Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lobbilər arasında dərinləşən savaş... - Özal soyqırım iddiasının tanınmasının tərəfdarı olub?

İsrail son illərdə ərəb ölkələri ilə yaxınlaşdıqca Türkiyədən imtina edə biləcəyini düşünməyə başladı. Elə bu da ABŞ prezidentinin soyqırım sözünü işlətməsinə gətirib çıxaran səbəblərlə eynidir...

Oray Eğin
“Habertürk” qəzeti, Türkiyə, 29 aprel 2021-ci il

Bu gün niyə görə “soyqırım” sözünün tez-tez işləndiyini kifayət qədər müzakirə edirik. Amma niyə bu günə qədər deyilmədiyi barədə heç düşünmürük. Türkiyənin Vaşinqtondakı keçmiş səfiri Nüzhet Kandemirin dediyinə görə, bir vaxtlar o zamankı prezident Turqut Özalın dilindən Vaşinqtonda ucadan “deyək, canımız qurtulsun”, sözləri eşidilib. Bir gün əvvəl “Hürriyet”də Sedat Erginin də dediyinə görə, Özal “erməni soyqırımı”ndan Türkiyəyə qarşı davamlı bir təhdid kimi istifadə edilməsindənsə, bunun aradan qaldırılmalı olduğunu düşünürdü. Ergin Özalın: “Tək atəşlik silahdır, atəş açarsan və problem bitər”, dediyini də xatırladıb. Özal açıq şəkildə hər bir variantın müzakirə olunmasını istəyirdi, ancaq türk diplomatlar onu razı salmağı bacardılar.

Türk diplomatiyası təkcə ənənəni pozmağa çalışan siyasətçiləri məhdudlaşdırmadı, həm də dünyaya qarşı da çox təsirli oldu. 2004-2006-cı illər arasında xidmət edən Amerikanın Ermənistandakı səfiri Con Marşal Evansın səbəbsiz şəkildə istefaya göndərilməsini ermənilər Türkiyənin təzyiqi ilə əlaqələndirirlər. Evans vəzifəsində olarkən “soyqırım” sözünü işlətməkdən çəkinməyib, ancaq Türkiyənin etirazı ilə də qarşılaşmışdı. Uzun illər keçməmiş Türkiyə öz effektivliyini itirdi və Amerika prezidenti Co Baydenin “soyqırım” deməsinə mane ola bilmədi. Əsl problem də budur. Türklər öz dövlətini kiçik görsə də, əslində bu illər ərzində xarici dünyada son dərəcə güclü idi.

Diaspora ABŞ-da niyə təsirlidir?

Dünən ABŞ-dakı erməni diasporasının ən vacib sözçülərindan biri olan jurnalist Harut Sassoniyandan Baydenin “soyqırım” deməsinə səbəb olan proses barədə soruşdum. Kökləri Kahramanmaraşın indiki Süleymanlı məhəlləsinə qədər gedib çıxan Sassouniyan 50 ildir ki, erməni icmasına xitab edən və həftəlik ingilis dilində çıxan “California Courier” qəzetini nəşr etdirərək bu erməni iddiası ilə bağlı şərhlər verir. Sassounian diasporanın Amerika siyasətindəki təsirini belə izah edir:

Konqresdə çox sayda ermənipərəst üzv var. Vaşinqtonda illərdir lobbi şirkətləri və ölkənin hər yerində erməni icmaları var. Ermənilər 60-70-ci illərdən bəri lobbiçilik edir, mütəşəkkil işləyir və məsələni əldən buraxmırlar. Yeni senatorlar, yeni prezidentlər davamlı olaraq prezidentliyə namizədləri yetişdirirlər. Co Baydeni 40 ilə yaxındır tanıyırıq və nəhayət, işimizin bəhrəsini gördük”.

Erməni cəmiyyətinin 1915-ci ili çox erkən yaşdan etibarən nəsildən-nəslə ötürməsi və faciəni yaşatması birlikdə hərəkət etmək baxımından olduqca vacibdir. “Bu, bizim üçün emosional, fərdi və ciddi bir məsələdir. Bu, yalnız siyasi fəaliyyət deyil”, deyə əlavə olunur.

Əlbəttə ki, bütün bunlar Türkiyənin on illərdir məhdud vəziyyətdə olduğu mənasına gəlməməlidir. “ABŞ-dakı türk icması siyasi cəhətdən kifayət qədər fəal deyil və əhalisi sayca ermənilər qədər çox deyil”, deyə Sassoniyan davam edir. “Ancaq bu durumu da lobbi şirkətləri örtürdü və bunun üçün türk hökuməti milyonlarla dollar ödəmişdi. Bundan əlavə, Amerika dövlətinin müxtəlif səviyyələrindən soyuq müharibədən bəri Türkiyəyə simpatiya bəsləyən insanlar var. Bir çox prezident və dövlət rəsmisi ilə görüşəndə ​​mənə izah etdi ki, “soyqırım” sözündən istifadə edərək Türkiyənin özlərinə qarşı düşmənə çevriləcəyindən çəkinirlər və məsləhətçilərin də tövsiyələri bu istiqamətdədir.

Türkiyənin NATO üzvlüyü və Koreya müharibəsindəki iştirakı uzun müddət Amerika dövlətinin kritik mövqelərindəki məmurların rəğbətini qazanmışdı. Bununla birlikdə, son illərdə ardıcıl olaraq böhran baş verdiyinə görə Vaşinqtonda Türkiyəni müdafiə edən və ya dəstəkləyən çox insan qalmadı. Sassoniyan İlber Ortaylının “Habertürk”də bir gün əvvəl dediyi sözləri təkrarlayır: “Türkiyə ən vacib müttəfiqi olan İsraili və yəhudi lobbisini itirdi”. Uzun illər yəhudi tarixçilər və xüsusilə Bernard Levis kimi əfsanələr 1915-ci il məsələsində Türkiyənin tezislərinin ən vacib mənbəyi oldu. Ortaylı vacib bir nöqtəni də vurğulayır: “Bernard Levisə ilk hücum edənlər elə bizim türk liberallar oldu”.

İsrail də qəbul edəcəkmi?

Bu gün İsraildə də “erməni soyqırımı” mübahisəsi gedir. Dünyanın aparıcı ölkələri bir-birinin ardınca bunu “soyqırım” adlandırırlar. Avstraliya və İngiltərə ilə yanaşı, İsrail də bu xorda iştirak etməyən nadir ölkələrdən biridir. Ancaq bu vəziyyət yaxın gələcəkdə dəyişə bilər. Bu yaxınlarda ölkənin nüfuzlu qəzeti olan “Jerusalem Post”da İsrailin bundan sonra erməni soyqırımını tanıması barədə məqalələr dərc olundu.

İndiyə qədər İsraildə yayılmış fikrə görə, bunun yəhudi soyqırımı ilə eyni hadisə olmadığı yönündə idi. Yəni 1915 kimi digər hadisələr üçün “soyqırım” ifadəsini işlətməyin yəhudi soyqırımının təsirini azaldacağını düşünürdülər. Ancaq bu gün: “Biz yəhudilər öz keçmişimizə görə başqalarının faciəsini bölüşməliyik, soyqırımı öz inhisarımızdan çıxarmalıyıq”, düşüncəsi güclənir. Bir nöqtədə, Yaxın Şərqdə Qərbə yaxın olan iki demokratik ölkə, yəni Türkiyə ilə İsrail ittifaqının dağılması da bu duruma təsir edir. İsrail son illərdə ərəb ölkələri ilə yaxınlaşdıqca Türkiyədən imtina edə biləcəyini düşünməyə başladı. Elə bu da ABŞ prezidentinin soyqırım sözünü işlətməsinə gətirib çıxaran səbəblərlə eynidir. Ortaylı demişkən: “Bir dövlətin bu qədər çox düşməni ola bilməz”.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar