Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden qondarma “erməni soyqırımı”nı tanıya bilər? - Ərəstun Oruclunun şərhi

ABŞ-Türkiyə münasibətlərinin gələcəyi necə görünür? Nikbinlik üçün əsas varmı?..

Siyasi şərhçi: “Vaşinqton-Ankara münasibətləri artıq müttəfiqlikdən xəbər vermir”.

“10 ilə yaxındır ki, ABŞ-Türkiyə münasibətlərində çox ciddi və ağır mərhələ yaşanır. NATO üzvlüyünə tərəfdaş olan bu iki ölkə arasında hərbi, strateji yönümdə atılan bir sıra addımlar rəqib, bir neçə hallarda isə düşmən dövlətlərin ata biləcəyi addımlarla müqayisə oluna bilər”.

Bu sözləri siyasi şərhçi Ərəstun Oruclu Bayden adminstrasiyasının Türkiyə ilə münasibətlərini və “erməni soyqırımı”nın tanınması məsələsini PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ-la Türkiyə arasında münasibətlər heç vaxt indiki kimi gərginlik olmayıb. İki ölkə arasında strateji müttəfiqlik demək olar ki, öz əhəmiyyətini itirmək üzrədir. Bunun bariz nümunəsi olaraq iki aydan artıq Ağ Ev-də yerləşməsinə baxmayaraq prezident Co Baydenin diplomatik etiket naminə olsa belə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla təmas qurmamasını göstərmək olar. Bu fonda isə ermənilər 24 aprel qondarma “soyqırım”la bağlı ABŞ adminstrasiyasına təzyiqlərini maksimum artırmaqdadırlar.

Bayden adminstrasiyasının yürütdüyü xarici siyasətdə Türkiyənin yeri barədə nə demək mümkündür və qarşıda türk-amerikan münasibətlərini nə gözləyir? Həmçinin Türkiyə-ABŞ münasibətlərinin pozulması fonunda Bayden adminstrasiyasının qondarma “erməni soqırımını tanımasını mümkündür?

Türkiyə-ABŞ münasiblərinin gələcəyini PİA.az-ın əməkdaşı hal-hazırda ABŞ-da yaşayan siyasi şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “İstisna edilmir ki, Bayden qondarma “erməni soyqırımı”nı tanıyan və 1915-ci ildə Türkiyənin şərqidə baş verən mübahisəli hadisələri “soyqırım” adlandıran birinci ABŞ prezidenti olsun”.

Cozef Baydenin hər zaman ermənipərəst olduğunu xatırladan siyasi şərhçi PİA.az-a bildirib ki, hal-hazırda ermənilər bundan çox yararlanır. Ermənilər ABŞ-da bu istiqamətdə təbliğatını, basqısını, lobbi fəaliyyətini gücləndirir:

“Son illər ABŞ-Türkiyə münasibətləri ciddi şəkildə axsamaqdadır. Son illər deyəndə mən 2-3 ili nəzərdə tutmuram. Düşünürəm ki, 10 ilə yaxındır ki, ABŞ-Türkiyə münasibətlərində çox ciddi və ağır mərhələ yaşanır. NATO üzvlüyünə tərəfdaş olan bu iki ölkə arasında hərbi, strateji yönümdə atılan bir sıra addımlar rəqib, bir neçə hallarda isə düşmən dövlətlərin ata biləcəyi addımlarla müqayisə oluna bilər. Bu münasibətlərin təzahürü özünü Suriya məsələsində olan ziddiyyətlərdə göstərdi. Yəni ABŞ tərəfindən dəstəklənən kürd silahlılar Türkiyə tərəfindən terrorçu kimi dəyərləndirildi və son nəticədə Türkiyə qismən də olsa, onları tərksilah etdi.

Qeyd edim ki, Türkiyə bir tərəfdən NATO ölkəsidir, bir tərəfdən isə Rusiyadan S-400 raket kompleksini alır. Daha əvvəl ABŞ-dan bu kompleksi alan ölkələrə, məsələn Yunanıstana heç bir etiraz etmədiyi halda, Vaşinqton Türkiyəyə sanksiyalar tətbiq etməyə başlayıb. Türkiyə isə israrla yoluna davam edir. ABŞ da öz yolundan çəkilmir və Türkiyəyə qarşı basqıları artırmağa çalışır. Belə münasibətlər də artıq müttəfiqlikdən xəbər vermir.

Ərəstun Oruclu: “Türkiyəyə qarşı qondarma “erməni soyqırımı”nın əksər müəllifləri əsasən daim demokratlar olub”.

Görünən budur ki, Türkiyə-ABŞ münasiblərində bir dönüş olmasa, bu münasiblər tam korlanmağa qədər inkişaf edə bilər. Bu gün münasibətlərin tam korlanması üçün zəmin var. Yəni Tramp administrasiyasından sonra Demokrat administrasiyanın özünün mövqeyində ermənipərəstlik var. Bu açıq-aşkardır və bunu heç kəs bunu gizlətmir. Türkiyəyə qarşı qondarma “erməni soyqırımı”nın əksər müəllifləri əsasən daim demokratlar olublar.

Cozef Bayden də hər zaman ermənipərəst olub. Bu günkü münasibətlərdəki soyuqluğu da nəzərə alsaq istisna etmirəm ki, hal-hazırda ermənilər bundan çox yararlanır. Ermənilər bu istiqamətdə təbliğatını, basqısını, lobbi fəaliyyətini gücləndirir. Bu üzdən də istisna edilmir ki, Bayden qondarma “erməni soyqırımı”nı tanıyan və 1915-ci ildə Türkiyənin şərqidə baş verən mübahisəli hadisələri “soyqırım” adlandıran birinci ABŞ prezidenti olsun. Ola bilsin ki, Baydeni çəkindirsinlər və bu siyasətin hara apardığını ona izah etsinlər.

Təbii ki, Bayden 24 aprel bəyanında “soyqırım” ifadəsini işlətsə, bu Türkiyə-ABŞ münasibləri daha da kəskinləşməsinə səbəb olacaq və bundan sonra ümumiyyətlə tərəfdaşlıq üçün heç bir yer qalmayacaq. Yekun olaraq bir daha qeyd edim ki, Baydenin “erməni soyqırımı”nı tanımasını istisna etmirəm”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar