Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən il Yaponiyada intihar edənlərin sayı 21 mindən çox olub

Ötən il Yaponiyada intihar edənlərin sayı 21 mindən çox olub ki, bu da “Lehman Brothers” şirkətinin iflasa uğraması nəticəsində baş verən dünya maliyyə böhranından bir il sonra, yəni 2009-cu ildən bu tərəfə qeydə alınan ən yüksək göstəricidir.

AZƏRTAC Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinə istinadla xəbər verir ki, ötən il ölkədə 21 min 81 nəfər intihar edib. Bu, bir il əvvəlki göstəricini 912 nəfər və ya 4,5 faiz üstələyir.

Nazirliyin bu barədə yaydığı hesabatda ötən il 14 min 55 kişinin və 7026 qadının intihar etdiyi bildirilir ki, bu da bir il əvvəlki göstərici ilə müqayisədə kişilərin sayının 23 nəfər azaldığını, qadınların sayının isə 935 nəfər artdığını göstərir.

Bildirilir ki, intihar hallarının sayı xüsusilə gənclər arasında artıb. Hesabat dövründə 20 yaşına qədər 311 gəncin intihar etdiyi bildirilir ki, bu da əvvəlki illə müqayisədə 44 faiz çoxdur. Həmçinin intihar edənlər arasında 20 yaşdan 30 yaşadək gənclərin sayının 837 nəfər təşkil etdiyi də bildirilir. Bu göstərici isə 2019-cu illə müqayisədə 32 faiz çoxdur.

Eyni zamanda, 2020-ci ildə ibtidai, natamam və tam məktəblərin şagirdləri arasında da intihar hallarının sayının artdığı qeyd edilir. Bu yaşda uşaqlar arasında 499 belə hal qeydə alınıb ki, bu da bir il əvvəlki göstəricidən 25 faiz çoxdur.

Nazirliyin nümayəndələrinin bildirdiyinə görə, intihara səbəblər arasında koronovirus pandemiyası xüsusi yer tutur. Belə ki, bu virus iqtisadi problemlər yaratmaqla yanaşı, insanların ətraf mühiti daha təhlükəli hiss etməsinə səbəb olub.

pia.az 


Etiket: İntihar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar