Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıt hadisələri ilə bağlı: "Zakir Qaralov o işi gizlətmişdi"

Tanınmış hüquqşünas, "Sumqayıt — SSRİ-nin süqutunun başlanğıcı" kitabının müəllifi  Aslan İsmayılov sözügedən hadisələrlə bağlı yaddaqalan çıxış edib.

PİA.az-ın xəbərinə görə, vəkil çıxışında Sumqayıt hadisələri ilə bağlı məhkəmə prosesi və onun ətrafında baş verənlərə diqqət çəkərək şok açıqlamalar verib:

"Bundan bir müddət əvvəl Sahil bağının yanından gedirdim, bir nəfər məni səslədi, dayandım. Dedi Aslan müəllim, yadınızdadırmı biz Sumqayıt hadisələri ilə bağlı məhkəmə prosesində bir yerdə olmuşduq. DAha sonra məhkəmə prosesi ilə bağlı əlində şəkillərin olduğunu bildirdi. Xahiş etdim və həmin adam şəkilləri gətirdi. Mən indi həmin gənclərin şəkillərini nümayiş etdirəcəm. Müəyyən etdim ki, həmin adamlardan biri bu gün Azərbaycan Respublikası Baş Prokurorluğunda Mühüm İşlərin müstəntiqi işləyir, digəri Elman adlı şəxs Bakı Apellyasiya Məhkəməsinin Qəbul şöbəsinin müdiridir. İndi şəkillərini göstərib onlara müraciət edirəm. Siz də artıq yaşlanmısınız. İndi nədən qorxursunuz? Heç olmasa, indi bir içinizdə olan o Vətən sevdası oyansın, olanları, görüdüyünüz düz işi gedin mətbuata söyləyin. Sizi dinləyən olmayacaq, necə ki, məni dinləmirlər. Amma mətbuata, xalqa açıqlayın" - deyən Aslan İsmayılov daha sonra canlı yayımda məhkəmə prosesindən fotoları təqdim edib.

A.İsmayılov Sumqayıt hadisələri ilə bağlı işin sabiq Baş Prokuror Zakir Qaralov tərəfindən gizlədildiyi dilə gətirib:

"İlham Əliyev 2010-cu ildə Baş Prokuror Zakir Qaralov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Ədliyyə naziri Fikrət Məmmədov, Daxili İşlər naziri Ramil Usubov, Milli Təhlükəsizlik naziri Eldar Mahmudovu toplayıb Sumqayıt hadisələri ilə bağlı soruşub. Ki Sumqayıt hadisələrinə burada baxılıb? Necə olub? Hamısı qalxıb deyib ki, Sumqayıt hadisələri burada baxılmayıb. Moskvada baxılıb, bizim xəbərimiz yoxdu. Həmin iclasda Fuad Ələsgərov da iştirak edib. Ondan sonra Fuad Ələsgərov mənimlə əlaqə saxladı. Mən işə burada baxıldığını, bu barədə materialın Azərbaycanda olduğunu demişəm. İşin tapılmasına köməklik etmişəm. Ona görə ki, Zakir Qaralov o işi gizlətmişdi. Yalan məlumat vermişdi ki, o iş burada yoxdur. Həmin iş Respublika Prokurorluğunda idi".(pravda)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar