Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pensiyaçılar: Say nələri nişan verir?

İqtisadçı Rövşən Ağayev pensiyaçılarla bağlı statistikaya diqqət çəkib.

Ekspert yazır ki, 2011-2020-ci illərdə Azərbaycanda pensiyaçıların sayı 1,7% azalıb: “Amma bölgələr üzrə statistika çox fərqlidir. Abşeron rayonu üzrə 24%, Bakı şəhəri üzrə 11%, Naftalan şəhəri üzrə 7% artım qeydə alınıb, Qobustanda 19%, Ucarda 18%, Qusarda 16% azalma olub.

Pensiyaçıların sayındakı eniş yaşa görə pensiyaçıların sayında azalmadan doğur. 2011-2020-ci illərdə yaşa görə pensiyaçıların sayı ölkə üzrə 11% azalıb. Bakı üzrə 8%, Abşeron üzrə 7%-ə yaxın artım qeydə alınıb. Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Qusar, Quba, Yevlax, AğdaşZərdab kimi rayonlar üzrə 20-32% intervalında azalma olub.

2011-ci ilin əvvəlinə kişilərin pensiya yaşı 61 il 6 ay, qadınların pensiya yaşı 57 il 6 ay idi.

Əlilliyə görə pensiya alanların sayı 2011-2020-ci illərdə ölkə üzrə 18% artıb. Bu statistikada demək olar bütün bölgələr üzrə artım var. Ən çox artım Ağsu (66%), SaatlıAbşeron (44%), Zərdab (43%), Şirvan (38%), Göygöl (34%), Yardımlı (31%), AğcabədiBeyləqanın (26%) payına düşüb. Ən az artım Salyan (1,8%), Naxçıvan Muxtar Respublikası (2,2%), Quba və Neftçala (4%), Göyçay, UcarBalakən (5%), Lerik, LənkəranBərdə (6-7%) İsmayıllıQobustanda (9%) olub.

Ailə başçısını itirməyə görə pensiya alanların sayında ölkə üzrə artım 6%-dır. Lakin Abşeron rayonu üzrə 65%, GöygölKürdəmir üzrə 40%, SalyanCəlilabad üzrə 20-24% intervalında artım, Goranboyda 65%, Ağsuda 40%, Ucarda 25%, Balakəndə 20% azalma rəsmiləşib.

2020-ci ilin nəticələrinə görə, ölkə əhalisinin 12,7%-i pensiya alıb. Bu göstərici Mingəçevirdə 17,2%, Bakı şəhəri üzrə 16,3%, Sumqayıt, Naftalan, GədəbəyDaşkəsəndə 15-16% intervalında, Gəncə və Qazaxda 14%-ə yaxın, Xızıda 8,8%, Qubada və Hacıqabulda 9-9,5% intervalındadır, digər bölgələr üzrə 10-13% aralığında dəyişir.

2011-ci ildə bütün pensiyaçıların 26%-i Bakının payına düşürdü. Hazırda pensiyaçıların 29%-dən bir qədər çoxu Bakıda qeydə alınıb”.

Novator.az bildirir ki, Dövlət Statistika Komitəsi 2010-cu ilin əvvəlinə pensiyaçıların sayını 1 milyon 308,4 min nəfər göstərib.

2011-ci ilin əvvəlinə pensiyaçıların sayı 1 milyon 292,2 min nəfərə, 2012-ci ilin əvvəlinə 1 milyon 277,6 min nəfərə, 2013-cü ilin əvvəlinə 1 milyon 272,1 min nəfərə düşüb.

2014-cü ilin əvvəlinə 1 milyon 277,1 min nəfər pensiyaçı qeydə alınıb.

2015-ci ilin əvvəlində 1 milyon 290,9 min nəfər, 2016-cı ilin əvvəlində 1 milyon 299,9 min nəfər, 2017-ci ilin əvvəlində 1 milyon 315,2 min nəfər, 2018-ci ilin əvvəlində 1 milyon 318,4 min nəfər pensiyaçı olub.

2019-cu ilin əvvəlinə pensiyaçıların sayı 1 milyon 295,5 min nəfərə, 2020-ci ilin əvvəlinə 1 milyon 270,6 min nəfərə, 2021-ci ilin əvvəlinə 1 milyon 228,8 min nəfərə enib.

2017-ci il iyulun 1-dək Azərbaycanda kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxırdı. Həmin vaxtdan bəri yaş həddi artırılır. Hazırda kişilər 65, qadınlar 62 yaşda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dən qadınların da pensiya yaşı 65 olacaq.(novator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar