Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kriptovalyutalar iqtisadiyyatlar üçün təhlükəli törədir?

“Thodex” adlı kriptovalyuta platformasının öz saytını bağladığı və topladığı pullarla xaricə qaçdığı barədə xəbərlər mediaya yayılıb...

Mehmet Akif Soysal
“Yeni Şafak” qəzeti, Türkiyə, 23 aprel 2021-ci il

Gündəlik həyatda istifadə etdiyimiz pulun üç əsas funksiyası var: dəyər ölçüsü, mübadilə vasitəsi və qənaət vasitəsi olması. Kriptovalyutalarla bağlı bütün bu hekayələrə baxmayaraq, hələ də nə işə yarayacaqları barədə dəqiq məlumat yoxdur. Həm spekulyasiya, həm də manipulyasiya üçün çox uyğun quruluşlara sahibdirlər.

Dünyada təxminən 210 ölkə olduğu halda, bu ölkələrə aid olan yalnız 200-ə yaxın valyuta var. Son zamanlarda artan təkliflə birlikdə isə təxminən 5500 kriptovalyuta olduğu təxmin edilir.

Bəs pulun üç funksiyası hansılardır? İndi kriptolar hansı funksiyanı yerinə yetirirlər?

1) Dəyər vahidi olması, yəni malların və xidmətlərin qiymətlərinin müəyyənləşdirilməsində müxtəlif dəyərlərin qeydə alınması;

2) Mübadilə və ya dəyişiklik vasitəsi olması, mal və xidmətlərin alqı-satqısında vasitəçi kimi çıxış etməsi;

3) Dəyər saxlamaq vasitəsi olması: iqtisadi fəaliyyətlər nəticəsində yaranan dəyəri bir qənaət kimi toplamaq funksiyasını yerinə yetirməsi.

Kripto pulların bu formada dünya bazarlarında varlıqların köçürülməsi və dəyərin saxlanması vasitəsi kimi fəaliyyət göstərməyə çalışdığını deyə bilərik. Bununla birlikdə, bu funksiyalar çox yeni və sürətli şəkildə inkişaf etdiyindən hələ milli dövlətlər tərəfindən tənzimlənə bilmədikləri üçün kor-koranə şəkildə irəlilədiyini deyə bilərik. Çünki dəyər yığmaq vasitəsi kimi istifadə olunan kripto valyutaların yeni qaydalarının ortaya çıxması ilə kiçik investorları incitmək ehtimalı da yüksəlir.

Daha önəmlisi isə budur ki, təklif olunan kriptovalyutaların əksəriyyətinin (qeyri-rəsmi mənbələrə görə, 2021-ci ilin fevral ayından etibarən 4500 olduğu halda, bu gün 5500-ə çatıb) qapısına kilid vura bilər. Beləliklə, yatırılan vəsaitlərin buxarlanması da mümkündür. Təbii olaraq, kripto pulların tamamilə yox olacağını demək də mümkün deyil. Ancaq dövlətlər tərəfindən təkmilləşdirilən yeni növlərə gəlsək, bunlar amöb kimi sürətlə çoxalan növlərin qarşısını ala bilər.

Hazırda ən vacib məsələ kriptovalyuta xaosunun ailələrimizə verə biləcəyi zərəri və riskləri iqtisadçıların elan etməsi və dövlət orqanlarının təcili şəkildə pul bazarını tənzimlənməsidir. Məsələn, Türkiyədə kripto puldan gələn böyük qazanclar artıq meydandadır.

Bu, təcili bir məsələdir. Çünki dünəndən etibarən “Thodex” adlı kriptovalyuta platformasının öz saytını bağladığı və topladığı pullarla xaricə qaçdığı barədə xəbərlər mediaya yayılıb. Qurbanların vəkili olan Oğuz Evren Kılıç: ““Thodex” bağlanmazdan əvvəl 400 min istifadəçisi var idi. Bunlardan 391 min nəfəri aktiv ticarətlə məşğul idi. Aylıq əməliyyat həcmi 8-13 milyard dollara çatırdı. Türkiyənin 3. ən böyük kripto pul bazarı idi”, deyərək vəziyyətin ağırlığını izah edib.

Digər bir xaos da ABŞ-dan gəlib

Baş prokuror Ceyns Nyu-Yorkdakı “Bitfinex” virtual valyuta ticarət platformasının qanunsuz fəaliyyətinə son qoyub. Buna görə, dəyəri birbaşa ABŞ dollarına bağlı olmaqla bazara çıxarılan “Tether”in topladığı puldan istifadə etdiyi və iki şirkət vasitəsilə pulu sistemdən çıxardığı təsbit edilib. Baş Prokurorluq Ofisi (OAG) tərəfindən aparılan bir araşdırmada “Bitfinex” operatoru olan “iFinex” və “Tether”in dəstəkləndiyi və aralarındakı yüz milyonlarla dollarlıq hərəkət barədə yanlış bəyanatlar verdiyi ortaya çıxıb. Bu səbəbdən, əməliyyat qadağası tətbiq olunsa da, pullarını yatıran on minlərlə qurbanın qarşısını almaq mümkün olmayıb.

Bu məsələni təcili olaraq gündəmə gətirmək və tənzimləməni tezliklə həyata keçirmək üçün QMİ ilə nazirlik birgə işləməlidir. Çünki zəif bürokratiya nəticəsində on milyardlarla lirəlik mənbələr bir müddət sonra toplu şəkildə xaricə ötürülə bilər. Bu məsələdə bir addım öndə olmaq dövlətin borcudur. Vaxtında qəbul edilməyən qərarların seçkiyə təsirləri yenidən təşkilatların boynuna atılmamalıdır. Çünki sabah kriptovalyuta hadisələrinin siyasi zərər çox ağır ola bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: Thodex

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar