Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzərdə dalğanın hündürlüyü 4.5 metrə çatıb - Faktiki hava

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Xidmətin mayın 5-i saat 11:00-a verdiyi məlumata əsasən ölkə ərazisidə hava şəraiti kəskin dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub.

Şimal-qərb küləyi əsib, bəzi yerlərdə arabir güclənib. Yağan güclü yağışlar nəticəsində əksər çaylarda sululuq artıb, Əsrik, Əsrikçay Cırdaxan, Kürəkçay, Gəncəçay Alaxançallıdan qısamüddətli sel və daşqın keçib. Şahdağ və Xınalıqda qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 5, Xınalıqda 3 sm olub.

Düşən yağıntının miqdarı Yuxarı Qarabağ: 5-16 mm, Daşkəsəndə 24 mm, Qazax-Gəncə: 3-14 mm, Naftalanda 21 mm, Böyük Qafqaz: 2-16 mm, bəzi yerlərdə 25-40 mm, Mərkəzi Aran: 2-6 mm, Tərtərdə 21 mm (aylıq normanın 41 faizi), Mingəçevirdə 17 mm (aylıq normanın 37 faizi), Lənkəran-Astara zonasında 2 mm, Naxçıvan MR-da 1-9 mm olub.

Şimal-qərb küləyi əsib, arabir Neftçalada 28 m/s, Biləsuvarda 20 m/s, Naftalanda 18 m/s, Abşeron yarımadasında: Bakı, Maştağa, Qum adasında 28 m/s, Pirallahıda 25 m/s, Sumqayıtda 24 m/s, Çilov adası, Neft Daşlarında 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar