Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maral, eşşək fermaları, “TIR” parkı… – Onları rayona sanki icra başçısı yox, fermer təyin etmişdilər…

Xəbər verdiyimiz kimi bir müddətdir ki, Dövlət Təhlükəsizlik Xidməti korrupsioner icra başçılarına qarşı əməliyyat keçirir.

Bu günə kimi Biləsuvar, Cəlilabad, Neftçala, Ağstafa, Zərdab, Yevlax rayonun sabiq icra başçıları həbsdədir. Bir neçə gün öncə isə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov korrupsiya faktlarına görə həbs edildi.

Neftçala rayonun sabiq icra başçısı İsmayıl Vəliyev həbs ediləndən bir neçə gün sonra ilginc biznesləri ortaya çıxdı. Məlum oldu ki, İ.Vəliyevin rayonda “Xol yolu” deyilən ərazidə eşşək ferması da var. Bununla yanaşı, Neftçalanın Qoltuq qəsəbəsində onun cins keçilər saxlamasıyla bağlı da faktlar ortaya çıxdı. Bundan əlavə rayonun mərkəzində onun “Yurdum” adlı restoranı və oteli fəaliyyət göstərir. Onun balıq nohurları, çoxsaylı yük maşınları və traktorları olduğu aşkar edildi.

2018-ci ilin dekabr ayında Cəlilabada icra başçısı təyin Namiq Zeynalov kresloya oturan kimi sələfi Əziz Əzizovdan fərqli olaraq bildirib ki, rayon icra hakimiyyətinin binasında bir nəfər də olsun jurnalist buraxılmasın. N.Zeynalov deyib ki, “O, heç bir media orqanı ilə əməkdaşlıq etmək niyyətində deyil”. Amma hansı ki, ən çox məmur özbaşınalığı baş verən rayonlardan biri olan Cəlilabadda keçmiç icra başçısı Əziz Əzizov daim rayona gələn jurnalistləri razı yola salıb. N.Zeynalov vəzifədə olduğu iki il müddətində məmurların əliylə o qədər pul toplamışdı ki, cəlilabadlılar Əziz Əzizova şükür etmişdilər. N.Zeynalov həbs ediləndən sonra onun Cəlilabadın Muğan kəndi ərazisində “TIR” parkı olduğu ortaya çıxdı. Hansı ki, “Dəyirman” kafesinin həyətində park edilən “TIR”ları N.Zeynalov zorla öz dayanacağına saldırmışdı.

Bir neçə gün öncə isə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov həbs edildi. Heç çox keçmədi ki, A.Məmmədovun dövlət əmlakını saxta yollarla oğlunun adına dəyər-dəyməzinə sənədləşdirdiyi məlum oldu. Bununla yanaşı, rayonda fəaliyyət göstərən “Azfarel” balıq zavodunun A.Məmmədova və oğlu Adil Adilzadəyə məxsus olduğu ortaya çıxdı. Dünən isə mediada A.Məmmədovun maral ferması aşkar edildi. Doğrudan da məsələyə nəzər salanda görürsən ki, rayona təyin olunan icra başçıları əhaliyə gün ağlamaq yox, özlərinə biznes qurmaq haqqında fikirləşirlər. Bəs onda ortaya belə bir sual çıxır. Onları rayona icra başçısı təyin etmişdilər, yoxsa fermer? (hurriyyet.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar