Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda seçkilərin nəticəsinə Rusiyanın ermənilər tərəfindən necə qəbul edilməsi təsir göstərəcək

40 gündən sonra Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkilər parlament respublikası üçün hakim siyasi qüvvələrin müəyyən edilməsində həlləedici sayılır. Seçki savaşının əsas iştirakçıları məlumdur. Ermənistanda seçicilərin sayının həddindən artıq məhdud olması və elektoratın yüksək siyasiləşdirilməsinin nəticəsi olaraq yeni populyar siyasi qüvvənin önünə çıxmaq mümkün olmadığından daxili siyasi mübarizənin minimal variantlarını proqnozlaşdırmaq olar. Autsayderlər seçicilərin 40 faizinin səsinə ümid edirlər ki, sosioloqların fikrincə, onlar hələ seçimi müəyyənləşdirməyiblər.

Məlum olduğu kimi, Azərbaycanla müharibədə məğlubiyyətə baxmayaraq, hakim partiyanın lideri Nikol Paşinyan seçkiqabağı güclü mövqeyini qoruyub saxlayır. Ekspertlər ona seçkidə səslərin təxminən üçdə birini ayırırlar. Bu, onun bütün rəqiblərinin birlikdə yığdığı səsdən çoxdur.

Siyasi texnoloq Vigen Akopyan hesab edir ki, Paşinyandan başqa eks-prezident Robert Köçəryanın rəhbərlik etdiyi "Daşnaksutyun"-“Dirçələn Ermənistan” bloku, Ermənistan Respublika Partiyası "Vətən" bloku, Çiçəklənən Ermənistan Partiyasının və ola bilsin ki, Erməni Milli Konqresinin (lider Ermənistan Respublikasının ilk prezidenti Levon Ter-Petrosyan) qalib gəlmək şansı var. Bu beşlikdə ilk prezident autsayder sayılır və görünür, bunu bilən Ter-Petrosyan bu günlərdə rəqiblərini Paşinyan əleyhinə Milli Barış Alyansında birləşmək təklifilə şoka saldı. Bununla da Paşinyanla Ter-Petrosyan arasında ictimaiyyətdən gizli əlaqə haqda deyilənlərə son qoyuldu.

Erməni cəmiyyəti Ter-Petrosyanın onun Dağlıq Qarabağ klanından əbədi düşməni olan Köçəryan və onun davamçısı Sarqsyanla birlik çağırışından həyəcanlanıb.

Lakin Ter-Petrosyanın çağırışına nə Köçəryan, nə də Sarqsyan razılıqla cavab verməyiblər. Bu, dünənki düşmənlərin sonrakı seçkiqabağı günlərdə həqiqətən də birləşəcəyini istisna etmir və o zaman belə bir sual yaranır: yeni blokun lideri kim olacaq, siyasi birlik kim üçün fəaliyyət göstərəcək?

Əgər bu, baş verməsə, indiki vəziyyətdə seçkidə əsas mübarizə Paşinyanla Köçəryan arasında yaranacaq, - Akopyan belə hesab edir. Mübarizənin məntiqi göstərir ki, əgər Ter-Petrosyanın çağırışı dəstək alarsa, o zaman birinci və üçüncü prezidentlər Robert Köçəryanın hakimiyyətə qayıtması uğrunda mübarizə aparmalıdırlar.

Ermənistanda Ter-Petrosyanın "Paşinyan rejiminin təkrarlanması Ermənistan və Arsax üçün daha təhlükəlidir, nəinki Azərbaycan və Türkiyədən gələn mümkün və ya ehtimal olunan təhlükələr” sözləri müzakirə olunur. Ter-Petrosyan hesab edir ki, keçmiş prezidentlərin birləşməsi Ermənistanda depressiv atmosferi yumşaldacaq ki, bu da onların seçkilərdə daha yüksək göstəricilər əldə etməsinə kömək edəcək. Lakin Ter-Petrosyan üç prezidentin (onların ikisi ictimaiyyət tərəfindən hərbi məğlubiyyətdə ittiham olunur) milli depressiyanı aradan necə qaldıracağını açıqlamır. Ermənistanda yeni populyar siyasi lider yoxdursa, bu depressiyanı aradan qaldırmaq mümkündürmü? Seçicilər korrupsiya, qətl və yalan girdabında olan siyasətçilərdən seçməli olacaqlar?

"Cənubi Qafqazın siyasi coğrafiyası" erməni bloqunda Paşinyanın yenidən baş nazir postuna seçilməsinə qarşı arqumentlər sadalanır: Paşinyan ölkə daxilində və xaricində tamamilə nüfuzdan düşüb. O, dövlət idarəçiliyi sistemini dağıdıb, milli layihəni və ölkənin bütün müdafiə sistemini çökdürüb.

İkinci motiv üç prezidentin nüfuzunun birləşdirilməsidir ki, bu da ümumi işə kömək edəcək. Son zamanlar Ermənistanda "antireytinqlərin birləşməsi" konsepsiyası mövcuddur, Paşinyan ölkənin bütün ictimai və siyasi qüvvələrinin nüfuzunu uğurla aradan qaldıra bildiyinə görə bu, həqiqətən əsas amilə çevrilib. Paşinyan Ermənistanın siyasi elitasını təqib edərək onun birləşməsinə şərait yaradıb, - bloqer yazır.

Siyasi fəal İşxan Verdyan isə əmindir ki, Türkiyə və Azərbaycanla əbədi düşmənçiliyin milli ideologiyası erməni xalqına ölümcül şəkildə bezdirib. Ermənilər Qarabağ uğrunda müharibənin təkrarlanmasını istəmirlər, ölkənin nəinki daha bir qaynar, hətta soyuq müharibə üçün maddi, mənəvi və insan resursları yoxdur. Paşinyan siyasi platformada hərbi revanşizmə işarə etməyən yeganə şəxs olduğundan əksəriyyət mövcud hakimiyyətə səs verəcək, - Verdyan hesab edir.

Ənənəvi olaraq Ermənistanda hesab olunurdu ki, seçkilərdə bütün əsas oyunçular üçün ümumi cəhət Moskvanın dəstəyini almaq cəhdidir. Əgər bu dilemma müharibədə məğlubiyyətdən sonra da qalırsa, o zaman Paşinyan onun barəsində yaranmış Rusiyanın düşməni-sorosçu obrazından çıxmağa çalışır. Köçəryan və Sarqsyan öz siyasi karyeralarının əvvəlindən Rusiyapərəst siyasətçilər kimi çıxış ediblər. Eyni zamanda əgər ölkənin növbəti liderini həqiqətən Putin müəyyən edirsə, o zaman Zəngəzur vasitəsilə Putinin nəqliyyat layihəsinin lokomotivi kimi Paşinyan çıxış edir, üç prezidentin tərəfdarları arasında isə nəinki bu dəhlizin bərpasından, hətta 9 noyabr 2020-ci il tarixli bəyanatın bəndlərinin icrasından imtina etmək tələblər paylanılır. Bu vəziyyətdə Moskva Paşinyanın qələbəsinə yardımçı olmaq sərfəlidir.

Amma tamamilə başqa fikir var. Politoloq Armen Vardanyan yazır ki, seçicinin qərarına Kremlin seçimi təsir etmir. Seçicini təhlükəsizliyin təminatı və sosial problemlərin həlli məsələləri maraqlandırır.

"Xarici qüvvələrdən legitimlik əldə etmək istəyi cəmiyyətdə mənfi münasibət yaradacaq. Xüsusilə Arsaxda (qondarma Dağlıq Qarabağ) payız müharibəsindən və bu müharibədə Rusiyanın neytral olmasından sonra. Cəmiyyətdə mentallıq dəyişib. Əgər əvvəllər siyasi qüvvələr Kremlin onları dəstəklədiyini göstərməyə çalışırdılarsa, indi açıqlamırlar, çünki bu, seçicini uzaqlaşdıra bilər", - o bildirib.

Belə olduğu halda Paşinyana dağıdıcı-sorosçu imici lazım olacaq.

Ola bilsin ki, iyunun 20-də keçiriləcək seçkinin nəticəsi hazırda erməni seçicilərin Rusiyanı hansı şəkildə gördüyündən asılı olacaq: düşmən, yoxsa müdafiəçi. Paradoksallıq ondadır ki, hər iki variantda Paşinyanın qələbə şansı yüksəkdir.(turan)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar