Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran Ermənistan vasitəsi ilə Qara dənizi Fars körfəzinə bağlayır - Azərbaycana qarşı yeni ittifaq formalaşır?..

Bu layihə ABŞ və Rusiyanın maraqlarına nə qədər xidmət edir? Həmçinin bu layihə reallaşarsa, “Zəngəzur dəhlizi” də daxil olmaqla “Şimal-Cənub” nəqliyyat dəhlizinin arxa plana keçməsi mümkündürmü?..

Nəsimi Məmmədli: “İranın indi təklif etdiyi yeni format daha mürəkkəb və reallıqdan çox uzaqdır. Ermənistan ərazisindən keçməklə Qara dənizi Fars körfəzi ilə birləşdirən nəqliyyat dəhlizinin inşası coğrafi baxımdan olduqca çətin, iqtisadi baxımdan isə çox əlverişsizdir”.

Vüsalə Əhmədova: “İran layihəni hələ 2016-cı ildən planlaşdırdığını qeyd etsə də, nədənsə Türkiyə tərəfindən irəli sürülən layihə reallaşmağa bu qədər yaxın olduğu bir vaxtda bu istiqamətdə fəaliyyətini sürətləndirdi”.

İk gün əvvəl İranın Nəqliyyat və Şəhərlərin İnkişafı Nazirliyinin Nəqliyyat və Kommersiya Departamentinin rəhbəri Amin Tarfa “Mehr” Agentliyinə verdiyi müsahibədə bildirib ki, Qara dənizi Fars körfəzini birləşdirən nəqliyyat dəhlizinin inşası üçün yaxın zamanlarda Bolqarıstanın paytaxtı Sofiyada saziş imzalanacaq. İranın Nəqliyyat və Şəhərlərin İnkişafı Nazirliyinin rəsmisi bildirib ki, yeni nəqliyyat dəhlizi Ermənistan ərazisindən keçməklə Qara dənizi Fars körfəzinə bağlayacaq. Layihədə İran, Ermənistan, Gürcüstan, Bolqarıstan və Yunanıstan iştirak edir. Bu dəhlizin geosiyasi əhəmiyyəti ciddidir və İranın, o cümlədən Ermənistanın iqtisadi blokadadan çıxması üçün əhəmiyyətli rol oynayır.

İran rəsmisi bildirib ki, “Qara dənizi-Fars körfəzi” nəqliyyat dəhlizi rəqabəti yaxşılaçdırmaq və üzv ölkələr arasında nəqliyyat əlaqələrini daha da gücləndirəcək. Qeyd edək ki, Amin Tarfa bu açqılamasını bu həftənin bazar ertəsi Ermənistana reallaşdırdığı səfərdən sonra İran informasiya agentliyinə verib. Tarfa qeyd edib ki, “Qara dənizi-Fars körfəzi” nəqliyyat dəhlizi ilə bağlı 2016-cı ildə təşəbbüs irəli sürülüb və layihə ilə bağlı sayca beşinci toplantı avqustun 19-da Yeravanda keçirilib.

İran Nəqliyyat Nazirliyinin rəsmisi qeyd edib ki, son toplantıda konstruktiv razılaşma əldə olunub və sazişin son variantı yaxın zamanlara Sofiyada keçirilməsi nəzərdə tutulan görüşdə imzalanması gözlənilir.

Tarfa bildirib ki, bu dəhlizin istifadəyə verilməsi iqtisadi cəhətdən effektlidir və Avropa ilə Asiya arasında malların daha sürətlə daşınması təmin olunacaq.

Bəs “Qara dənizi-Fars körfəzi” nəqliyyat dəhlizinin istifadəyə verilməsi Ermənistana hansı üstünlüklər təmin edə bilər?

Hər şeydən əvvəl yeni dəhliz Ermənistanın İran ərazidi ilə Fars körfəzinə, Gürcüstan ərazisi ilə Qara dənizə çıxışını təmin edəcək. ABŞ-ın sanksiyalarından əziyyət çəkən İran malları Ermənistan üzərindən Avropaya daşınacaq və nəticədə Ermənistan da Azərbaycanın tətbiq etdiyi iqtisadi blokadadan çıxacaq.

Bu dəhliz reallaşarsa, onsuz da reallığı həzm edə bilməyən Ermənistan üçtərəfli bəyanatın əsas bəndələrindən biri olan “Zəngəzur dəhlizi”nin açılmasına qarşı bütün imkanları ilə qarşı çıxacaq.

ABŞ-la İran arasında gərginliyin son həddə olmasına baxmayaraq bu layihənin reallaşmasını mümkün olacaq və bu layihə ABŞRusiyanın maraqlarına nə qədər xidmət edir? ABŞ-ın NATO müttəfiqləri olan Yunanıstan və Bolqarıstanın bu layihədə iştirakı kollektiv Qərbin maraqlarına nə qədər uyğundur? Həmçinin Rusiyanın strateji müttəfiqi olan Ermənistanın bu layihəyə qoşulması Moskvanın kürəyinə sancılmış “xəncər” olmayacaqmı?

Ümumiyyətlə bu layihə reallaşarsa,“Zəngəzur dəhlizi” də daxil olmaqla “Şimal-Cənub” nəqliyyat dəhlizinin arxa plana keçməsi mümkündürmü?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəsimi Məmmədliyə və iqtisadçı-ekspert Vüsalə Əhmədovaya müraciət edib.

Nəsimi Məmmədli: “Rusiya Gürcüstan və Ermənistanı öz geosiyasi təsirindən çıxara biləcək layihələrə yaşıl işıq yandırmayacaq”.

İran özünü və Ermənistanı iqtisadi blokadadan çıxarmaq üçün müəyyən cəhdlər etsə də, bu istəyinə nail olmaq üçün resurslarının yetərli olmadığını vurğulayan politoloq PİA.az-a açıqlamasında xatırladıb ki, İranın xarici işlər naziri Cavad Zərif də bölgə ölkələrinə son səfərində “Şimal-Cənub” nəqliyyat dəhlizini və “3+3” formatında əməkdaşlığı müzakirə etmişdi:

“4 ay öncə Azərbaycan və Türkiyənın “3+3” formatında (Rusiya, İran, Gürcüstan və Ermənistan) regional əməkdaşlıq təşəbbüsü gündəmə gətirilmişdi. Amma bu formatda Ermənistanın iştirakı üçün onun Azərbaycana qarşı ərazi iddialardan əl çəkməsi şərti qoyulmuşdu. Azərbaycan və Türkiyənin ardınca İranın xarici işlər naziri Cavad Zərif də bölgə ölkələrinə son səfərində“Şimal-Cənub” nəqliyyat dəhlizini və “3+3” formatında əməkdaşlığı müzakirə etmişdi.

Hətta Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iranlı həmkarı ilə birgə mətbuat konfransında “3+3” formatı ilə Cənubi Qafqazda sülhü davamlı hala gətirməyin mümkünlüyünü vurğulamışdı.

Onu da qeyd edim ki, nəzəri baxımdan “3+3” formatı mümkün olsa da, bir sıra əhəmiyyətli geosiyasi və siyasi səbəblərə görə reallaşması çətin görünür. Lakin İranın indi təklif etdiyi yeni format daha mürəkkəb və reallıqdan çox uzaqdır. Ermənistan ərazisindən keçməklə Qara dənizi Fars körfəzi ilə birləşdirən nəqliyyat dəhlizinin inşası coğrafi baxımdan olduqca çətin, iqtisadi baxımdan isə çox əlverişsizdir. Eyni zamanda belə bir layihənin gerçəkləşdirilməsinə ABŞ-ın, Avropa İttifaqının, Rusiya və Türkiyənin reaksiyası da müsbət ola bilməz.

Nəsimi Məmmədli: “ABŞ İranı sərt sanksiyalarla ram etmək xətti götürüb və bu siyasətini getdikcə sərtləşdirir. İran üçün yeni nəfəsliyə imkan verməsi heç də inandırıcı deyil”.

İran özünü və Ermənistanı iqtisadi blokadadan çıxarmaq üçün müəyyən cəhdlər etsə də, bu istəyinə nail olmaq üçün resursları yetərli deyil. Bu layihə indiki şərtlər daxilində nə ABŞ-ın, nə Rusiyanın, nə də Türkiyənin maraqlarına cavab verir. ABŞ İranı sərt sanksiyalarla ram etmək xətti götürüb və bu siyasətini getdikcə sərtləşdirir. İran üçün yeni nəfəsliyə imkan verməsi inandırıcı deyil. Rusiya isə Gürcüstan və Ermənistanı öz geosiyasi təsirindən çıxara biləcək layihələrə yaşıl işıq yandırmayacaq.

Habelə, İranın bu layihədə tərəfdaş kimi gördüyü Cənubi Qafqaz ölkələri da daha çox Qərbi Avropaya yaxınlaşmaq istiqamətində fəaliyyət göstərir. Onların əsas siyasi strateji xətti bu vektor üzərindədir. Hətta Gürcüstan xeyli dərəcədə NATO ilə əməkdaşlıq istiqamətinə yönəlib.

Nəsimi Məmmədli: “Zəngəzur dəhlizinin reallaşması Rusiyanın, Türkiyənin, Azərbaycanın, eləcə də İranın və Ermənistanın maraqlarına daha çox uyğundur”.

Zəngəzur dəhlizinin reallaşması Rusiyanın, Türkiyənin, Azərbaycanın, eləcə də İranın və Ermənistanın maraqlarına daha çox uyğundur. Azərbaycandan keçməklə Çindən, Orta Asiyadan Türkiyəyə və dənizlərə açılan səmərəli yol ola bilər. Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin də əhəmiyyətini qoruyub saxlaya bilər.

SSRİ-nin dağılmasından 30 il sonra postsovet məkanında və ona bitişik regionlarda həm siyasi-təhlükəsizlik maraqlarının, həm də iqtisadi-siyasi və hərbi əlaqələrin yenidən təşkili prosesi gedir. İran üzləşdiyi sanksiyalara görə iqtisadi baxımdan zəifləyir və regional təsirlərini getdikcə itirir. Regionda yaranmaqda olan yeni dəngələr əsasən iqtisadi-ticarət əməkdaşlığı üzərində formalaşdığından İran da bu istiqamətdə özünəməxsus cəhdlər edir”.

Vüsalə Əhmədova: “Tehranın əsas məqsədi Türkiyənin infrastruktur layihələrinə alternativ yaratmaq və ondan geosiyasi asılılığını bir şəkildə aradan qaldırmaqdır”.

İranın hazırda Türkiyə ilə Türkdilli ölkələr arasında bir körpu rolunu oynadığını və “Zəngəzur dəhlizi” layihəsinin işə salınması ilə bu mövqeyini itirəcəyini düşündüyünü vurğulayan ekspert PİA.az-a bildirib ki, İran planlaşdırılan dəhlizin geo-siyasi təsirlərini azaltmaq üçün əlindən gələni edəcək:

“Həqiqətən də, belə desək Asiyadan Avropaya tranzit axını üzərində üç keçmiş imperiya arasında qarşıdurma davam edir. Bilirsiz ki, Rusiya “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin əsas iştirakçısıdır, hansı ki, Hindistanı İranXəzər dənizi vasitəsilə Baltikyanı ölkələrlə birləşdirməyi planlaşdırır. Türkiyə isə, Çini Orta Asiya ölkələri, Azərbaycan və “Zəngəzur dəhlizi“ vasitəsilə quru yolu ilə Avropaya birləşdirməyi nəzərdə tutan “Orta dəhliz” adlanan layihəni reallaşdırmağı planlaşdırır.

Hazırda isə, İran Fars körfəzini Qara dəniz vasitəsilə Avropa ilə birləşdirmə təşəbbüsü ilə çıxış edir. İran layihəni hələ 2016-cı ildən planlaşdırdığını qeyd etsə də, nədənsə Türkiyə tərəfindən irəli sürülən layihə reallaşmağa bu qədər yaxın olduğu bir vaxtda bu istiqamətdə fəaliyyətini sürətləndirdi. Bir neçə gün əvvəl Tehranda Ermənistan, Bolqarıstan, Yunanıstan və Gürcüstan təmsilçilərinin toplantısı keçirildi və “Qara dənizi-Fars körfəzi” nəqliyyat dəhlizinin çox yaxın zamanda işə salınacağı elan edildi. Tehranın əsas məqsədi Türkiyənin infrastruktur layihələrinə alternativ yaratmaq və ondan geosiyasi asılılığını bir şəkildə aradan qaldırmaqdır.

İran hazırda Türkiyə ilə Türkdilli ölkələr arasında bir körpu rolunu oynayır və “Zəngəzur dəhlizi” layihəsinin işə salınması ilə bu mövqeyini itirəcəyini düşünür. Bundan əlavə, 30 ildir Azərbaycan ilə Naxçıvan arasında həm ticarət, həm də sərnişin daşınması İran üzərindən həyata keçirilir. Bir sözlə İran planlaşdırılan dəhlizin geo-siyasi təsirlərini azaltmaq üçün əlindən gələni edəcək.

Məlumdur ki, Azərbaycan İran üzərindən Naxçıvana göndərdiyi qazdan İrana 15%-lik komissiya ödəyir. Həmçinin, Türkiyə ilə İran arasında 1996-cı ildə imzalanan qaz sazişi əsasında Türkiyə İrana hər 1000 m3 qaz üçün 490 ABŞ dolları ödəyir. Hansı ki, “Zəngəzur dəhlizi” layihəsi reallaşarsa, Türkiyə Azərbaycan qazını 335 dollara ala biləcək, o cümlədən, qazın Naxçıvana verilişi üçün İrana ehtiyac qalmayacaq.

Vüsalə Əhmədova: ““Zəngəzur dəhlizi” layihəsi reallaşarsa, Türkiyə Azərbaycan qazını 335 dollara ala biləcək, o cümlədən, qazın Naxçıvana verilişi üçün İrana ehtiyac qalmayacaq”.

O da məlumdur ki, Türkmənistandan İran vasitəsilə Türkiyəyə çəkilməsi planlaşdırılan qaz boru kəməri layihəsi 2017-ci ildə bir sıra maliyyə səbəblərindən donduruldu. Türkmənistan artıq qazını Azərbaycan üzərindən Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə çatdıra biləcək, o cümlədən, Türkmənistandan gələn qaz Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı mövcud boru kəmərləri vasitəsilə Avropaya çatdırıla bilər. Bu isə İranın Avropaya qaz nəqlini planlaşdırdığı boru kəməri layihəsinə maneə hesab edilir. Bundan əlavə, Türkiyə ilə Orta Asiyanı birləşdirən yol İran üzərindən keçir və hər ay 12 mindən çox Türkiyə tırları İran sərhəddindən keçərək Türkdilli respublikalara və digər bir çox qonşu ölkələrə yük daşıyır.

Bu ticarətdən İran kifayət qədər qazanc götürür, 1.800 kilometrlik bir yol üçün hər yük maşını İrana təqribən 700-800 dollar rüsum ödəyir. Planlaşdırılan layihə reallaşarsa, yük maşınlarının çox hissəsi Azərbaycan vasitəsilə daşınma həyata keçirə biləcək. Mincivan-Naxçıvan dəmir yolu xəttinin bərpası və bu dəmir yolu xəttinin Qars-Naxçıvan yeni dəmir yolu xətti ilə birləşdirilməsi vasitəsilə həm sərfəli qiymətlərlə sərnişin, həm də yük daşınması həyata keçirilə bilər.

Vüsalə Əhmədova: “Layihənin digər iştirakçıları olan Gürcüstan, Bolqarıstan və Yunanıstan ABŞ-ın yaxın tərəfdaşlarıdır və ABŞ istədiyi zaman layihənin reallaşmasına əngəl ola bilər”.

Görünən o ki, İran Türkiyənin qafqazdaki geo-siyasi mövqeyinin möhkəmlənməsi ilə heç cür barışa bilmir. Hətda iranlı bir millət vəkili, Türkiyənin bölgənin siyasi xəritəsini dəyişdirdiyini, NATO, İsrail və ABŞ-ın Xəzər dənizinə çıxışını təmin etdiyini bildirmişdi. “Zəngəzur dəhlizinə” tolerans göstərmyəcəkləri aydın idi. Beləliklə, İran tranzit ölkə olaraq Azərbaycanı deyil, Ermənistanı tərcih edir. Deməli, “Qara dənizi-Fars körfəzi” nəqliyyat dəhlizi ilə yüklər konteynerlərlə İran ərazisindən Ermənistana, oradan da Gürcüstanın Qara dənizdəki Poti limanına, buradan da gəmilərlə Sofiya şəhərinin Burgaz və Varna limanlarına daşınacaq. Bolqarıstan limanlarından Çin malları üçün Yunanıstan və İtaliyaya birbaşa yol açılır. Başqa sözlə, İran Şərqi Avropa bazarlarına çıxış əldə edərək böyük bir tranzit mərkəzi olmaq niyyətindədir. Pekinin növbəti 25 ildə İran İslam Respublikasına 400 milyard dollar investisiya qoymağa hazır olduğu da deyilir. Üstəlik, Bolqarıstanın səlahiyyətliləri də xüsusi terminalların tikintisinə investisiya qoymağa hazır olduqlarını bildirirlər.

Qeyd edim ki, “Qara dənizi-Fars körfəzi” nəqliyyat dəhlizi hazırda istifadədə olan Süveyş kanalından keçən marşrutdan iki dəfədən çox qısadır və yüklərin çatdırılması xeyli ucuz başa gələ bilər. Tranzit daşıyıcılar üçün əsas olan nədir? Sürət, səmərəlilik və təhlükəsizlik. Digər tərəfdən isə, əgər layihə tez bir zamanda reallaşarsa, bir sıra ərəb ölkələrini və Hindistanı da əhatə edəcək. Bu da Rusiyanın maraqlarına ziddir. Bir digər tərəfdən baxsaq, layihənin digər iştirakçıları olan Gürcüstan, Bolqarıstan və Yunanıstan ABŞ-ın yaxın tərəfdaşlarıdır və ABŞ istədiyi zaman layihənin reallaşmasına əngəl ola bilər”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli fonunda Türkiyənın “3+3” formatında (Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistan) regional əməkdaşlıq təşəbbüsü ilə bağlı jurnalistlərin sualını cavablandıran Ermənistanın Xarici İşlər nazirininmmüavini Avet Adonç bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə format ATƏT-in Minsk qrupudur və başqa formatlar hələ ki, müzakirə olunmur.

Göründüyü kimi, Ermənistan artıq Rusiya-Azərbaycan-Ermənistan hökümət komissiyası çərçivəsində müzakirə olunan və Zərifin bölgə ölkələrinə son səfərlərində müzakirə etdiyi layihədən artıq imtina edir.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Ən çox oxunanalar