Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Vaşinqton sizinlə işləyəcək!..." - ABŞ Dövlət katibi 

Bu gün Kiyevdə səfərdə olan ABŞ-ın Dövlət katibi Entoni Blinken Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə Vaşinqtonun sadiqliyini bir daha vurğulayıb. O, Prezident Co Bayden administrasiyasının Kiyevə səfər edən ilk aparıcı rəsmisidir.

“Mən çox sadə bir səbəbdən burdayam, Prezident Baydenin adından ölkələrimiz arasında tərəfdaşlığı, Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə sadiqliyimizi güclü şəkildə vurğulamaq istəyirəm”, – Blinken bu gün Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba ilə görüşərkən deyib.

Blinkenin birgünlük səfərinin məqsədi Rusiya ilə yüksək gərginlik yaşayan ölkəyə güclü dəstək mesajı verməkdir.Kuleba Blinkenə deyib ki, Kiyev ölkənin şərqində Moskvanın dəstəklədiyi separatçılarla mübarizədə ölkəsinə ABŞ tərəfindən yardımı yüksək dəyərləndirir.

Blinken mayın 5-də Twitter-də yazıb ki, səfəri Rusiyanın davamlı təcavüzünü müzakirə etməkdən ötrü vacib imkan olacaq.

Amerikalı diplomat Ukrayna Prezidenti Vladimir Zelenski, Ukrayna parlamentinin üzvləri, vətəndaş cəmiyyəti liderləri ilə də görüşməlidir.

Zelenski deyib ki, Ukraynanın NATO hərbi alyansına qoşulmaq arzusuna Birləşmiş Ştatlardan güclü dəstək siqnalları eşitmək istəyir. Ukraynanın həmçinin ABŞ-dan daha çox hərbi yardım əldə etməyə çalışacağı gözlənir.

2014-cü ildən bəri ABŞ Ukraynaya ümumilikdə 4.6 milyard dollardan artıq yardım göstərib. Həmin il Rusiya Ukraynanın Krım vilayətini ilhaq edərək ölkənin şərqindəki separatçıları dəstəkləməyə başladı. O vaxtdan münaqişədə 13 mindən çox insan həlak olub.

Birləşmiş Ştatlar özəlliklə enerji sektoru olmaqda Ukraynada korrupsiyadan narahatdır. Blinken mayın 6-da Kulebaya deyib: "Vaşinqton sizinlə işləyəcək, demokratiyanızı gücləndirməyinizə, institutlarınızı qurmağınıza, korrupsiyaya qarşı islahatları irəli aparmağınıza kömək edəcək”.("AzPolitika.info")

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar