Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə sədrini polisə apardılar - General göstəriş verdi və... - Foto

Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri  Natiq Əliyev sərxoş vəziyyədə karantin qaydalarını pozduğu üçün saxlanılaraq, polisə aparılıb.

Gununsesi.info-nun xəbərinə görə, hadisə Gəncənin Kəpəz stadionunun yaxınlığında baş verib.

Məhkəmə sədrinin saxlanılmasına səbəb isə onun sərxoş olması ilə yanaşı tibbi maskadan istifadə etməməsi və polisə müqaviməti olub.

Belə ki, məhkəmə sədrinə yaxınlaşan Post-Patrul Xidmətinin əməkdaşları onu sorğu-sual edərkən mübahisə düşüb.

Polislərə qarşı  aqressiv münasibət göstərən Natiq Əliyev onlara sənəd təqdim etməkdən imtina edərək, müqavimət də göstərib.

Qarşılıqlı mübahisənin sonunda Natiq Əliyevi polisə gətiriblər.

Araşdırma zamanı onun məhkəmə sədri olduğu üzə çıxdığından barəsində inzibati tənbeh tədbiri görülməyib.

Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyevin göstərişi ilə qanunları pozan və polis nəfərinə qarşı kobudluq edən məhkəmə sədri sərbəst buraxılıb.

Gəncə Baş Polis İdarəsinin rəisi general Teymur Hacıyevin bu hərəkəti isə adıçəkilən şəhərdə hər kəsin qanun qarşısında bərabərlik prinsipinə nə dərəcədə əməl olunmasının  göstərcisi kimi qiymətləndirilə bilər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar