Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəngəzur türk dünyasını yenidən birləşdirəcək

Azərbaycan 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəsi ilə regionda və dünyada yeni reallıqlar yaradıb. Respublikamız noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatdan sonra işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərini sürətləndirməklə yanaşı, regional layihələrin reallaşdırılması istiqamətində də uğulu fəaliyyət göstərir. Artıq Azərbaycan, RusiyaErmənistan rəhbərlərinin Moskvada əldə etdikləri razılaşmadan sonra regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı real tədbirlərin görülməsinə start verilib. Yanvarın 11-də imzalanan sənəd bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını təmin edir. Razılaşmanın məzmunu ErmənistanAzərbaycan arasında Sovet dönəmində yaradılan nəqliyyat əlaqələrinin, ilk növbədə dəmiryol və avtomobil nəqliyyatı əlaqələrinin bərpa edilməsini nəzərdə tutur. Buna uyğun olaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizi qurulmalı, kommunikasiya xətləri bərpa olunmalı, avtomobil yolunun qurulması və dəmiryolunun inşa edilməsi kimi məsələlər həll edilməlidir.

Naxçıvan Muxtar Respublikası və Azərbaycanın əsas ərazisini birləşdirən nəqliyyat dəhlizinin yaradılması fevralın 14-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin davamı olacaq. Bu, nəinki Naxçıvanla Azərbaycanı əlaqələndirən dəhlizin qurulması, həm də Azərbaycanla Türkiyə nəqliyyat dəhlizinin yaradılması deməkdir. Dövlətimizin başçısının Zəngəzur dəhlizi adlandırdığı bu yol çox böyük siyasi əhəmiyyətə və iqtisadi potensiala malikdir. Ölkəmizin şimal hissəsi ilə yanaşı, cənub hissəsindən də yeni beynəlxalq avtomobil və dəmir yolu xətti çəkilməsi ilə Azərbaycandan daşınan yüklərin həcmi bir neçə dəfə artacaq.
Hazırda geostrateji nöqteyi-nəzərdən olduqca uğurlu layihə olan bu dəhliz üzərində fəal iş aparılır. Ermənistan baş nazirinin kommunikasiyanın müsbət tərəfləri haqda açıqlamaları dəhlizlə maneələrin aradan qaldırıldığını deməyə əsas verir. Təbii ki, Zəngəzur dəhlizinin açılması türk dünyasının bir əsrdən çox mövcud olan problemini həllinə böyük töhfə verəcək. Bununla türk dünyasının coğrafi parçalanması aradan qaldırılacaq və bu coğrafiyada mövcud əməkdaşlıq daha da dərinləşəcək. Azərbaycanı Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyəyə birləşdirəcək bu dəhliz Orta Asiya ilə Avropanı birləşdirəcək, Aralıq dənizindən Böyük Çin səddinə qədər nəhəng bir ərazini əhatə edəcək.
Böyük fəxarət hissi ilə demək olar ki, 44 gündə 30 illik işğala son qoyan Vətən müharibəsindən sonra yaranan reallıqlarla yeni mərhələyə qədəm qoyan Azərbaycan bu gün türk dünyasının yenidən birləşməsi üçün əsas həlqəyə çevrilir. Bu mənada Prezident İlham Əliyevin Türkdilli Dövlətlərinin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə görüşündə müharibənin başa çatmasından sonra mühüm nəqliyyat imkanlarının yaranmasını bildirməsi çox böyük əhəmiyyətə malikdir. Ölkəmizin başçısı bir daha vurğulayıb ki, yaranan bu imkanlardan daha səmərəli istifadə edilməsi nəticəsində Zəngəzur dəhlizi türk dünyasının birləşməsi rolunu oynayacaq. Vaxti ilə türkdilli ölkələri parçalayan, bölən, tarixi diyarımız Zəngəzur bu gün elə həmin ölkələri birləşdirən bir xəttə çevrilir: “Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.


İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar