Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DSX rəisi: "Hazırda ən yüksək nöqtədə Azərbaycan sərhədçiləri yerləşiblər"

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev aprelin 26-da Cəbrayıl rayonunda DSX-nin hərbi hissəsinin açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə pilotsuz uçuş aparatları barədə məlumat verib.

PİA.az dialoqu təqdim edir:

Elçin Quliyev dedi:

Möhtərəm cənab Prezident, müharibə vaxtı haropların tətbiqi ilə əlaqədar çəkilişlər aparılıb. Sağ tərəfdə hazırda həmin çəkilişlər göstərilir, TOR sistemi.

Prezident İlham Əliyev: Bəli, yadımdadır, qarajın içində idi.

Elçin Quliyev: Elədir ki, var, cənab Prezident. Burada onların bir çox raket kompleksləri, S-300 sistemləri, SKAD raket kompleksləri. Onlar Horadiz kəndi istiqamətində əks-hücum həmləsi etmək niyyətində olduqda isə haroplar tərəfindən 2 saat ərzində onların 14 tankı məhv edilmişdir. Bu çəkilişlərdə o tankların məhv edilməsi əks olunub. Təqribən 10-12 tankı da düşmən qoyub qaçıb.

Prezident İlham Əliyev: Onların özləri də bunu etiraf edirlər.

Elçin Quliyev: Elədir ki, var cənab Prezident. Bu, S-300-ün vurulması anı idi. Haropların vurma qabiliyyəti 97 faizdir, cənab Prezident. Bu ən yüksək göstəricidir.

Prezident İlham Əliyev: Bu, dağın başında idi.

Elçin Quliyev: Şükrataz dağının, cənab Prezident, Hazırda ən yüksək nöqtədə Azərbaycan sərhədçiləri yerləşiblər.

Dövlət başçısına məlumat verilib ki, yeni hərbi hissədə xidməti yüksək səviyyədə aparmaq üçün bütün şərait var. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməklə, eyni zamanda, dövlət sərhədinin bərpası kimi çox mühüm bir missiyanı icra etdi. Silahlı Qüvvələrimizin tərkib hissəsi kimi Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də yüksək peşəkarlıqla düşmənə sarsıdıcı zərbələr endirdi və onu torpaqlarımızdan qovdu. (report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar