Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nikol Paşinyan daha “artsax” yox, Dağlıq Qarabağ deyir

“Məni tənqid edənlər Şuşaya yox, Baden-Badenə üstünlük verənlərdi”. 

Şuşa haqqında diqqətsizlikdən doğan lazımsız açıqlama verdiyini dilə gətirən Ermənistanın Baş naziri Nikol Paşinyan dünən Araqatsotn bölgəsinə səfəri zamanı yenidən bu məsələyə qayıdıb.

Bir neçə ay əvvəl Milli MəclisŞuşa haqqında səsləndirdiyi sensasiyalı açıqlamaya toxunan Baş nazir deyib: “Bu gün açıqlamam üçün məni tənqid edən insanlar Şuşanın sözdə ən böyük müdafiəçisinə çevriliblər.

2020-ci ildə Şuşanı kim ziyarət etdi? Son 30 ildə biz ermənilər Şuşada nə iş gördük? Bəli, verdiyim səhv açıqlama idi, lakin məzmun baxımından səhv bir şey söyləmədim, çünki bu insanlar Dağlıq Qarabağdakı Şuşanı yox, Baden-Badeni ziyarət etməyə üstünlük verirlər. Məni tənqid edən belələri dünyanın hər yerində Şuşa kimi saraylar tikdirdilər, amma bu saraylar Şuşadan mümkün qədər uzaqda ucaldıldı”. Ermənistanın “news.am” saytının xəbərində belə deyilir.

Bir vətəndaş Baş nazirə xatırladıb ki, Ruben Ayrapetyan Şuşada bir ev tikdirmişdi. Paşinyan buna cavab olaraq deyib: “Bəli, əminəm, bir oliqarxı aldadıb oraya aparıblar və ev tikməyə məcbur ediblər, ya da onu aldatmayıblar. Düzünü bilmirəm. Bu, reallıqdır”.

20 yanvarda Ermənistan parlamentində suallara cavab verən Nikol Paşinyan Şuşa haqqında danışarkən belə demişdi: “"Diqqətinizə çatdırmaq istərdim ki, Qarabağ müharibəsi başlayanadək Şuşa əhalisinin 90 faizindən çoxu azərbaycanlı idi. 90 faizdən çoxu azərbaycanlı olan Şuşa şəhərini necə erməni şəhəri adlandırmaq olar?”

Bu xəbərdə bir diqqətçəkən məqam da var. Baş nazir “artsax” yox, Dağlıq Qarabağ deyir. Düzdür, Şuşanı hələ də Şişi adlandırır. Ancaq əminəm ki, zamanla o, bu səhvini də düzəldəcək.(musavat.com)

pia.az 


Etiket: Paşinyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar