Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nikol Paşinyan Azərbaycan ərazisinə "İsgəndər" raketi atdıqlarını etiraf edib

Ermənistanın baş naziri Nikol Paşinyan “İsgəndər” raketindən Azərbaycanın işğal altında olmayan ərazisinə atdıqlarını etiraf edib.

“Report” xəbər verir ki, bunu Nikol Paşinyan “1in.am”a müsahibəsində söyləyib.

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın “İsgəndər” raketindən 44 günlük döyüşlərin 3-4-cü günündə istifadə edilmədiyinə təəccüblənməsinə cavabında Nikol Paşinyan deyib: “Bu eyham mənə ünvanlanıb. Ancaq düşünürəm ki, iddiaçı cavabını bildiyindən belə suallar verməməlidir. Bəlkə o bu suala cavab versin: Niyə atılan “İsgəndər”lər partlamadı, yaxud məsələn, 10 faizi partladı”.

Ölkənin Müdafiə Nazirliyi baş nazirin "İsgəndər"lə bağlı dediklərini şərh etməkdəmn imtina edib.

Xatırladaq ki, Serj sarqsyan müsahibəsində "İsgəndər" raketindən Şuşanı yenidən ələ keçirmək üçün istifadə ediklərini bildirmişdi. Müxbirin “düşmənin ərazisinə niyə bu raketi atılmadı” sualına cavabında keçmiş prezidenti deyib: “Cavab zərbədən ehtiyat edildiyi üçün atılmayıb. “İsgəndər”dən müharibənin 4-5-ci günü Horadiz və başqa istiqamətlərdə istifadə etmək lazım idi". Serj Sarqsyan müsahibəsində Gəncədə mülki şəxslərin yaşadığı məhəllənin hədəf alındığını etiraf edib.

Separatçıların “baş qərargahının keçmiş rəisi” Movses Akopyanın noyabrın ortalarında istefa verəndən sonra mətbuat konfransında müharibənin təfərrüatları barədə dedikləri Ermənistanda informasiya sahəsində “partlayış” effekti verib. M.Akopyan bildirmişdi ki, Qarabağda “İsgəndər”dən istifadə ediblər, ancaq onun hara atıldığını deyə bilməz.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar