Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bill Geyts koronavirus əleyhinə peyvəndləri bəşər tarixindəki ən böyük elmi nailiyyət adlandırıb

“Microsoft”un qurucusu Bill Qeyts koronavirus əleyhinə yaradılmış peyvəndləri bəşər tarixindəki ən böyük elmi nailiyyət hesab edib.

APA xəbər verir ki, o, bu barədə “Handelsblatt” qəzetinə müsahibəsində bildirib.

Mütəxəssis deyib ki, COVID-19 peyvəndləri bu il pandemiyaya qalib gələcəyimizə böyük ümid verdi: “Peyvəndlər bəşər tarixinin ən vacib üç yenilikdən biridir. Onlardan ikincisi,mikroprosessorun ixtirasıdır. Bu, nəticədə fərdi kompüteri mümkün etdi, kompüter elmində inqilab yaradaraq, son 50 ildə təsirli bir yenilik dalğasını başlatdı”.

Üçüncü yenilikdən danışan Bill Qeyts əlavə edib ki, nisbətən yaşıl inqilab 1940-1970-ci illərdə kənd təsərrüfatı sahəsində baş verdi: “Amerikalı aqronom və selleksiya mütəxəssisi Norman Borlauqun kəşfi dünya kənd təsərrüfatı məhsullarının həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb oldu. Bundan əvvəl bütün dünya əhalisi üçün kifayət qədər qida istehsalının necə mümkün olduğunu təsəvvür etmək mümkün deyildi. Borlauqun ortaya qoyduğu iş, müxtəlif təxminlərə görə, 1 milyarddan çox insanı aclıqdan qurtardı”.

Sonda COVID-19 üçün dərmanların hazırlanmasına toxunan “Microsoft”un qurucusu vurğulayıb ki, əvvəllər heç vaxt elm adamları bu qədər qısa müddətdə təsirli peyvənd yaratmayıb: “Görünən odur ki, gələcəkdə koronavirusla bağlı elm adamları və şirkətlər bir-biri ilə daha yaxşı işləyə biləcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar