Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Toplum kasıblığın daşını ata bilmir"

Dövlət Statistika Komitəsi bildirir ki, 2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində alınan mallara xərclənən vəsaitin 48,6 faizi ərzaq məhsullarının, 5,8 faizi içkilər və tütün məmulatlarının, 16,4 faizi toxuculuq məhsullarının, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5 faizi elektrik mallarının və mebellərin, 2,2 faizi əczaçılıq məhsullarının və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,9 faizi digər qeyri-ərzaq mallarının payına düşüb.

İqtisadçı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli rəsmi statistikanı şərh edərək yazır: “Bu ilin yanvar-mart aylarında əhali pərakəndə ticarətdə 9 milyard 525 milyon manat pul xərcləyib. Vəsaitin 4 milyard 429 milyon manatı sırf ərzağa, 549 milyon manatı spirtli içki və tütün məmulatlarına, 514 milyon manatı yanacağa, 216 milyon 100 min manatı əczaçılıq məhsulları və tibbi ləvazimatlara gedib.

Dünyada kasıblığı ölçən ən vacib indikatorlardan biri əhalinin ərzağa xərclədiyi vəsaitdir. Əhali qazancının 20-25 faizindən çoxunu ərzağa xərcləyirsə, deməli, o ölkə kasıbdır.

Məsələn, 100 il əvvəl ABŞ-da əhali qazancının 50 faizini yeməyə, ərzağa xərcləyirdi, 2019-cu ildə isə bu göstərici 10,5 faiz olub, yəni ABŞ əhalisi son 100 ildə kasıblıq səviyyəsini xeyli azaldıb.

Avropa İttifaqı ölkələri arasında ən yaxşı göstərici Lüksemburqdadır – əhali qazancının cəmi 8,4 faizini ərzağa xərcləyir. İrlandiyada bu göstərici 11,5 faiz, Almaniyada 11,7 faiz, Türkiyədə 25 faizə, Rusiyada 35 faizə yaxındır.

Azərbaycan əhalisi kasıbdır. Qazancın 70-75 faizi ərzağa, dərmana, yanacağa, kommunal xidmətlərə xərclənirsə, insanın təhsilə, mədəniyyətə, kitaba, teatra, kinoya, muzeyə xərcləməyə pulu qalmır. Təhsil və mədəniyyətə az pul xərcləyən toplum isə inkişaf edə, kasıblığın daşını ata bilmir”.(novator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar