Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samir Əsədli: "Rusiya bütün dünya ilə özünü düşmən edib.."

Rusiyanın ölkəmizdə imici onsuz da yaxşı deyildi, bu kimi fəaliyyət bu dövləti bir qədər də gözdən salır

Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün parlamentdəki çıxışında 44 günlük müharibə zamanı baş verən hadisələrdən tutmuş uğursuz əməliyyatlara qədər, bir çox mətləblərdən söhbət açdı. Burada diqqətçəkici olan məsələlərdən biri erməni baş nazirin RusiyaErmənistan arasında hərbi əməkdaşlığın genişlənməsi, Ermənistan ordusunun Rusiya Silahlı Qüvvələri tərəfindən modernləşdirilməsi, eyni zamanda Sünikdə 102-ci hərbi bazanın “dayaq məntəqəsi”nin yaradılması istiqamətində danışıqların aparılması barədə dedikləri idi.

Sual yaranır ki, hazırda seçkiyə hazırlaşan, iqtisadiyyatı bərbad durumda olan, külli miqdarda xarici borc səbəbindən defolt astanasına gələn Ermənistan ordusunu Rusiya niyə tez-tələsik, İkinci Qarabağ savaşından dərhal sonra modernləşdirməyə başlayıb? Erməni ordusu kimə qarşı hazırlanır? Regionda yeni irimiqyaslı müharibə başlaya bilərmi?

“Şərq”in suallarına VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli aydınlıq gətirib. O bildirib ki, İkinci Qarabağ savaşı bitdikdən sonra Rusiyanın bölgədə aktivliyi sülhməramlılıqdan daha çox gərginlik yaratmağa hesablanıb. S.Əsədli vurğulayıb ki, sülhməramlı adı ilə bölgədə yerləşən rus hərbi kontingenti artıq baza formasına gəlib çıxır:

“Bu hərbçilər ərazidəki erməni separatçılarını zərərsizləşdirib Azərbaycanın burada suverenliyini təmin etmək əvəzinə, açıqdan-açığa ermənilərin güclənməsinə dəstək olurlar. Azərbaycan ictimaiyyətində bu fəaliyyətə qarşı ciddi etiraz var. Hakimiyyətdən də diplomatik etiketin imkan verdiyi qədərində narazılıqlar ifadə olunur. Rusiyanın ölkəmizdə imici onsuz da yaxşı deyildi, bu kimi fəaliyyət bu dövləti bir qədər də gözdən salır”.

S.Əsədli əlavə edib ki, Qarabağda hərbi kontingenti artırmaq, Azərbaycanla sərhəddə hərbi baza yaratmaq, erməni ordusunu modernləşdirmək işini Rusiyanın açıq-açığına reklam etməsi tam mənada imperalist addımlardır:
“Kreml Qafqazda öz hegemonluğunu qorumaq üçün beynəlxalq normalara, sivil dövlətlərarası münasibətlərə belə sayğısızlıq etməkdən çəkinmir. Amma Azərbaycan həm iqtisadi baxımdan, həm də geopolitik mövqe baxımından elə bir durumdadır ki, belə jestlər bizə təsir etməz.

Rusiya bütün dünya ilə özünü düşmən edib böyümək kimi cəfəng bir xəyal qurub. Proses isə əks effekt verir. İmperiya və hegemonluq istəyi artdıqca, bu dövlət sonunu tezləşdirir.

Ermənistan Rusiyasız bölgədə heç kim olduğunu anlamalı və postrusiya dövründə dövlət olaraq varlığını qorumaq üçün bu gün Azərbaycan və Türkiyə ilə münasibətləri yoluna qoymalıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar