Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Narçı Həsən”in içini narkotiklə dolduruğu narlar və Cavad Zərifin öz rejiminə inamsızlığı...

Bu, İranın hamını aldatmağa çalışdığı bir heyvanlar aləmi hekayəsi deyil, ovçuların sağ qalmaq uğrunda mübarizəsidir...

Tarık Alhomayed
“Şarkul Avsat” qəzeti, Türkiyə, 28 aprel 2021-ci il

İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin Qasım Süleymanini və rejimi tənqid etdiyi səs yazısının mətbuata sızmasından sonra yeni hadisələr olduğunu söyləmək çətindir. Lakin bununla birlikdə, sızılma ilə əlaqədar ağla gələn bir çox sual var: bu məsələnin kimə faydası var? Xəbəri İsrail sızdırdı, yoxsa bu, İranın daxili məsələsidir?

Bu sızma bizi gözləyən böyük bir daxili qarşıdurmanın xəbərçisidir.

Bu, İranın hamını aldatmağa çalışdığı bir heyvanlar aləmi hekayəsi deyil, ovçuların sağ qalmaq uğrunda mübarizəsidir. Çünki İran dövlət deyil, mollaların kölgəsində qalan bir meşədir.

Zərifin Süleymaniyə qarşı olan qəzəbi ilk deyil. Zərifin sızdırdığı sənəddə də dediyi kimi, 4 il əvvəl Bəşər Əsədi Tehran rejiminin lideri Xamenei ilə görüşməsi üçün Tehrana “gətirdikləri” zaman onu devirməklə təhdid etmişdilər.

İlk dəfə ortaya çıxan problem isə Süleymaninin öldürülməsindən sonra Zərifin onun rolunu tənqid etməsidir. Zərif Süleymaninin Xarici İşlər Nazirinin hərəkətlərini görməzlikdən gəldiyini və bir terrorçu qruplaşmanın komandiri olaraq Süleymaninin 2015-ci ildə nüvə müqaviləsində təxribat törətmək üçün Moskvaya getdiyini və Moskvanın bu razılaşmadan qorxduğunu qeyd edir.

Bu nöqtədə İranın yalnız özünkülərə qarşı deyil, ruslara da şübhə ilə yanaşdığını başa düşdük. Eyni zamanda, terrorçu Süleymaninin öldürülməsi ilə İran rejiminin nüfuzunun aşağı düşdüyünü və Xameneinin onu əvəz edə bilən birini tapa bilmədiyini də açıq şəkildə gördük.

Səs yazısının sızdırılması ilə bağlı yüksək səviyyəli bir ərəb məmuru təhlil çərçivəsində mənə bunları dedi: “Bunu xarici qüvvələr içəridən də sızdırmış ola bilərlər. İçəri girmədən sızdırmaq istəmiş ola bilərlər. Ancaq bütün bunların mənası nədir? Bütün bunlar Süleymaninin krallıq edən liderlər tərəfindən İran dövlətinə qarşı dəstəkləndiyini və gizlədildiyini göstərir”.

Ərəb rəsmisi əlavə edib ki, Süleymani böyük general idi, onun yoxluğunda İnqilab Keşikçiləri öz parlaqlığını itirdi və Xameneinin öz əmri ilə hərəkət edən Kisranı da əldən qaçırdı. Deyəsən Zərifin danışmağa cəsarət etdiyi məsələ budur.

Bütün bunlar İranın daxilindəki bir qarşıdurmaya işarə edir. Bu qarşıdurma İsrail kəşfiyyatının xüsusilə İranın həssas nöqtələrinə və nüvə sənədlərinə girişinin yaratdığı daxili bir qarışıqlıqla özünü göstərir.

Səs yazısını sızdıran İsrail olduğu fərziyyəsinə gəlincə isə əgər bu təsdiqlənsə, İranda daxili qarışıqlıq qaçılmaz görünür. Bu, İsrailin İrana nüfuz dairəsinin ən yüksək səviyəyə çatdığını və İsrailin Qəzzaya sızdığından çox, İsrailin İrana sızdığını göstərir. Aydındır ki, İsrail İranı Qəzzədən belə daha yaxşı tanıyır. Hamı bilir ki, Həsən Nəsrullahın - “Narçı Həsən” - təşkilatının Səudiyyə Ərəbistanına göndərilən narları narkotiklə doldurulduğunu hamı bilirdi. İsrail də İran daxilindəki bir çox məsələlərdən çox yaxşı məlumatlıdır.

Buna görə, sızdırılma, ümumiyyətlə Vyana danışıqlarında Zərif və onun rejiminin əlaqələrinə zərbə vurdu və buna baxmayaraq İranın dürüst və ciddi olmadığını görsə də, İranla razılığa gəlmək istəyən Qərbin nüvə razılaşmasına davam etdiyinin bir sübutudur.

Bu da hər kəs üçün fəlakətli nəticələrə səbəb olan müqaviləyə qarşı etibar etmək baxımından çətinliyi artırır. Səs yazısından da görünür ki, İran təkcə yalan danışmaqla kifayətlənməyib, həm də daxildə kövrək bir dövlət olmasını ortaya qoymuş oldu. Ortada olan mənzərə odur ki, həqiqətən də Zərif rejimə güvənmir, rejimin lideri də Zərifə etibar etmir və hətta ikisi də rus müttəfiqlərinə etibar etmirlər.

Bütün bunlar böhran içində, yalnız bir rejimlə üz-üzə olduğumuzu və nüvə razılaşması olsa da, olmasa da, hər kəsi təəccübləndirən bu rejimin sarsılacağından xəbər verir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Cavad Zərif

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar