Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Putin yenə hədələyir. Qərb hazır olmalıdır” – “Vaşinqton Post”

ABŞ-ın “Vaşinqton Post” qəzetində “Putin yenə Ukraynanı müharibə  ilə hədələyir. Qərb cavab verməyə hazır olmalıdır” başlıqlı məqalə dərc olunub. Məqalə redaksiya heyəti adından təqdim edilib.

Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, Rusiya prezidenti Vladimir Putin iqtisadiyyatdakı durğunluğa və ölkədə koronavirusa qarşı yetərsiz tədbirlərə görə cəmiyyətin gündən-günə artan narazılığı ilə qarşılaşır: “Onun Qara dənizin sahilində özünə tikdirdiyi malikanədən bəhs edən videoya “Youtube” kanalında 115 milyondan çox baxışın olması Rusiya prezidentini karıxdırıb, ABŞ prezidenti Cozef Baydenin onu “qatil” adlandırması isə Putini daha həssas bir duruma salıb.

Sentyabr ayında ölkədə keçirilməli olan parlament seçkisi ərəfəsində müstəqil sosioloji qurumların apardığı sorğular rusiyalıların yalnız 27%-nin hakim partiyaya səs verməyə hazır olduğunu göstərir. Respondentlərin 41%-i isə Vladimir Putini gələn prezident seçkisində yenidən namizəd kimi görmək istəmir. Bu, Putinin reytinqində onun ziyanına olan rekord göstəricidir”.

Məqalədə vurğulanır ki, məhz bu səbəbdən Putin köhnə taktikaya əl atır, ictimai rəyi yayındırmaq üçün qonşu Ukrayna ilə və Ukraynanın Qərbdəki müttəfiqləri ilə münasibətləri gərginləşdirir.

Məqalədə xatırladılır ki, 2014-cü ildən Rusiyanın dəstəyi ilə Ukraynanın şərqinə qismən nəzarət edən qüvvələr 2021-ci ilin fevralından atəşkəsi pozmaqdadır. Həmin atəşkəs razılaşması 2020-ci ilin yayında əldə olunmuşdu. Atəşkəsin pozulması nəticəsində Ukraynanın bir neçə əsgəri həlak olub. Daha sonra Rusiya minlərlə hərbçini münaqişə bölgəsinə yaxın yerə, Ukrayna sərhədinə, eləcə də ilhaq etdiyi Krım bölgəsinə yığıb: “Hər halda bütün bunlarla Putin Qərbin diqqətini cəlb edə bilib”.

Daha sonra yazıda Putinin Qərbin diqqətini cəlb etməsinə dair faktlar sadalanır. Bildirilir ki, ABŞ-ın Avropadakı qoşunları “potensial münaqişə həddi” dərəcəsində hərbi hazırlıq vəziyyətinə gətirilib. ABŞ prezidenti Cozef Bayden Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edərək ona dəstəyini ifadə edib. Böyük Britaniyanın baş naziri Boris Conson, NATO-nun baş katibi Yens Stoltenberq də Ukrayna prezidentinə telefonla zəng ediblər. Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel Ukraynadakı vəziyyəti Vladimir Putinlə video formatda müzakirə ediblər. ABŞ-ın Silahlı Qüvvələrinin baş qərargah rəisi general Mark A.Milli rusiyalı həmkarına zəng edərək onunla Ukraynadan danışıb. Bundan sonra Angela Merkel yenidən Vladimir Putinə zəng edib və ondan hərbi müdaxilənin dayandırılmasını istəyib.

Məqalədə deyilir ki, Kremlin təbliğat maşını gözlənildiyi kimi Ukraynanı təcavüzkar obrazında təqdim edir və bu ölkənin məhvinə gətirib çıxara biləcək bir müharibənin başlanacağı haqda xəbərdarlıqlar edir: “Amma həm rusiyalı, həm də ukraynalı analitiklər Putinin iri miqyaslı hücuma başlayacağına şübhə ilə yanaşırlar”.

“Vaşinqton Post”un redaksiya məqaləsində bildirilir ki, onsuz da Rusiya vətəndaşlarının təlx olmuş ovqatı müharibənin gətirəcəyi çoxsaylı itkilərlə yaxşılaşası deyil: “Amma ola bilsin, Putin sürətlə Ukrayna hərbi qüvvələrinin burnunu əzmək, bununla Zelenskini siyasi güzəştlərə məcbur etmək və növbəti atəşkəs sazişinə nail olmaq istəyir. Eyni zamanda Putin Ukrayna məsələsində fikir ayrılıqlarını aradan qaldırıb Amerika ilə Avropanı yekdil mövqeyə gətirməyə çalışan Cozef Baydenin cəhdlərini puça çıxarmağı düşünür.

Qərb hökumətləri hələ də ümid edir ki, diplomatik səylər və sədlər Putini dayandıra bilər. Ancaq onlar bunun baş verməyəcəyi ana da hazır olmalıdırlar.

Ukraynaya hərbi texnika və hərbi təlimlərlə yardım göstərən ABŞ Ukrayna qüvvələrinin hücuma məruz qalacağı təqdirdə əlavə yardımlar etməyə hazır olmalıdır. Qərb hökumətləri isə sanksiyalar əllərində hazır durmalıdırlar. Hər hansı hücum olarsa, dərhal Rusiya ilə Almaniya arasındakı “Şimal axını – 2” qaz kəməri layihəsinə son qoyulmalıdır. Bu, onsuz da xeyli mübahisə doğuran bir layihədir”.

Məqalənin sonunda vurğulanır: “Putinə imkan vermək olmaz ki, Ukrayna ilə müharibəni Rusiyanın daxili siyasətində gündən-günə dərinləşən problemlərdən qurtulmağın alətinə çevirsin”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar