Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bataqlıqda müharibə yenidən alovlanır - Suriyanı xilas etmək üçün ümid varmı?

Əsədin alternativlərinin olmaması səbəbiylə ortaya çıxdığını görən ərəblər ölkənin ərazi bütövlüyünə sahib olmasını, sabitliyə qayıtmasını və yenidən qurulmasını istəyirlər. Bəs mövcud rejim buna rəsmi şəkildə kömək edə bilərmi?..

Rıdvan Seyyid
“Şarkul Avsat” qəzeti, 7 may 2021-ci il

Böyük güclərin Suriya üzərindəki qarşıdurmaları heç bir şəkildə bitmir. İndi yenidən qarşıdurmaların başladığını deyə bilərik. Son həftələrdə Suriyada və ətrafında aktivliyin artdığının şahidi oluruq.

Əslində, ruslar Astana üçbucağından ayrılaraq avropalılara və ərəblərə üz tutublar. Birdən-birə 2254 saylı qətnaməni və səfiri dinləməyə başlayıblar. Ancaq avropalılar, beynəlxalq səfirlər və hətta ABŞ-la aparılan əzəmətli danışıqlar uzanmağa başlayıb. Cenevrədəki son görüş də uğursuz oldu. Çünki Suriya rejiminin və müxalifətin mövqeyi dəyişməyib.

Avropalılar və amerikalılar humanitar məsələlər, beynəlxalq qətnamənin icrası, konstitusiya dəyişikliyi, qaçqınların qaytarılması və yenidənqurma ilə maraqlanırlar. Bunlar açıq şəkildə heç bir irəliləyiş görmədikləri mövzulardır. Təfərrüatlara qapılmağın isə mənası yoxdur. Bununla birlikdə, rejimin öz nəzarətindən kənar bölgələrə qarşı kimyəvi silah istifadə etməsindən də danışırlar. Onların düşüncələri Rusiyanın üçüncü, dördüncü və ya onuncu dəfə Bəşər Əsədin yenidən seçilməsinə hazırlaşması yönündədir.

Bəli, ruslar ərəblərin sahəsində və Əsəd rejiminin lehinə müəyyən uğurlar əldə ediblər. Türkiyə və Qətərlə birlikdə Suriya məsələsini həll etmək üçün başqa bir üçlük qurublar. Məlumdur ki, bu tərəflər müxalifətin nöqteyi-nəzərinə görə daha aşağı səviyyədədir. Digər tərəfdən, Rusiya Əsədlə münasibətləri davam edən və ya yeni yaranan ərəb ölkələri ilə əlaqə qurub. Məsələn, Misir, BƏƏ, İraq və İordaniya. Suriyanın Ərəb Birliyinə qayıtması ilə bağlı bəzi söhbətlər də gəzir.

Ancaq davam edən rus dinamizmi ilə birlikdə yeni bir Amerika adminstrasiyası da var. Tramp administrasiyası Bəşərə və onun rejiminə qarşı son dərəcə mənfi mövqedən çıxış edirdi. Eyni şey Bayden adminstrasiyası üçün də deyilir, lakin yeni rəhbərliyin siyasətləri hələlik mühakimə olunacaq və yönləndiriləcək qədər dəqiq deyil.

İndi Suriya sahəsindəki qüvvələrin və meyillərin necə olacağı və ya inkişaf edə biləcəyi məsələsinə qayıdaq.

Burada rejimdən və ruslardan başqa, iranlılar və müxtəlif milislər də var. Dəməşq yaxınlığından Həmas, Hələb və İraqla sərhəddə böyük bölgələrə qədər mərkəzləri və bazaları var. Həmçinin, bu nizama daxil olan türklər də var. Suriya sərhədindəki bir əraziyə nəzarət edirlər və orada silahlı müxalifətlə ortaqlıq qurublar.

Digər tərəfdən, İraq və İordaniya sərhədlərində onlarla bazası olan ABŞ ordusu tərəfindən qorunan kürd bölgələri var. Bundan əlavə, Heyət Təhrir əl-Dəməşq (HTD) və digər silahlı təşkilatların nəzarətində olan İdlib şəhəri var.

Görəsən, cari dövr üçün açar kimi görünən Rusiya hərəkatına qarşı bütün bu partiyaların mövqeləri necədir? İranlılar bu işə nə deyirlər?

Kürdlər rəsmi rejimlə birlikdə olsalar da, həm hərbi, həm təhlükəsizlik, həm də demoqrafik varlıqda israr edirlər. İllərdir İsrailin hücumlarına dözürlər və hələ də bu hücumlar davam edir. Digər tərəfdən, İordaniya və İsrail sərhədlərinə doğru genişlənməkdə də israr edirlər.

Bəs minlərlə əsgər, texnika və bazaya sahib olan türklər necə? Bu iki sualın cavabı maraqlıdır. Çünki bu bataqlıqdan çıxmaq üçün edilən hər bir cəhd açıq şəkildə iki şeyə əsaslanır: bütün xarici güclərin çıxışı və yenidənqurma xərclərinə nəzarət. Bəs iranlılar və türklər hansı şərtlər altında geri çəkilə bilərlər? Bu mövzuda kim onlarla danışıqlar aparacaq?

Digər aktyorlara gəldikdə isə onlarla danışmağın açarı beynəlxalq qərara görə siyasi bir islahatdır. Yəni kürdlərdən və müxalifətdən danışıram. Əlbəttə ki, onlar müstəqil aktyor deyillər. Onların arxasında amerikalılar və türklər var.

Gəlin ərəb yanaşmasına qayıdaq. Burada ərəblərin olmadığını nəzərə alaraq yanaşma nöqtələrindən bəhs edirik. Hətta Kazıminin İraqı da Suriya sahəsində deyil. Əksinə, iraqlı, livanlı, əfqan və pakistanlılar da daxil olmaqla müxtəlif milislər var. İraq hökumətinin bunlar üzərində təsiri yoxdur. Bunlar özlərini yetişdirən və göndərən İrana kor-koranə bağlıdırlar.

Əsədin alternativlərinin olmaması səbəbiylə ortaya çıxdığını görən ərəblər ölkənin ərazi bütövlüyünə sahib olmasını, sabitliyə qayıtmasını və yenidən qurulmasını istəyirlər. Bəs mövcud rejim buna rəsmi şəkildə kömək edə bilərmi? Əlbəttə ki, xeyr. İdarə etdiyi bölgələrdə belə bunu təmin etmək mümkün deyil.

Həqiqətən də, ordunun qalan hissəsi iranlılara və ya ruslara bağlı bir vəziyyətə düşüb. Ərəblər yuxarıda göstərilən hədəflərə çatmaq üçün onun gücünü bərpa etməsinə kömək edə bilərmi? Rejimin buna marağı varmı? Yüklər və məsuliyyətlər çox ağırdır. Daxildən və xaricdən köçkün olan 12 milyon insan və bir milyon ölü və məhbus var. Ölkənin 40%-i xaraba vəziyyətindədir. Bundan əlavə, özünü xilas etmək üçün rusları, iranlıları və milisləri gətirən rejimin öz iqtidarı ilə yanaşı, həm də iradəsi və reallığı da əsir götürülüb.

Bu, o deməkdir ki, Suriyanı xilas etmək üçün bir ümid yoxdur? Ərəblər bunda rol oynaya bilərlərmi? Əsas məsələ budur ki, hazırda bir ərəb rolundan danışa bilmirik. Halbuki bu, çox vacibdir. Həmçinin, ruslar, amerikalılar və beynəlxalq arena uyğunluq içində olmalıdır.

Daha əvvəl Sudanda baş verənlər, indi də Liviyada baş verir. İraqlılar, livanlılar, iordaniyalılar və fələstinlilər qədər heç kim Suriya üçün sülh və təhlükəsizlik istəyə bilməz. Lakin ərəblər bu hədəflərə çatmaq üçün qərarlı bir şəkildə hərəkət etməlidirlər. Böyük ərəblərin beynəlxalq aktyorlarla olan ortaqlığı bu tragik vəziyyəti həll edə bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Suriya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar