Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xərçəng şişini pula çevirməyi bacaran deputatın biznes səltənəti — Kamaləddin Qafarovun nələri var?

Ölkənin dərman bazarındakı özbaşınalıq və xaotik durumla bağlı dəfələrlə yazılmasına baxmayaraq bu sahədə ürəkaçan dəyişikliyə şahidlik etmirik. Səhiyyə naziri Oqtay Şirəliyevin vəzifəsindən azad edilməsi isə nəhayət, bu sektorda müsbət irəliləyişlərin olacağına dair ümidlər yaradıb.

Hazırkı acı reallıq isə saxta dərman satışı, monopolistlərin meydan sulaması ilə müşaiyyət olunur.

Bu yazıda səhiyyə sistemində əsas dərman monopolistlərindən sayılan millət vəkili, Milli Onkologiya Mərkəzinin direktor müavini Kamaləddin Qafarovun qurduğu biznes səltənətindən bəhs edəcəyik.  

İnsafən, qeyd olunmalıdır ki, Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyevin adı bu kimi qalmaqallı olaylarda hallanmır. Əksinə, onun rəhbərlik etdiyi sahənin peşəkarı olması, neqativ hallara qarşı barışmazlığı daxil olan informasiyalar arasındadır. Bununla belə, direktor müavini Kamaləddin Qafarovun şəxsi biznesin qayğısına qalmağa yönəlmiş fəaliyyəti həm Milli Onkologiya Mərkəzində görülən müsbət işlərə, həm də ümumi səhiyyə sisteminə kölgə salmaqdadır.

İndi isə yazının qəhrəmanı və onun sahib olduğu şirkətlərlə tanış olaq ki, Kamaləddin Qafarovun səhiyyə sektorunda necə vacib persona olması haqda təsəvvür formalaşsın.

Biz xərçəng xəstələrinin canı bahasına milyonlarla sərvət toplamış millət vəkili, Milli Onkologiya Mərkəzinin direktor müavini Kəmaləddin Qafarova məxsus olduğu şübhə doğurmayan şirkətlərin siyahısını dərc etməklə hələlik mövzuya nöqtə qoyuruq. Növbəti yazımızda isə K. Qafarovun müəllifliyi ilə həyata keçirilən ilginc əməliyyatlar haqda məlumat verəcəyik.

Beləliklə, xərçəng xəstəliyinə pula çevirməyi bacaran millət vəkilinin biznes səltənətinə daxil olan şirkətlərlə tanış olaq:

– “AzəriMed” MMC,

– “AzəriMed MNK” MMC

– “Kanon” MMC,

– “Mega Pharmacy” MMC,

– “Azeri Med MNK” MMC,

– “Versal” MMC,

– “Versal Palace” MMC

– “Naturalist” firması,

– “AvestaFarm” MMC,

– Cardinal Health şirkəti

– “Ruslan AZ” MMC

– Zəfəran Hospital

– Zəfəran Apteklər şəbəkəsi

Siyəzən Broyler (savash.org)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar