Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Neolit”də toy keçirildi: İnzibatçısı həbs edildi - Video

Bir neçə gün öncə “Neolit” şadlıq sarayında karantin rejimini pozaraq toy məclisi keçirilməsi ilə bağlı restoranın inzibatçısı 10 sutka həbs edilib.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nizami RPİ-25-ci Polis Şöbəsinin tərtib etdiyi protokola aprelin 3-də rayon məhkəməsinin hakimi Mətanət Hacıyevanın sədrliyi ilə baxılıb.

İnzibatçı Qarayev Fuad Hafiz oğlu “Neolit” şadlıq sarayında toy mərasiminin keçirilməsinə şərait yaradaraq xüsusi karantin rejiminin qaydalarını pozmaqda təqsirləndirilib.

O, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə ittiham edilib.

Məhkəmə iclasında sahə inspektoru, polis kapitanı P.Cavadov inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən F.Qarayev barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edib. Fuad Qarayev “Neolit” şadlıq sarayında inzibatçı vəzifəsində işlədiyini təsdiqləyib.

F.Qarayev bildirib ki, həmin toy mərasiminin təşkil olunması barədə danışıqları o aparmayıb: “O toyu bizim restoranda işləyən başqa inzibatçı danışmışdı. Mərasim keçirilən zaman polis əməkdaşları gəldilər. Həmin gün də restoranda rəhbərlikdən heç kim yox idi. Məni bölməyə aparıb protokol yazdılar”.

Hakimin qərarı ilə inzibatçı Fuad Qarayev 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, bundan başqa, “Neolit”in rəsmi rəhbərliyində təmsil edilən 2 nəfər də hərəsi 4 min manat cərimə edilib.

Xatırladaq ki, toy mərasiminin aparıcısı 39 yaşlı Tural Məmmədovun aktiv koronavirus infeksiyasının daşıyıcısı olduğu müəyyənləşmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar