Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşğaldan azad edilmiş rayonlarda aparılan ilkin inventarlaşma işləri barədə məlumat verilib

“İndiyədək işğaldan azad edilmiş rayonlardan səkkizi üzrə ümumilikdə 8 618 əmlakın (6 911 daşınmaz əmlak və 1 707 infrastruktur obyekti) çöl inventarlaşma işləri tamamlanıb”.

Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Şamil Abdullayev “Vergilər” sosial-iqtisadi onlayn qəzetə müsahibəsində məlumat verib.

O bildirib ki, həmçinin infrastruktur obyektləri üzrə 299 km avtomobil yolunun, 115 km elektrik verilişi xəttinin, 35,8 km qaz təchizatı xəttinin, 3 km su təchizatı xəttinin, 31,3 km suvarma şəbəkəsinin və 171.653 ha torpaq sahəsinin inventarlaşdırılması işləri başa çatdırılıb:

“İşğaldan azad olunmuş ərazilərdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın ilkin inventarlaşdırılması işinin təşkili məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Gəncə şəhərində və Füzuli rayonunun Horadiz qəsəbəsində yerli qərargahlar, o cümlədən, inventarlaşdırma nəticəsində əldə ediləcək məlumatların kameral qaydada işlənilməsi üçün Bakı şəhərində mərkəzi qərargah yaradılıb”.

Şamil Abdullayev qeyd edib ki, səkkiz rayon üzrə 102 yaşayış məntəqəsində işlər yekunlaşıb, 11 yaşayış məntəqəsi üzrə işlər davam etdirilir, 273 yaşayış məntəqəsinin isə tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilib:

“Qarşımızda duran əsas vəzifələr torpaqların elektron kadastr və kəmiyyət uçotu işlərinin aparılması, torpaqların uqodiyasına (təsərrüfat yerinə), məqsədli təyinatına və hüquqi rejiminə uyğun kadastr məlumat bazasının yaradılması, torpağın keyfiyyətinin yoxlanılması və s. işlərdir”.

pia.az 


Etiket: Qarabağ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar