər...”

Qanı batırılan və unudulan vəkil - İlham Rəhimovun verdiyi vədin sonu nə oldu?

Yenə EGE Hospital: 8 iznsiz əməliyyat, klebsiella mikrobu, 80 min ziyan, koma...

“Fulya Öztürk haqqında çəkiləcək film yersizdir” - Turan İbrahimov

Rusiya düşməndirsə, o zaman 3+3 platforması necə qurulacaq?

Ən çox oxunanalar