Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEC+ neft hasilatının tədricən artırılmasını müzakirə edib

OPEC rəhbərliyi OPEC+ üzvləri ilə bir sıra telefon danışıqları aparıb, koronavirusa əleyhinə peyvəndin ləngiməsini və bazarda çatışmazlıq riskini, eyni zamanda neft hasilatında tədricən artım ssenarisini müzakirə edib, amma konsensus əldə edilməyib.

“Report” bu barədə "RİA Novosti"ya istinadən xəbər verir.

“İttifaqın bir sıra üzvləri ilə danışıqlar aparılıb. Bazar vəziyyəti, qiymətlərin kəskin azalması və koronavirusa qarşı aşılamanın dərəcəsi müzakirə edilib. Bazarda nisbət və ehtimal olunan çatışmazlıqlar barədə narahatlıqlar var idi. Bütün mümkün risklər müzakirə edilib”, - deyə agentliyin həmsöhbəti deyib.

“OPEC+”ın neft hasilatında mərhələli artımı müzakirə edib-etmədiyi barədə soruşduqda suala mənbə müsbət cavab verib: “Bəli, bu da müzakirə olunub. Ancaq bu, qərarın artıq verildiyi anlamına gəlmir, ortaq bir fikir yoxdur. Hər şey növbəti görüşdə bəlli olacaq”.

Xatırladaq ki, OPEC ölkələri ilə bu təşkilata üzv olmayan dövlətlər, o cümlədən Rusiya arasında müqavilə 2017-ci ildə başlamışdı, lakin 2020-ci ildə yenilənmişdi. Daha sonra ittifaq, koronavirus pandemiyasının yaratdığı tələbin azalması səbəbindən may ayından bəri gündəlik neft hasilatını 9,7 milyon barel azaldıb.

Tələb bərpa olunduqca məhdudiyyətlər yenidən düzəldilib və bu mart ayı üçün gündəlik 7,05 milyon barel, aprel ayında 6,9 milyon barel və Səudiyyə Ərəbistanının könüllü azalması nəzərə alınmaqla müvafiq olaraq 8,05 və 7,9 milyon barel təşkil edib.

OPEC + Nazirlər Monitorinq Komitəsinin (JMMC) növbəti iclası martın 31-də keçiriləcək, bütün OPEC+ alyansının iclasının 1 aprel tarixində keçirilməsi planlaşdırılır.

pia.az 


Etiket: Neft


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar