Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanı təcavüzkar kursdan əl çəkməyə necə vadar etmək olar?

“Sanksiyaların uzunmüddətli təsiri Rusiya iqtisadiyyatını ciddi şəkildə sarsıdacaq”.

“Nə qədər ki, Putin öz ətrafıyla hakimiyyətdədir, Rusiya aqressiv davranacaq”.

Aprel ayında ABŞ-ın bir sıra Rusiya banklarına, şirkətlərinə, fiziki şəxslərə və bu ölkənin suveren borclarına yönələn sanksiyalarını Kremlin məsuliyyətsiz və təcavüzkar siyasətinə verilən növbəti cavab saymaq olar.

Anoloji sərt tədbirləri Avropa da tətbiq etməyə başlayır. Bu yaxınlarda Avropa Parlamentinin nümayəndələri Rusiyanın təcavüzkar hərbi fəaliyyətinə qarşı irəli sürülmüş qabaqlayıcı tədbirlər planına 569 səs lehinə, 67 səs əleyhinə olmaqla səs veriblər. Həmin layihədə bildirilir ki, əgər Rusiya Ukraynaya qarşı yenidən təcavüzə başlayarsa, onda bu ölkənin SWIFT ödəmə sistemindən çıxarılması, Putinə yaxın oliqarxların və onların ailə üzvlərinin aktivlərinin dondurulması, viza rejiminin ləğvi prosedurları mütləq həyata keçiriləcək.

Sanksiyaların növbəti dalğası Avropa Parlamentinin üzvləri arasında debatları yenidən qızışdırıb. Bu debatlarda görülən tədbirlərin lazımi hədəflərə yönləndirilməsi və onların nə qədər səmərəli olması barədə qızğın müzakirələr gedib. Vəziyyətin necə olmasından asılı olmayaraq, bu gün tətbiq edilən sanksiyalar hələ də Rusiya prezidenti Vladimir Putini tutduğu kursdan əl çəkməyə vadar etməyib.

Amma sanksiyalara ünvanlanmış tənqidlər heç də həmişə düzgün olmur, çünki bu sanksiyalar artıq Rusiyanı zəiflədib, Putinin geniş manevr etmək imkanlarını tükəndirib.

 

Tənqidçilər çoxdandır ki, məhdud sanksiyalarla Putinin önünün kəsilməsinin mümkün olmayacağını deyirlər. Onların fikrinə görə, bu cür sanksiyalar yalnız sadə rusiyalılara ziyan vurur. Həqiqətən də sanksiyalar olduqca məhdud effekt verir, xüsusən də qısamüddətli perspektivdə.

Putinin Ukraynaya müdaxiləsindən sonra görülən tədbirlər Rusiyanın sonrakı təcavüzünün qarşısını almağa kömək edib, onu dayandırıb. Ancaq buna baxmayaraq nə diplomatiyanın, nə də sanksiyaların indiki səviyyəsi Putini işğal etdiyi ərazilərdən çıxarmayıb.

2014-cü ildən başlayaraq həyata keçirilən sanksiyalar sayəsində Rusiya Ümumi Daxili Məhsulunun böyüməsi hər il 2,5 faiz geriləyir. Hazırkı sanksiyalar kifayət qədər güclü görünməyə bilər, ancaq onların uzunmüddətli təsiri Rusiya iqtisadiyyatını ciddi şəkildə sarsıdacaq.

 

Ukraynaya təcavüzə cavab olaraq tətbiq edilən sanksiyalardan sonra 2015-ci ildə Beynəlxalq Valyuta Fondu apardığı təhqiqatın nəticələrinə dair materialını dərc edib. Həmin sənəddə göstərilir ki, Qərb sanksiyaları və Moskvanın buna əks sanksiyalarla reaksiya verməsi nəticəsində birinci mərhələdə Rusiyanın real Ümumi Daxili Məhsulu(ÜDM) 1-1,5 % azalıb.

İlk baxışda bu, yetərli görünməyə bilər. Amma Beynəlxalq Valyuta Fondunun məruzəsində proqnoz verilir ki, sanksiyalar üzündən orta müddətli perspektivdə Rusiyanın ÜDM-i 9%-ə kimi aşağı düşə bilər. Son dəyərləndirmələrə əsasən beynəlxalq sanksiyalar Rusiya ÜDM-ni illik 1,5 faiz azaldır.

ABŞ-ın “Atlantic Council” analitik mərkəzindən iqtisadçı Andres Oslund(Andres Aslund) və politoloq Mariya Sneqovaya(Maria Snegovaya) hesab edirlər ki, getdikcə vəziyyət daha da ciddiləşəcək. Onların dəyərləndirmələrinə görə, 2014-cü ildən sanksiyalar Rusiya ÜDM-nin böyüməsini orta hesabla hər il 2,5 faiz aşağı salır. Bu baş verənlər hökumətin daha açıq maliyyə və pul -kredit siyasəti aparmasına mane olur.

Beləliklə, 2014-cü ildən bu yana hər il Rusiya iqtisadiyyatının illik böyüməsi çox cüzi rəqəm - 0,3% təşkil edib. İqtisadiyyatın müəyyən mənada zəif böyüməsini həmçinin neft və qaz qiymətlərinin aşağı düşməsilə izah edirlər. Amma sanksiyalar sərmayəçilərin qərarlarına, şirkətlərə və dövlətə təsirsiz ötüşmür.

Ümumiyyətlə, bundan sonrakı dövrlərdə Rusiyanın öz hərbi avantüralarını, diversiyalarını, repressiyalarını həyata keçirməsi üçün xeyli az resursu olacaq. Son illər artıq Moskva hərbi xərclərlə bağlı ambisiyalı planlarını azalatmaq məcburiyyətində qalıb ki, buna da sanksiyaların təsiri şübhəsizdir.

 

Putinin özbaşınalığı və avantürası, həmçinin Rusiyanın ordu, təhlükəsizlik və kəşfiyyat strukturlarında öncül mövqe tutanların öz liderlərinə bənzəmələri göstərir ki, ölkədə yaxın zamanlarda əhəmiyyətli müsbət dəyişikliklər gözləməyə dəymir.

Elə bu səbəbdən də Vaşinqton və müttəfiqləri hazırkı sanksiyalara əlavələr etməli və həm də Rusiyanın iqtisadi böyüməsinə qarşı hərtərəfli və uzunmüddətli proqram hazırlamalıdırlar. Bu plan Moskva öz aqressiv kursundan əl çəkənə kimi davam etdirilməlidir.

Qərb Rusiya ilə mümkün olan sahələrdə əməkdaşlığa getməlidir(məsələn, silahlanmaya nəzarət və iqlim siyasətində). Lakin nə qədər ki, Putin öz ətrafıyla hakimiyyətdədir, Rusiya aqressiv davranacaq.

Putin oliqarxlar və onların şirkətləri vasitəsiylə Britaniya, Almaniya və Avstriya kimi Qərb ölkələrinin keçmiş hökumət məmurlarını və isteblişment nümayəndələrinin dəstəyini satın alır. Belə şəxslərə qarşı tədbirlər görülməsi vacibdir.

Aşağıda qeyd olunanlar Rusiyanın iqtisadi böyüməsini əngəlləyə biləcək bir neçə əlavə tədbirlərdir:

- Putinin ətrafını və ona yaxın olan oliqarxları, həmçinin də Kremlə xidmət göstərən Qərbin yüksək vəzifəli nümayənələrini hədəfə götürən fərdi sanksiyaların əhəmiyyətli dərəcədə genişləndirilməsi;

- Rusiya bank təşkilatlarına qarşı maliyyə sanksiyalarının gücləndirilməsi;(Bu banklar vasitəsilə Kreml sevimli layihələrini maliyyələşdirir)

- Qərbin maliyyə bazarlarına Rusiya hökumətinin girişini sərt şəkildə məhdudlaşdırmaq. Rusiya dövlət istiqrazlarının ikinci əldən alınmasını dayandırmaq;

- Enerji sektorunda mövcud istehsala qarşı deyil, bu sahəyə investisiya yatırılmasına qarşı sanksiyaların genişləndirilməsi. Rusiya enerji şirkətlərinin sərmayə qoyuluşundan məhrum edilməsi;

- Rusiyaya texnologiya ixrac edilməsinin dayandırılması üçün beynəlxalq koordinasiya tədbirlərinin sərtləşdirilməsi;

Əlbəttə, ABŞ və müttəfiqləri Rusiya qarşısında dəqiq şərt qoymalıdırlar. Deyilməlidir ki, əgər Donbasdakı problem həll olunacaqsa, onda ünvanlı sanksiyalar ləğv edilə bilər. Lakin Rusiya çətin ki, bu sövdələşməyə maraq göstərsin.

Artıq Putin rejiminə qarşı inadlı və ciddi iqtisadi təzyiq edilməsi ilə bağlı Transatlantik məkanının subyektlərinin öz aralarında strateji danışıqlar aparmalarının vaxtı gəlib çatıb. Sanksiyalara münasibətdə səmərəli, sistemli, uzunmüddətli yanaşma işlənib hazırlanmalıdır. Qərb siyasətinin mahiyyəti Putin Rusiyasını ətraf ölkələrə ziyan vurmaq imkanından məhrum etmək olmalıdır.

“Foreign Policy”-ABŞ

Tərcümə: “AzPolitika.info”nundur

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar