Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bu yüksək vəzifələr boşdur -  Siyahı

Azərbaycanda bir sıra yüksək vəzifələr var ki, onlar bu və ya digər səbəbdən boşdur.

Unikal.org ölkədə boş qalan yüksək vəzifələrlə bağlı kiçik araşdırma aparıb.

Boş olan yüksək dövlət vəzifələrindən biri Gənclər və İdman naziri vəzifəsidir. On beş il nazir olan Azad Rəhimov vəfat etdiyindən həmin kürsü boş qalıb və hələlik təyinat olmayıb.

Ölkədə səhiyyə naziri postu da boşdur. Prezident İlham Əliyevin sərəncamı ilə aprelin 23-də bu nazirliyə 16 il rəhbərlik edən Oqtay Şirəliyev tutduğu vəzifədən azad edilib. Yeni nazir təyinatı olmasa da, səlahiyyətlərin müvəqqəti icrası birinci müavin Teymur Musayevə tapşırılıb.

Artıq 3 aydan yuxarıdır ki, “Azərkosmos” ASC-nin sədri vəzifəsi də öz sahibini gözləyir. Bu ilin yanvarın 26-da “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev tutduğu vəzifədən azad edilərək Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar naziri təyin olunub.

Daha bir yüksək vəzifə isə “Azərsu” ASC-də boşdur. Belə ki, mayın 4-də “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynov Prezident İlham Əliyevin sərəncamı ilə işdən azad edilib. Bu vəzifəyə isə yeni təyinat olmayıb.

Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunan Nizami, Lerik, Kürdəmir, CəlilabadŞəmkir rayon icra hakimiyyətləri başçılarının yerinə təyinat yoxdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar