Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşğal ordusu

Arif Hacılı
Müsavat Partiyasının başqanı

1920-ci il aprelin 27-də bolşevik RusiyaAzərbaycanı işğal etdi…

Müstəqil dövlətimizin süqutunun bir səbəbi də o dövrdə Azərbaycan siyasətini yönəldənlərin bir qisminin satqınlığı, bir qisminin Rusiyadan gələn təhlükələri düzgün anlamaması, bu işğalı hətta xilas kimi qiymətləndirməsi idi. Nəticədə Müsavat Partiyası və milli lider Məhəmməd Əmin Rəsulzadə meydanda tək qaldılar. Əksər partiyalar, hətta Müsavat Partiyasının sol fraksiyasının bəzi üzvləri hakimiyyətin bolşeviklərə təhvil verilməsinə tərəfdar çıxdı. Azərbaycan Xalq Cümhuriyyətinin bir çox tanınmış siması – general Əlağa Şıxlinski, Hərbi Dəniz Donanmasının komandanı Çingiz İldırım, daxili işlər naziri, baş nazir kimi yeni hökumətin qurulması həvalə olunmuş Məhəmməd Həsən Hacınski və başqaları rəsmən bolşeviklərə qoşuldular. Halbuki 27 aprel çevrilişi ərəfəsində Bakıda kommunist hərəkatı rəhbərləri arasında tək bir türk, yəni yerli azərbaycanlı yox idi. Rusiya Kommunist (bolşeviklər) Partiyasının Bakı Komitəsinə 3 erməni, 2 rus və 1 gürcüdən ibarət heyət rəhbərlik edirdi…

Azərbaycanın müstəqilliyini tanıyacağını, yalnız yüksək vəzifəli şəxslərin görəvdən alınacağını, müdaxilənin işğal yox, yalnız hakimiyyət dəyişikliyi olduğunu bəyan edən bolşevik Rusiyası elə ertəsi gündən başlayaraq verdiyi vədlərin heç birinə əməl etmədi. Azərbaycan tam şəkildə Moskvanın nəzarəti altına düşdü. Ölkənin idarəçiliyi əsasən erməni və rus millətindən olan bolşeviklərə tapşırıldı.

1920-ci il aprelin 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min nəfər qırmızı terrorun qurbanı oldu. 1921-ci ilə qədər ancaq hərbçilərdən 12 general, 27 polkovnik və podpolkovnik, poruçik və podporuçik, 146 praporşik, 266 nəfər başqa işçi güllələndi.

XI Qızıl Ordunu xilaskar kimi qarşılayan, müsavatçılara və digər istiqlalçılara divan tutanların demək olar ki, hamısı sonrakı mərhələdə, 30-cu illər repressiyası dövründə məhv edildi.

27 aprel tariximizin ən faciəli günlərindən biridir.

Təəssüf ki, faciələrimizdən nəticə çıxarmadıq. Bu səbəbdən 20 yanvar, Xocalı faciələri baş verdi.

Elçibəy hakimiyyətinin 27 il əvvəl ölkədən çıxardığı rus ordusu ötən il noyabr ayının 10-da xalqımızdan xəbərsiz, xəlvəti olaraq gecə saatlarında yenə Azərbaycana gətirildi.

Yuxarı Qarabağda yerləşdirilən ordu hansı ad altında olmasından, necə adlandırılmasından asılı olmayaraq Cavad xanı Gəncə divarları üzərində qətlə yetirən, 27 apreldə Azərbaycanı işğal edən, 20 yanvar və Xocalı qırğınlarını törədən işğalçı rus ordusudur.

1988-ci ildə başlayan milli azadlıq hərəkatının öncül şəxslərindən olan Arif Hacılı 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinə sədrlik edib.

1990-1995-ci illərdə parlamentin deputatı olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri postunu tutub.

1992-ci ildən Müsavatın katibi, 2001-ci ildən başqan müavini olub. 2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatıb. 2014 və 2019-cu illərdə Müsavat başqanı seçilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar