Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Milli Suverenlik və Uşaq Bayramını qeyd edir

Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq Bayramıdır.

 1920-ci ilin aprelin 23-də Ankarada Türkiyə Böyük Millət Məclisi (TBMM) fəaliyyətə başlayıb.

Məclis 1920-ci ilin 23 aprel tarixində yerli vaxtla saat 13:45-də 115 millət vəkilinin iştirakı ilə açılıb. Həmin ilin aprelin 24-də Mustafa Kamal (1934-cü ildən Atatürk) yekdilliklə TBMM-nin sədri seçilib.

Artıq 101 ildir 23 aprel ölkədə Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd edilir. Bu gün ölkədə qeyri-iş günüdür.

Bu münasibətlə Türkiyə parlamentinin sədri Mustafa Şəntop, vitse-prezident Fuad Oqtay, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, milli müdafiə naziri Hulusi Akar, milli təhsil naziri Ziya Səlcuk və digər nazirlər Anıtqəbirdə Qazi Mustafa Kamal Atatürkün məzarını ziyarət ediblər, məzarı üstünə əklil qoyublar. M.Şəntop xatirə dəftərinə ürək sözlərini yazıb.

Bundan başqa, milli təhsil naziri Ziya Səlcuk nazirliyin əməkdaşları, müəllimlər və məktəblilərlə birlikdə Atatürkün məzarını ziyarət edib, Atatürkün qəbiri üstünə əklil qoyublar.

Koronavirus pandemiyasına görə bu il bayram tədbirləri məhdudlaşdırılıb.

Qeyd edək ki, Milli Suverenlik və Uşaq Bayramı Türkiyədən başqa Şimali Kipr Türk Respublikasında da rəsmi bayramdır.(yenicag.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar