Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransa və Almaniyada hərbi çevriliş siqnalları - NATO-nun üç əsas ölkəsində “gəzişən hərbi xəbərdarlıqlar” nəyə işarə edir?..

Makron hökumətinə qarşı verilən hərbi “bəyannamə” hamını heyrətə gətirib: “Tezliklə dəyərlərimizi qoruyan addımlar atılmasa, Fransada artan xaos vətəndaş müharibəsi ilə nəticələnəcək”...

Nedret Ersanel
“Yeni Şafak” qəzeti, Türkiyə, 5 may 2021-ci il

Avropanın TransAtlantik ittifaqa/NATO-ya sədaqətini tələb edən yanaşma tərzi Vaşinqtonunun yenidən oyuna “qayıtması” ilə ortaya çıxması ilə bir çox çətinliklərlə qarşılaşıb.

Avropanın mərkəzi ölkələri olan Almaniya və Fransanın ABŞNATO tərəfindən “düşmən” elan edilən Çin-Rusiya ilə fərqli münasibətlər qurmaq arzusu artıq hər kəsə məlumdur. Almaniya Rusiya və Çinlə maraqlara əsaslanan əlaqələri davam etdirmək və bu müddət ərzində düşmənçilik yarada biləcək tələlərdən xilas olmaq istəyir. Əlbəttə ki, bunu Qərb dəyərlərinə “həssaslıq” göstərərək bacarmaq istəyir.

Digər tərəfdən Fransa da ABŞ-ın başçılıq etdiyi NATO quruluşundan o qədər narahatdır ki, daha müstəqil bir Avropa müdafiə sistemini təklif edir. Amerika da Avropanın nüvəsini və mərkəzi gücünü təşkil edən bu iki ölkənin NATO-dakı yerlərini qorumasında və hətta ona daha çox bağlanmasında israrlıdır. Bu səbəbdən, “keçmiş prezidentlər kimi” əsassız qərarlar verərək müttəfiqlərini təhlükəli bir mühitə sürükləməyəcəkləri və NATO-nun yöndəmsiz cəhətlərinin yenidən dirçəldiləcəyi barədə ciddi istinadlar edir.

Bu və ya digər şəkildə, iyun ayında keçiriləcək NATO zirvəsi bütün bu problemlərin müzakirə ediləcəyi xüsusi bir toplantı olacaq. İngiltərənin AB-dən çıxması onun Sakit okeandakı marağını və gücünü ABŞ-a ötürərkən, həmçinin, Yaxın Şərq, Qafqaz və Qərbi Asiyada siyasi cəhətdən daha aktiv hala gəlməsi, Türkiyənin Amerika ilə yaşadığı böhranın mümkün həll yollarını həmin zirvə toplantısına yönəltməsi, Almaniya seçkilərinin sentyabr ayında keçirilməsi (2022-ci ildə Fransada, 2023-cü ildə Türkiyədə) və bir sıra Avropa ölkələri ilə Rusiyanın qarşılıqlı olaraq onlarla diplomatı istənməyən şəxs elan etməsi nəticəsində artan gərginlik yenə eyni tarixə, yəni iyuna təsadüf edir.

Sözügedən ölkələrin müttəfiqlik kontekstində ortaq xüsusiyyətləri onların NATO-nun əsas sütunları olmalarıdır. Bu səbəbdən, Fransa, İngiltərə, Almaniya və Türkiyədəki bəzi hadisələrin bu günlərdə daha “qəribə” olduğunu bilməliyik.

Əslində, Fransada baş verən proseslərin yalnız kənardan izləyənləri deyil, həmçinin Parisi də təəccübləndirdiyi aydın görünür. Sağçı bir qəzetdə yayımlanan, 20 təqaüdçü general, 200 yüksək rütbəli zabit və mindən çox əsgərin imzaladığı və prezident Makrona, hökumətə və parlamentə qarşı verilən bir “bəyannamə” hamını heyrətə gətirib:

“Tezliklə dəyərlərimizi qoruyan, vətənpərvər addımlar atılmasa, Fransada artan xaos vətəndaş müharibəsi ilə nəticələnəcək və məsuliyyəti sizin daşıyacağınız minlərlə itki ortaya çıxacaq. Əgər heç bir iş görülməsə, vəzifədə olan həmkarlarımız vətəndaşlarımızı və dəyərlərimizi qorumaq üçün təhlükəli bir işə girişməli olacaqlar”.

Bəyannamə radikal sağçı Marin le Pen tərəfindən dəstəkləndiyi üçün Yelizey sarayının birdən-birə ayıldığını deyə bilərik. İki-üç günlük susqunluğun səbəbi, ehtimal ki, ultimatum verən hərbiçilərin aktiv əlaqələrini araşdırmaqla bağlı idi. Əlbəttə ki, fransız mətbuatı bunun meydana çıxdığı zamanı da gözdən qaçırmadı: bu hadisənin 1961-ci ildə bir qrup generalın prezident Şarl de Qolla qarşı açıqlama verməsindən sonra başlayan “Əlcəzair çevrilişi”nin 60-cı ildönümünə təsadüf etdiyi qeydə alınıb.

Üstəlik, bu “bəyannamə”dən sonra ortaya çıxıb ki, 21 aprel tarixində yayımlanan bəyannamədən əvvəl başqa bir general qrupu da 14 apreldə Fransa parlamentinə “vətəndaş müharibəsi” təhlükəsi ilə bağlı bir hesabat təqdim edib.

Hazırda hərbiçilər barədə istintaq davam etdirilir və vəzifədə olan hərbiçilər çox güman ki, ordudan xaric ediləcəklər. Makron isə hələ də səssizliyini qoruyur.

Daha sonra isə eyni hadisə Almaniyada baş verib. “Təqaüdçü və keçmiş əsgərlər qrupu” adı altında birləşən çox sayda general da daxil olmaqla, təqribən 13 min əsgərin Merkel hökuməti tərəfindən qəbul edilən karantin qaydalarını tənqid etdiyi və Berlin nümayişlərində dövlət qurumlarına qarşı hücum planlaşdırdığı ortaya çıxıb. Qrupun içərisində Şərqi alman ordusunda xidmət edən radikal sağçı qruplar da var. Təqaüdçü bir hərbiçi qrup üzvlərinə: “Alman xalqını qorumağa and içdik. İnsanlarımızın indi bizə ehtiyacı var. Bu hökuməti devirməliyik”, deyib. Başqa bir qrup liderinin də: “Müharibənin düz ortasındayıq”, mesajlarını göndərdiyi təsbit edilib.

Siyasi baxımdan, radikal sağçı olan Almaniya üçün Alternativ Partiya (AfD) Brandenburq əyalət parlamentinin millət vəkili Daniel Frayher fon Lütsu ilə əlavə saxlayıb: “Paytaxtı mühasirəyə alaraq sona qədər mübarizə aparmalıyıq” .

Almaniya son üç ildə Berlinə qarşı hərbi çevrilişlərdə və ya siyasətçilərin öldürülməsində ələ keçirilən terror qrupları ilə tez-tez qarşılaşan bir ölkədir. Məsələn, 2018-ci ildə “Hannibalın Gizli Ordusu” adlanan və əsgərlərdən ibarət bir qrupun daxili müharibə yaradıb, daha sonra da çevriliş planlaşdırdığı ortaya çıxmış və beləliklə, aktiv vəzifədə olan üzvləri ordudan qovulmuşdu. Maraqlısı isə budur ki, bu hallar, ümumiyyətlə, Almaniya-ABŞ münasibətlərinin gərgin olduğu günlərdə baş verib.

Şübhəsiz ki, bu hadisələri izlədikdən sonra Türkiyədə qısa müddət əvvəl baş verən bildiriş hadisəsini xatırlamamaq mümkün deyil. Bu hadisələrin bir-biriylə əlaqədə olduğunu göstərən bir sübut yoxdur. Amma yenə də istər-istəməz insanın marağını cəlb edir.

Xatırlayırsınızsa, bir müddətdir müzakirə olunan “admirallar bildirişi” problemi ilə bağlı önə sürülən məntiqli bir şərh də NATO zabitlərinin digərlərini razı salaraq bəyannamə yayımlamasıdır.

Görək iyunda keçiriləcək NATO zirvəsində ən azı Avropa baş verən bu “xəbərdarlıq hadisələri” hansı təsirləri yaradacaq?

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar