Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

4 cəbhəçi həbsdən çıxır

Prezident İlham Əliyevin martın 18-də imzaladığı əfv sərəncamı ilə AXCP-nin siyasi məhbus sayılan 4 üzvü azadlığa çıxır: Elçin İsmayıllı, Orxan Baxışlı, Babək Həsənov, Məhəmməd İmanlı.

Elçin İsmayıllı jurnalistdir. “Azadlıq” qəzetinin və xaricdən yayılan “Azərbaycan saatı” televiziya proqramının əməkdaşı olub. 2017-ci il fevralın 17-də tutulub. Hədə-qorxu ilə tələb etmədə təqsirli bilinən cəbhəçiyə 7 il cəza kəsilib.

Orxan Baxışlı 2018-ci il mayın 7-dən həbsdədir. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib, 3 il həbs cəzası alıb.

Babək Həsənov 2018-ci il mayın 25-də tutulub. Xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasında təqsirli bilinib, ona 3 il həbs cəzası verilib.

Məhəmməd İmanlı 2020-ci il iyulun 16-da tutulub, 1 il müddətinə azadlıqdan məhrum olunub. İttihama əsasən, Məhəmməd İmanlı koronavirus xəstəsi ola-ola evdən çıxıb və epidemiyanın yayılması üçün real təhlükə yaradıb.

Xaricdən yayılan “Turan TV”nin əməkdaşı Türkel Azərtürkün bacanağı Emin Saqiyev, həmçinin bir çox inanclı fəal da əfvə düşüb. (novator.az )

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar