Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya hərbi gəmiləri İdlibə zərbə endirmək üçün cəmləşdirilir

Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri Aralıq dənizi sularında, Suriya sahillərində cəmləşdirilir. İstisna deyil ki, məqsəd Suriyanın şimalına, Əsəd rejiminə müxalif qüvvələrin mövqelərinə, yəni Türkiyə-Rusiya deeskalasiya zonasına güclü zərbələr endirməkdir.

Avia.pro saytı bildirir ki, bir neçə saat əvvəl dörd Rusiya hərbi gəmisi-“Boykiy”, “Kalininqrad”, “Korolev” və “Minsk” Hibraltar boğazını keçərək Aralıq dənizinin şərqinə istiqamət alıb. Həmin rayonda artıq Rusiyanın “Kalibr” raketləri ilə silahlanmış su üstü və sualtı gəmiləri var.

Sayt yazır ki, gəmilərlə Suriyaya onlarla tank daşınması haqda da məlumatlar var. Bu tanklar  Suriya ordusunun İdlibə gözlənilən irimiqyaslı hücumu zamanı istifadə olunacaq.  Ötən ilin martında Suriya ordusu İdlibə böyük sayda hərbi qüvvənin, o cümlədən tankların dəstəyi ilə hücuma keçsə də Türkiyənin “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri onları böyük itkilərə məruz qoymuşdu.

Qeyd edək ki, son günlər Rusiya və Əsəd qüvvələri Suriyanın şimalına güclü raket-bomba zərbələri endirib. Nəticədə Əsəd rejiminə müxalif qüvvələrin bazaları dağıdılıb. Türkiyə atəşkəs rejiminin pozulmasına görə Rusiya tərəfinə etirazını bildirib. Məlumatlara görə Türkiyə də Suriyanın şimalına əlavə qüvvələr səfərbər edir, eləcə də bölgədə pilotsuz aviasiyasını fəallaşdırır. (virtualaz.org)

pia.az


Etiket: Rusiya Suriya İdlib


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar