Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türk təşəbbüsü: Qafqazdan Çinə, Aralıq dənizindən Afrikaya...

“Zəif tərəflər diplomatiyası” Qərbin bölgəyə qarşı ən böyük silahıdır...

İbrahim Karagül
“Yeni Şafak” qəzeti, Türkiyə, 6 may 2021-ci il

Türkiyə xarici siyasətdə yeni bir hesablama aparır, yeni bir oyun qurur. Bu indiyə qədər görülən işlərin üzərində güclü bir şey inşa etmək kimi də başa düşə bilərik. Bir tərəfdən “daxili mühasirə” ilə mübarizə apararkən, digər tərəfdən də “yaxın ətrafdakı mühasirəni” qırmaq üçün düşünülmüş yeni addımların işə düşdüyü görünür.

Qahirə və Riyadla münasibəti yumşaltmaq da Aralıq dənizindən fırtınanı uzaqlaşdıra bilər. Misir və Səudiyyə Ərəbistanı ilə yumşalma prosesi və Aralıq dənizinin şərqində qurulan bu təşəbbüs də bölgədəki böhran bölgələrini rahatlaşdırmağı, Türkiyənin və həmkarlarının nəfəs almasını hədəfləyir. Çünki ABŞAvropanın Türkiyəyə və bölgə ölkələrinə olan təzyiqi bölgədəki qarşıdurmalarla daha da güclənir. “Zəif tərəflər diplomatiyası” Qərbin bölgəyə qarşı ən böyük silahıdır.

Xatırlamaq lazımdır ki, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı arasındakı qarşıdurmalardan daha vacib qlobal təhdidlər var və fırtına buludları bütün bölgəyə yayılıb: Fars körfəzi, Qırmızı dəniz və Aralıq dənizində dolaşır.

Ərdoğan-Salman görüşü

Səudiyyə Ərəbistanı təhdid altındadır. Görəsən, prezident Ərdoğanın Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləzizlə görüşməsi vəliəhd Məhəmməd ibn Salmanın İstanbuldakı cinayətinin və Türkiyəyə qarşı amansız düşmənçiliyinin yaratdığı dağıntıları təmizləyə bilərmi? İki ölkə bunun öhdəsindən gəlmək üçün yollar axtarır. Dünyanın və bölgənin yaşadığı sarsıntılar o qədər böyük təhdidlər yaradır ki, hər iki ölkənin bu problemlərin öhdəsindən gəlmək üçün bir yol tapması artıq zərurətə çevrilib.

Vəliəhd Qərbə dözülməz güzəştlər etsə belə, yenə də S.Ərəbistanı bölgədəki ən çox təhdid olunan ölkədir. Bunu yalnız İran təhdidi kimi də qəbul etməyin. Ölkə ABŞAvropanın parçalanma planlarında birinci yerdədir.

ABŞ, İsrail və Fransa Liviyada məğlub oldu

Türkiyə lokal bir düşüncəni təmsil edir. Bölgədəki ölkələrdən asılı olmayaraq, bütün dəstəyi və müxalifliyi bu meyara görə formalaşır. Bu da xaricdən, Qərbdən gələn təhdidlərə qarşı regional müqavimətə əsaslanır. Bunun ən dəqiq nümunəsini Liviyada gördük. Türkiyə hər böyük problemdə Səudiyyə Ərəbistanının yanında duracaq yeganə ölkədir.

Son aylarda güclənən Türkiyə ilə Misir arasındakı yumşalma, kəşfiyyat xidmətləri vasitəsilə qurulan əlaqənin diplomatiya sahəyə ötürülməsi, iki ölkə arasındakı nümayəndə heyətlərinin işə başlaması və ölkənin bu istiqamətdəki güclü mesajları Aralıq dənizində yeni bir durum yarada bilər. Daha dəqiq desək, Misir, Səudiyyə Ərəbistanı, Rusiya və Fransa Liviyada məğlub oldular. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vasitəsilə təqdim olunan ABŞ-İsrail tezisləri Liviyada məğlub edildi. Yalnız Türkiyə Liviyanın yanında durdu, ölkənin parçalanmasına və imperiya iddialarına qarşı müqavimət göstərdi. Beləliklə, Türkiyə və Liviya qazandı.

Misirlə dəniz icazəsi müqaviləsi Aralıq dənizindəki hesabları da sıfırlayır. Türkiyə ilə Misir arasında Aralıq dənizində dəniz icazəsi müqaviləsinin imzalanması bütün hesabları sıfırlayacaq. Fransa, Yunanıstan və İsrailin rəhbərliyi altında hazırlanan və BƏƏ, Misir və Səudiyyə Ərəbistanının dəstəyi ilə Türkiyənin qarşısına çıxarılan ABŞAvropanın hesabları hər birimizi Aralıq dənizi sularında boğmağı hədəfləyir.

Qahirə ilə belə bir müqavilə imzalanarsa, həmin layihə mütləq çökəcək. Aralıq dənizi, Qırmızı dəniz və Fars körfəzi arasında yeni və çox güclü bir təşəbbüs ortaya çıxa bilər. Bu da öz növbəsində Afrikaya dərindən yayılacaq. Hələlik böhranı azaltmaq və hər üç ölkənin gələcək hesablarını təmin etmək vacib məsələdir.

İbn Zayed aradan çıxarılmalıdır

ABŞ-İsrail-BƏƏ xətti bölgədəki ölkələr üçün böyük təhdidlər yaradır. BƏƏ-nin, xüsusən də Məhəmməd ibn Zayedin coğrafiyanın, ölkələrin və millətlərin varlığına qarşı ingilis Lorens rolunu öz üzərinə götürməsi və işğalçı qüvvələrini Sudan kimi bir çox yerə göndərməsi regional bir təhdidə çevrilib. Riyad rəhbərliyinin etməli olduğu ilk şey Zayed xəttini cəzalandırmaqdır. Ümumiyyətlə, BƏƏ-nin görməli olduğu ilk iş Zayed xəttindən imtina etməkdir. Əks halda, bu çəkişmə bütün ölkələrə zərbə vurmağa davam edəcək. Bu baxımdan, ən böyük ziyan Səudiyyə Ərəbistanı və BƏƏ-yə dəyəcək.

Qafqazdan Çin sərhədinə, Aralıq dənizindən Afrikaya qədər Türkiyə böyüklərlə yarışdı. Suriyanın / İraqın şimalında davam edən mübarizə Qarabağ müharibəsindən sonra, Qafqazdan Çin sərhədinə qədər çatan yeni təşəbbüs Türkiyənin uğurudur. Bu uğur “qardaş və tərəfdaş” ölkələrlə birlikdə qurulur.

Üstəlik, Türkiyə bütün bu sahələrdə dünyanın ən güclü ölkələri ilə rəqabət etməyi də bacardı. Bu bir güc elanıdır və 21-ci əsr dünyasına çox şeyi ifadə edir. Aralıq dənizinin mühasirəsi pozulan kimi, daxildəki mühasirə də pozulur.
Bütün bunlar baş verərkən indi daha möhkəm bir addım atılır. Aralıq dənizinin mühasirəsi Aralıq dənizi və Egeydən qopur. Türkiyə isə bunu etməlidir və mütləq ki, edəcək.

Misir, Səudiyyə Ərəbistanı və bölgə ölkələri başa düşəcək ki, Türkiyənin əsrlərə yayılan coğrafi yanaşması və geosiyasi düşüncəsi onların da yoluna da işıq tuta bilər. Aralıq dənizindəki mühasirə qırılsa, daxildəki mühasirə də qırılacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar