Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəzifədə olan icra başçıları “gözü çıxan qonşularından” niyə ibrət götürmürlər? - Səbəb sistemin problemidir?..

İl yarımdır aparılan həbslərə baxmayaraq, icra başçılarının, xüsusən də köhnələrin iş prinsipində heç bir dəyişiklik müşahidə olunmur...

Natiq Cəfərli: “İcra hakimiyyəti institutu institusional olaraq öz işini tamamlayıb. Yeni bir sistem, yeni bir idarəetmə formasına keçid lazımdır”.

Elman Nəsirov: “Şəmkir rayon icra hakimiyyətinin başçısının həbs edilməsi onu göstərir ki, o özündən əvvəl həbs edilən icra başçılarının taleyindən nəticə çıxara bilməyib”.

Yayılan qeyri-rəsmi məlumatlara görə, DTX-nın “qara maskalı”larının növbəti dayanacağı Şəmkir rayon İcra Hakimiyyətinin binası olub. Əməliyyat zamanı icra başçısı Alimpaşa Məmmədovun, başçının keçmiş birinci müavini, Təhsil şöbəsinin hazırkı müdiri Qüdrət Əliyevin, baş memar İlqar Quliyevin, Şəmkir şəhər icra nümayəndəsi Pərviz İbrahimovun və Mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyevin saxlanıldığı bildirilir.

Dünən Prezident İlham Əliyevin Alimpaşa Məmmədovun vəzifədən azad edilməsilə bağlı imzaladığı sərəncamı da əməliyyatı təsdiqləyir.

Xatırladaq ki, ötən ilki əməliyyatlar zamanı Ağstafanın icra başçısı Nizaməddin Quliyev, Yevlax Şəhər İcra Hakmiyyətinin başçısı Qoca Səmədov, Neftçalanın icra başçısı İsmayıl Vəliyev, Biləsuvarın icra başçısı Mahir Quliyev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, onların müavinləri, icra hakimiyyətlərinin şöbə müdirləri həbs ediliblər.

Göründüyü kimi 2020-ci ilin əvvəlindən Azərbaycanda davamlı olaraq icra başçılarının həbsləri aparılır. Buna baxmayaraq icra başçılarının, xüsusən də köhnələrin iş prinsipində heç bir dəyişiklik müşahidə olunmur.

Bunu nəylə əlaəqləndirmək olar? Bu sistemin problemidir, yoxsa başqa nüanslarla bağlıdır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı ReAl partiyasınıın icra katibi Natiq Cəfərliyə və hakim Yeni Azərbaycan Partiyasının funksioneri, millət vəkili Elman Nəsirova müraciət edib.

Natiq Cəfərli: “Prezidentin özü də bir neçə dəfə bu məsələyə toxunaraq deyib ki, artıq icra hakimiyyətləri onlardan tələb olunan fəaliyyəti göstərə bilmir”.

Yerli icra hakimiyyəti orqanlarının öz şəxsi problemlərinin həlli ilə məşğul olduqlarını vurğulayan Natiq Cəfərli PİA.az-a açıqlamasında qeyd edib ki, buna görə də bu idarəetmənin fəlsəfəsinin özü kökündən dəyişdirilməlidir:

“Əslində idarəetmənin özündə ciddi dəyişikliyə ehtiyac var. Burada söhbət sırf kadrlardan getmir. Yəni hansısa kadrı başqa kadrla əvəz etməklə iş düzəlmir. Son 2-3 ildə baş verən hadisələr də bunu bir daha sübut etdi.

İcra hakimiyyəti institutu institusional olaraq öz işini tamamlayıb. Yeni bir sistem, yeni bir idarəetmə formasına keçid lazımdır. Bunun üçün illərdir ki, təkliflər də səsləndirilir. Biz tərəfdən də təkliflər səsləndirilib ki, ölkənin iri iqtisadi rayonlara bölünməsi məsələsi ola bilər. Prezidentin şəxsi nümayəndəsi də 15-16 iqtisadi rayona rəhbərlik edə bilər. Yerdə qalan işləri, əsasən də yerli məsələləri yerli özünü idarəetmə orqanları, şəhərlərin merləri, kəndlərin və qəsəbələrin seçkili orqanları özləri həyata keçirə bilər.

Bu səlahiyyət və məsuliyyət bölgüsü olmasa, hansısa kadr dəyişiklikləri ilə məsələni kökündən həll etmək mümkün olmayacaq.

Natiq Cəfərli: “Səlahiyyət və məsuliyyət bölgüsü olmasa, hansısa kadr dəyişiklikləri ilə məsələni kökündən həll etmək mümkün olmayacaq”.

Prezidentin özü də bir neçə dəfə bu məsələyə toxunaraq deyib ki, artıq icra hakimiyyətləri onlardan tələb olunan fəaliyyəti göstərə bilmir. Yəni icra hakimiyyətləri institusional olaraq dəyərdən düşüb. Buna görə də yeni oyun qaydaları, yeni qanunvericilik təşəbbüsləri ilə yerli özünü idarəetmənin gücləndirilməsi, paralel olaraq da səlahiyyəti və məsuliyyəti bəlli olan, insanlar qarşısında məsuliyyətli olan yerli orqanların yaradılmasına mütləq ehtiyac var. Çünki bu seçkili orqan olsa, ən azından vətəndaşlara xidmət göstərərək gələcəkdə növbəti seçkilərdə səs qazanmaq haqqında düşünəcəklər.

İndi oyun elə qurulub ki, yerli icra hakimiyyəti orqanları öz şəxsi problemlərinin həlli ilə məşğuldurlar. Buna görə də bu idarəetmənin fəlsəfəsinin özü kökündən dəyişdirilməlidir”.

Elman Nəsirov: “Görünür ki, müəyyən insanlar yenə də hesab edirlər ki, onların xüsusi immuniteti var. Onlar düşünürlər ki, onların başına eyni aqibət gəlməz və kimlərəsə arxayındırlar”.

Həbs olunan icra başçılarını görə-görə vəzifədə olan icra başçıları yenə də cinayət yolundan çəkinmirlərsə, onların islah olunan insanlardan olmadığını düşünən millət vəkili PİA.az-a bildirib ki, buna görə də digər icra başçılarını da analoji aqibət gözləyə bilər:

“Bu bir həqiqətdir ki, artıq bir neçə rayon icra hakimiyyəti başçısı həbs edilib. Hətta yeni həbslərin olması istisna deyil. Cənab prezident yeni icra başçısı təyin edərkən onların qarşısında bir nömrəli vəzifə kimi xalqa ləyaqətlə xidmət etməyi qoyur. Prezident deyir ki, özüm xalqın bir nömrəli xidmətçisiyəm, siz də xalqın xidmətçisi olun. Məsələ bu qədər aydın şəkildə qoyulub.

Həbs edilən icra başçılarının analoji aqibəti digər icra başçılarını da gözləyə bilər. Görünür ki, müəyyən insanlar yenə də hesab edirlər ki, onların xüsusi immuniteti var. Onlar düşünürlər ki, onların başına eyni aqibət gəlməz və kimlərəsə arxayındırlar. Amma unudurlar ki, prezident dəfələrlə söyləyib ki, hamı qanun qarşısında bərabərdir. Heç kimə arxayın olmayın və heç kimin xüsusi səlahiyyəti yoxdur. Cinayət yolunu seçmisənsə, mütləq cəzanı da alacaqsan.

Elman Nəsirov: “Mən deyirəm ki, indi həbs olunan icra başçıları tamamilə ağlını itirmiş insanlardır. Çünki onlar üçün nümunələr var idi”.

Şəmkir rayon icra hakimiyyətinin başçısının həbs edilməsi onu göstərir ki, o özündən əvvəl həbs edilən icra başçılarının taleyindən nəticə çıxara bilməyib. Bundan sonra da hər hansı bir icra başçısı öz kollegiyalarının həbsindən nəticə çıxarmayıbsa, deməli onları da eyni aqibət gözləyir.

Mən deyirəm ki, indi həbs olunan icra başçıları tamamilə ağlını itirmiş insanlardır. Çünki onlar üçün nümunələr var idi. Onlar bu nümunələri görə-görə yenə də cinayət yolundan çəkinmirlərsə, demək onlar islah olunan insanlardan deyillər. Buna görə də belə insanları analoji aqibət gözləyə bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar