Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Onlayn dərslərin fəsadları

Pandemiya ilə əlaqədar olaraq orta məktəblərdə tədrisin online keçirilməsi məktəbəqədər və məktəbli uşaqlarda müxtəlif fəsadların əmələ gəlməsinə səbəb olur.

Şagirdlərin uzun müddət kompyuter arxasında oturması görmə itiliyinin azalmasına, göz yorğunluğunun artmasına, müxtəlif göz xəstəliklərinin əmələ gəlməsinə, sosiallaşmanın azalmasına, onurğa problemlərinin yaranmasına səbəb olur. Eyni zamanda dərslərarası fasilənin az olması, dərs materialların ağır olması məktəblilərdə koqnitiv funksiyanın zəifləməsinə, psixoemosional gərginliyin artmasına gətirib çıxarır. Nəticədə şagirdlərdə yaddaş, qavrama, məntiqi təfəkkürün zəifləməsi müşahidə olunur. Bu da dərs bacarıqlarının və qiymət göstəricilərinin aşağı düşməsilə nəticələnir. Koqnitiv funksiyanın zəifləməsi, zehni yükün və psixoemosional gərginliyin artması uşaq yaşlarında xüsusilə məktəbəqədər uşaqlarda kəkələmənin yaranmasına səbəb ola bilər.

Kəkələmə nədir?

Kəkələmə nitq qüsuru olub, hecaların, sözlərin tez-tez təkrarlanması (taxilaliya) və ya uzadılması (bradilaliya), nitqin dayanması, ritmik axarın pozulması ilə xarakterizə olunur. Kəkələmə müalicə olunandır. Başlanğıc mərhələdə daha tez və uğurla müalicə olunur. Kəkələmə problemi ilə eyni zamanda iki mütəxəssis məşğul olmalıdır - uşaq nevropatoloqu (və ya psixonevroloq) və loqoped.

Sosiallaşmanın əhəmiyyəti

Online təhsil və ya distant təhsil məktəblilərdə sosiallaşmanın da azalmasına səbəb olur. Məktəblilər daha çox özlərinə qapanır, yaranmış olan suallarına internetdən cavab axtarmağa çalışırlar, ətrafları ilə ünsiyyətdə olmağa cəhd etmirlər, təkliyin daha komfortlu olduğunu düşünürlər. Bu da gələcəkdə onların cəmiyyətdə bir fərd kimi formalaşmasına, inkişaf etməsinə mane ola bilər. Sosiallşma insanın cəmiyyətə adaptasiya olunması deməkdir. Sosiallaşma insanın fəal vətəndaş, bir şəxsiyyət kimi formalaşma prosesidir. İnsanın şəxsiyyət kimi formalaşmasında bioloji və psixoloji amillərlə yanaşı, sosial təsir amili də əhəmiyyətlidir.

Valideynlər üçün tövsiyələr

Online dərslər hər hansı fəsad yaratmasın deyə valideynlər profilaktik olaraq bəzi tədbirlər həyata keçirə bilərlər. Məktəblilərin təmiz və günəşli havada daha çox olmalarını təmin etməli, gün ərzində kompyuter və telefon istifadəsinin 3-5 saatdan artıq olmasına mane olmalı, qida rasionuna və rejiminə ciddi nəzarət etməli, vitamin və mikroelementlərlə zəngin qida və ya qida əlavələrinin xüsusilə B qrup vitamilərindən ibarət olan qida əlavələrinin rasiona əlavə etməli, zehni və fiziki yükün azalmasını təmin etməlidirlər. (Trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar