Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ruslan Əliyev: “Son iki gündə təbii qaza olan tələbat artıb”

“Son 2 gündə ölkə üzrə təbii qaza olan tələbatda artım müşahidə olunmaqdadır. Bu təlabata uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyi əhali xətlərini əhatə edən şəbəkəyə qazın qəbulunu artırmaq məcburiyyətində qalıb”.

“Report” xəbər verir ki, bu barədə Birliyin baş direktoru Ruslan Əliyev öz facebook sosial şəbəkə ünvanında paylaşım edib.

Onun sözlərinə görə, təkcə 13 mart tarixində əhali xətlərinə ötən ilin eyni dövrü ilə müqaisədə 16 milyon kubmetrə yaxın artıq qaz qəbul olunub. Ötən il 13 mart tarixində əhali xətləri üzrə qaz qəbulu 18,6 milyon kubmetr təşkil edib.

“2021-ci ilin 13 mart tarixində isə bu rəqəm artıq 34 milyon kubmetrdir. Arxada qoyduğumuz 13 günlük göstəricilər isə daha böyük rəqəmləri əks etdirir. Təsəvvür edin, ötən illə müqaisədə mart ayının 13 günü ərzində əhai xətləri üzrə 100 milyon kubmetr artıq qaz qəbulu aparılıb.

Belə ki, 2020-ci ilin mart ayının 13 günündə bu göstərici təqribən 293,3 milyon kubmetr, bu il isə təqribən 393,2 milyon kubmetr təşkil edir. Deməli, mart ayı yaz fəsli sayılsa da, reallıqda 2021-ci ildə qış ayı kimi müşahidə edilməkdədir. Təlabatın qarşılanması üçün digər müvafiq strukturlarla daim təmasdayıq.

Abonentlərin təbii qaza olan ehtiyacını təmin etmək üçün var gücümüzlə çalışırıq. Əgər Sizi narahat edəcək məqamlar varsa, hansısa ərazilərdə qaz təchizatına dair çətinlikləriniz qalıbsa, mütləq bizim 104/185 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlayın, 077 3 104 104 saylı whatsapp nömrəsinə mesaj göndərin və yaxud facebook sosial şəbəkəsi üzərindən mənim özümə yazın”.

pia.az 


Etiket: Qaz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar