Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tarixi imperiyaları indi də böyük ailələr əvəz edir...

Brexit ilə Avropadan çıxan ingilislər Türkiyəni öz tərəflərinə çəkərək oyunda böyük yer tutmaq istəyirlər...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 27 aprel 2021-ci il

Qlobal baxımdan çox xüsusi bir siyasi mexanizm səhnədədir. Bu səbəbdən, daxildəki siyasi fiqurlara baxaraq nələr olacağını anlamağa çalışırıq. Halbuki çöldə addımların necə atıldığını da bilmək lazımdır. Qapalı və yer altında işləyən qurumları izləyə bilmərik. Ancaq düşərgələri, ittifaqları, ailələri və atdıqları addımları izləyə bilərik.

Dünyanın ən məşhur və ən böyük media patronu olan Rupert Murdok 1000 ildən çoxdur avropalı kübar ailələr tərəfindən yaşadılan “Malta cəngavərlərindən” biridir. Pentaqondakı çox sayda yüksək səviyyəli əsgər də bu axına daxildir.

Murdok həm də “çay qonaqlığına” pul yağdıran Kok ailəsinə yaxın idi. Kok ailəsi, ümumiyyətlə Respublikaçıları dəstəkləyirdilər. Duayt D. Ayzenhauer, Ronald Reyqan, Corc H. W. Buş, Corc W. Buş və Bill Klinton da Malta cəngavəri idi. Avropanın dərinliklərindən cücərən çox köhnə bir quruluş ABŞ-da prezidentlərə qədər uzanırdı.

Avropadakı dərin ailələri və aralarındakı əlaqələri bilmirdik.
Rotşild ailəsi barədə dəfələrlə yazmışam. Sülalənin qurucusu Mayer Amşel Rotşild Frankfurtdakı Simon Oppenhaymerin yanında işi öyrənməyə başlayıb. Hekayə də buradan doğulub. Maliyyə sahəsindəki üstün bacarığı sayəsində saraylara daha çox yaxınlaşıb.

Krallıqlarla daha yaxından tanış olmaları üçün 5 oğlunu 5 böyük mərkəzə göndərmişdi. Bu ailə öz aralarındakı ünsiyyəti başqa heç nə ilə əvəz etməzdi.

Lakin bu ailə dezinformasiya yaymağı da yaxşı bacarırdı. “Vaterloo müharibəsini Napaleon qazandı” xəbərini Londona yaymışdılar. Hər kəs döyüş meydanına baxarkən, onlar bazara fokuslanmışdılar. Çaxnaşmanı başladan və nəticədə, pul toplayan məhz onlar idi.

Əvvəl də yazdığım kimi, bu günə qədərki ən böyük şirkət olan “East India Company”nin bütün hissələrini çox ucuza alırdılar. Bu şirkət “Apple”, “Amazon”, “Mıcrosoft”, “Exxon-mobil”, “Wells Fargo”nun cəmindən daha dəyərli idi. Yəni tarixin ən böyük şirkəti idi. Şirkətin iki sehrli ailəsi Sasunlar və Kaduriezlər idi. Səhm çevrilməsi imperiyadan daha böyük olan bir şirkəti dünya mərkəzinə qoydu. Çay və tiryək artıq bu ailələrin əlində idi. Tiryəkdən gələn gəlir isə gizli fəaliyyət göstərən qurumları genişləndirirdi. Çünki pul, güc və iqtidar orada idi.

Buradan ortaya çıxan və yayılan rolları da nəzərə almaq lazımdır. Məsələn, bir neçə nəfər İstiqlaliyyət müharibəsində Türkiyənin Yunanıstanla deyil, ingilislərin oyununa qarşı mübarizə apardığını bilirdi.

9-cü Danimarka kralı Kristianın oğlu George sizə qəribə Corc Yorqo adı ilə taxta çıxmış və Salonikidə öldürülmüşdü (çox güman ki, ingilislərin uydurmasına qarşı çıxdığına görə). Onun yerini isə oğlu Konstantin tutdu.

İstiqlaliyyət müharibəsində Bursaya gedən və “Osman, bax, mən gəldim! Tez ol ölkənizi xilas et” deyən bir nəfər də vardı ki, bu da Yorqonun bir digər oğlu Andrea idi. O da Yunanistan ordusunda xidmət edirdi. İzmirdə son nöqtə qoyulan kimi də xəyanətdə günahlandırıldı.

O, edam edilə bilərdi. Lakin həyat yoldaşı Battenberq şahzadəsi Alis araya girdi. İngiltərə kralı da bu vəziyyətə laqeyd qala bilmədi və Andrea sağ qaldı.

Kraliça II Elizabetin bu yaxınlarda həyatını itirən həyat yoldaşı Filip Andreanın oğlu idi. O da İngiltərə üçün döyüşən bir əsgər, bir zadəgan idi. Anasının məzarı da Qüdsdədir.

Bu günki duruma qayıtmaq, deməliyik ki, sülalələr dağılsa da, imperiyalar tarixə qarışsa da, bu ailələr hələ də çox güclüdürlər. Fikir verirsinizsə, son zamanlarda, Türkiyə Egeydə və Aralıq dənizinin şərqində, xüsusilə də Yunanıstanla üz-üzə gəlir. Həm neft, həm də qaz Aralıq dənizinin dərinliklərindədir. Amma, görəsən kimim olacaq? Necə bölüşdürüləcək? Bu vəziyyət İpək Yolunun taleyinə də təsir edir.

Bu səbəbdən, keçən həftə Merkel və Makron bir neçə saat internet vasitəsilə Çin prezidenti Jinpinq ilə görüşüb. Açıqlanmasa da, danışdıqları mövzu yeni dünya nizamı idi.
Bu görüşdən bir neçə gün sonra İngiltərə vacib bir addım atıb.
İngiltərə Parlamenti Çinin uyğur türklərinə qarşı təzyiqlərini “soyqırım” adlandırıb.

Çinə də hərəkətlərini dayandırması üçün çağırış edib. Həmçinin, Pekinə olan təzyiqin artırılmasını istəyib. ABŞ, Belçika, Kanada və Hollandiya da uyğur türklərinə qarşı Çinin addımlarını soyqırım kimi tanıyıb və buna etirazını bildirib.

Bütün bunlardan sonra isə İngiltərə Kipr üçün araya girdi. Cenevrədə Kipr məsələsini həll edəcəkdi. Deyilənlərə görə, türk və yunan tərəfləri ilə yanaşı, Türkiyə-Yunanıstan-İngiltərə və BMT-nin də iştirak etdiyi görüşdən bir nəticə çıxmasa, London türk tərəfini dövlət kimi tanıyacaq.

Baş nazir Boris Conson da buna işarə etdiyi üçün bütün media indi Covid-19 bəhanəsi ilə ona hücum edirdi.

Brexit ilə Avropadan çıxan ingilislər Türkiyəni öz tərəflərinə çəkərək oyunda böyük yer tutmaq istəyirlər. Heç kim də İpək Yolunu Çin ilə Avropa arasında buraxmaq niyyətində deyildi. Əsas mübarizə budur. Bu baxımdan iki vacib ölkə önə çıxır: Türkiyə və Rusiya. Hadisələr iki ölkənin qərarını dəyişdirmək üçün idi. Daxildəki siyasət də buna uyğun formalaşır.

Daxili müxalifətin ətəyində Avropanın kübar ailələri durur. Müharibənin ölçüləri dəyişərək davam edir.
Brexit isə vəziyyəti daha da alovlandırdı. Türkiyə də bunu görür və uyğun addımı atır. Yunanıstan, Aralıq dənizi, Liviya, SuriyaQafqazdakı prosesləri də bu çərçivədən izləmək daha faydalı olacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ümumvətəndaş pasportlarının verilməsi prosesində problem yaranıb

QMİ Həcc ziyarəti üçün kvotanın azaldılmasının səbəbini açıqlayıb, çağırış edib

Ən çox oxunanalar