Bazar ertəsi, 14 İyun 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

11 illik baza üzrə buraxılış imtahanları başlayır- Tarix açıqlandı

Aprelin 15-də Gəncə şəhərinin Kəpəz rayonunda, Ağdam, Hacıqabul, İsmayıllı, Qax, Qazax, Siyəzən,Tərtər, Xızı, rayonlarında, Lənkəran və Şirvan şəhərlərində, aprelin 16-da isə Bakı şəhərinin Binəqədi, Nizami, Səbail, Suraxanı rayonlarında, Gəncə şəhərinin Nizami rayonunda, Ağcabədi, Ağstafa, Astara, Oğuz, Şamaxı, Saatlı rayonlarında və Sumqayıt şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən PİA.az-a verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

İcra başçısının oğlu, Qorxmaz Hüseynovun kürəkəni rəhbərliklə mübahisə edib işdən çıxdı 

Paşinyan: Azərbaycana minalanmış ərazilərin kiçik hissəsini vermişik 

İlkin Həsəni: "Sənsiz çox maraqsız olacaq" - Fotolar

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Vuhan və “bilinməyən bilinməyənlər” - Virusun laboratoriyadan “qaçışı”...

Vəfadan Aqşinə sərt sözlər: “Onu kişi kimi kişi bilirəm, amma...” – Video

İcra başçısı vətəndaşların müraciətinə yerində baxıb

Namiq Qaraçuxurlu koronavirusa yoluxdu, xəstəxanaya yerləşdirildi

ABŞ-ın Azərbaycandakı keçmiş səfirləri bəyanatla çıxış ediblər

Ən çox oxunanalar