Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taksi fəaliyəti: Şirkətlər müştəri azlığından, sürücülər isə faizlərdən şikayətlənir

Sərnişindaşıma sahəsində önəmli xidmət növlərindən biri də taksi minik avtomobilləri ilə sərnişindaşımanın həyata keçirilməsidir. Əvvəllər taksi xidmətlərini yalnız öz avtomobilləri ilə fərdi şəkildə fəaliyyət göstərən sürücülər göstərirdisə, artıq 2010-cu ildən ölkədə taksi şirkətləri fəaliyyət göstərməyə başladı. Günümüzdə isə paytaxtda taksi xidməti göstərən onlarla şirkət mövcuddur.

Pandemiyanın yayılması bir çox xidmət sektorlarındakı subyektlər kimi bu şirkətlərin də fəaliyyətinin müəyyən təsirlərə məruz qoyub. Lakin bir məsələ var ki, həftə sonları ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət qoyulması bir ünvandan başqa ünvana getmək insanları taksi xidmətlərindən istifadə etməyə sövq edir. Bu isə taksi şirkətlərinə edilən müraciətlərin sayına müsbət təsir edən faktordur.

“Report” pandemiyanın yayılması fonunda paytaxtda fəaliyyət göstərən taksi şirkətlərinin hazırkı vəziyyətini, qiymət siyasətlərini və insanların onlara müraciətlərində artımın olub-olmadığını öyrənib.

“189 TAXI”nin direktoru Samir Kərimov “Report”a verdiyi açıqlamada bildirib ki, pandemiyanın yayılması taksi şirkətlərinin də fəaliyyətinə mənfi təsir göstərib:

“Taksi şirkətlərinə edilən müraciətlərdə artım yoxdur. Bəzi iş yerləri bağlanıb, bəzilərində məhdud iş qrafiki tətbiq edilir, bəzilərində isə ümumiyyətlə insanlar evdən işləyirlər. Ona görə də taksi xidmətinə müraciət edənlərin sayında artım yoxdur. Keçən il sərt karantin tədbirləri tətbiq edilirdi, indi isə bu məhdudiyyətlər bir qədər yumşaldılıb və həmin dövrə nisbətən taksi xidmətinə müraciətlərdə bir qədər canlanma var. Amma ümumilikdə pandemiyadan əvvəlki dövrlə müqayisədə vəziyyət yaxşı deyil”.

S.Kərimov taksi şirkətlərinin qiymətləri tənzimləmə məsələsinə də toxunub:

“Hər şirkətin öz tarifləri var və qiymətlər də onunla tənzimlənir. Hansısa şirkət qiyməti artıra, başqa biri isə azalda bilər. Bu məsələ birmənalı deyil. Tələbat artanda qiymətlər artır, tələbat azalanda isə qiymətlər də aşağı düşür. Ümumi bazar üzrə götürsək, qiymətlərdə artım olmadığını deyə bilərik”.

“Ekonom taksi” (*9111) şirkətinin rəhbəri Aydın Həsənov da taksi şirkətlərinə müraicətdə azalma olduğunu qeyd edib:

“Pandemiyadan əvvəlki dövrlə müqayisədə taksi xidmətlərindən istifadə edənlərin sayı azalıb. Bəzi vətəndaşlar şənbə-bazar günlərində ictimai nəqliyyat işləmədiyi üçün taksidən istifadə etsələr də, ümumilikdə müraciətlərdə azalma var. Bu da təbii haldır. Çünki ölkədə iş və fəaliyyət proseslərində müxtəlif məhdudiyyətlər tətbiq olunur.

Taksidən istifadənin azalması şirkətlərin maddi vəziyyətinə də mənfi təsir göstərib. Məsələnin başqa tərəfi də var ki, pandemiya dövründə bəzi insanlar işsiz qaldıqları üçün fərdi avtomobilləri varsa, həmin avtomobillə taksi xidməti göstərməklə ailəsini dolandırmağa çalışır. Peşəkar taksi sürücüsü olmayan bu insanlar müvəqqəti olaraq öz avtomobillərindən istifadə edib taksi fəaliyyəti ilə məşğul olurlar ki, işsiz qalmasınlar. Belə halların sayı artıb ki, bu da peşəkar xidmət göstərilməsinin ziddinədir”.

Şirkət rəhbərinin sözlərinə görə bazarda ümumilikdə qiymət artımı yoxdur:

“Bizim şirkət qiyməti artırmayıb, əksinə 10 % aşağı salıb. Biz müştərilərə xüsusi mobil tətbiqdən istifadəni təklif edirik. Müştəri mobil tətbiqdən istifadə edərək, operatora zəng etmədən taksi sifariş edir və bu zaman ona 10 % endirim edilir. Əvvəllər şəhərdə pik saatlarda tələbatı ödəməyimiz üçün avtomobil çatışmazlığımız olanda proqram özü qiymətləri 10 % qaldırırdı. İndi isə demək olar ki, pik saatlar əvvəlki kimi olmur. Ümumi bazarda da qiymət artımı yoxdur. Çünki buna imkan yoxdur. Sərnişinlərin sayı azaldığı üçün qiymət artımı ola bilməz. Çünki qiymət artımı şirkətə zərərdir”.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov taksi şirkətlərinin təklif etdiyi qiymətlərin vətəndaşlarımız üçün əlçatan olduğunu bildirib:

"Bəzi şirkətlər taksi xidmətindən 20%-ə qədər qazanc əldə edirlər. Bu, qəbuledilməzdir. Həmin faizlər endirilməlidir ki, taksi sürücüləri də müəyyən qazanc əldə edə bilsinlər"

Azərbaycanda taksi xidməti mövcud qanunvericiliklə tənzimlənir. Çox sevindirici haldır ki, bu gün bizdə taksi xidməti göstərən operator şirkətlərin sayı çoxdur və qiymətləri də əlçatandır. Düzdür, bəzən bəzi taksi şirkətləri sui-istifadə hallarına yol verib qiymətləri yüksəldirlər. Bu da anlaşılandır. Təbii ki, bazar iqtisadiyyatında qiymət tələbə görə tənzimlənir. Ümumilikdə qiymətlərin qənaətbəxş olduğunu düşünürəm. Digər tərəfdən insanlar özünəməşğulluq fəaliyyəti kimi də taksi fəaliyyəti ilə məşğul ola bilirlər.

Bu gün dünyada daşıma ilə bağlı müxtəlif yeni layihələr var. Misal olaraq “car sharing” layihəsini göstərmək olar. Azərbaycandada belə layihələrin olacağını düşünürəm. İnsanların nəqliyyata əlçatanlığı, bir məntəqədən digər məntəqəyə hərəkəti daha da asanlaşmalıdır. Azərbaycandakı liberal taksi xidməti bu baxımdan mühüm əhəmiyyət kəsb edir”.

Ekspert qeyd edib ki, taksi şirkətlərinin sürücülərdən qazanclarının yüksək faizini tələb etməsi yolverilməzdir:

“Bu gün Azərbaycanda bəzi taksi şirkətləri taksi sürücülərinə təklif etdiyi operator xidmətinə görə onlardan bir qədər yüksək faiz alırlar. Bu, təxminən 15-20 %-ə qədər gəlib çatır. Elə şirkətlər var ki, onların tələbləri 9-10 % civarındadır. Bəzi şirkətlər isə taksi xidmətindən 20 %-ə qədər qazanc əldə edirlər. Bu, qəbuledilməzdir. Həmin faizlər endirilməlidir ki, taksi sürücüləri də müəyyən qazanc əldə edə bilsinlər. Dünyanın müxtəlif ölkələrində mobil tətbiq vasitəsilə taksi xidməti göstərən şirkətlər var. Onların təklif etdiyi xidmətlərdən əldə etdiyi qazanc 10 %-lə hesablanır. Azərbaycanda isə bu göstərici 20 %-dir”.

E.Cəfərov taksi sürücülərinin dayanma-durma qadağalarından narazı olduqlarını dilə gətirib:

“Taksi sürücüləri daha çox dayanma-durma qaydalarına görə olan cərimələrdən gileylənirlər. Onlar deyirlər ki, biz sərnişini lazımi ünvandan götürüb digər ünvana çatdırmaqda böyük çətinlik çəkirik, çünki hər an dayanma-durma qadağasına görə cərimə olunuruq. Bu məsələ həll edilməlidir. Sürücülərə imkan yaradılmalıdır ki, onlar xüsusi məntəqələrdə sərnişini götürüb endirə bilsinlər və onlar əsassız cərimələnməsinlər. Məsələn, xəstəxanaya xəstə gətirən yaxud ordan xəstə götürən taksi sürücüsü dərhal cərimələnir. Aptek qarşısına gələn sürücü də həmçinin. Düşünürəm ki, taksi sürücülərinin bu qəbildən olan bütün cərimələri ləğv edilməlidir. Araşdırsaq görərik ki, bu cərimələrin azı 30 %-i əsassızdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar