Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AVRO-2020: "Fənərbağça"nın qapıçısı Bakıdakı oyunları buraxa bilər

Türkiyə millisinin və "Fənərbağça"nın qapıçısı Altay Bayındır zədələnib.

"Report" İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı qolkiper ötən gün məşq zamanı əlindən ağır xəsarət alıb.

Bu gün tibbi müayinədən keçən oyunçunun biləyində sınıq aşkarlanıb. Yaxın günlərdə əməliyyat olunacaq qapıçının mövsümün qalan matçlarında meydana çıxa bilməyəcəyi və yaşıl meydanlardan təqribən 3 ay uzaq qalacağı açıqlanıb. Gənc qolkiperin Avropa çempionatını da buraxacağı gözlənilir.

Daha əvvəl Türkiyə millisinin və "Beşiktaş"ın hücumçusu Cenk Tosun zədələnərək, mövsümün vaxtından əvvəl başa vurub.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. Dörd oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

pia.az 


Etiket: AVRO-2020


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Borrell Fələstinin Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar