Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Peyvənd savaşı - İstehsal problemləri sosial bərabərsizliyi daha da dərinləşdirir...

Peyvəndi istehsal edən və iqtisadi gücü olan ölkələrdə vaksinlənmə prosesi başa çatdıqdan sonra qalan peyvəndlər aşağı gəlirli ölkələrə göndəriləcək...

Erdal Tanas Karagöl
“Yeni Şafak” qəzeti, Türkiyə, 18 fevral 2021-ci il

Covid-19 virusu dünyada iqtisadi və siyasi gücün necə dəyişə biləcəyini bizə göstərdi. Covid-19 virusu pandemiyaya çevrilərək, təəssüf ki, bütün dünyaya mənfi şəkildə təsir etdi və gələcəkdə ola biləcək yeni epidemiyalar üçün bir sınaq rolu oynadı.

Bu səbəbdən, vaksin istehsalı, xüsusən mümkün epidemiyaların baş qaldırması ehtimalına görə iqtisadi və siyasi gücə sahib olan ölkələr üçün yeni bir rəqabət meydanı yaradır. Peyvənd istehsalı bu baxımdan strateji bir sahəyə çevrilib.

Bəli, peyvənd istehsalına artıq başlanılıb. Ancaq bu da bir həqiqətdir ki, qısa müddətdə bütün dünya əhalisi üçün peyvəndlər istehsal etmək və hər kəsin vaksinlənməsini təmin etmək doğrudan da çətin görünür. Bu səbəbdən, indiki dövrdə peyvəndin əlçatan olması çox vacibdir. Çünki peyvəndi əldə etmək iqtisadiyyata normallaşma gətirəcək və iqtisadiyyatların canlanmasına kömək edəcək yeganə vasitə kimi görünür.

Peyvənd istehsal edən ölkələr hansılardır?

Dünyada iqtisadi və siyasi gücə sahib olan və peyvənd istehsal edənlər eyni ölkələrdir. Dünya iqtisadiyyatında ən yüksək ÜDM-yə sahib olan ABŞ “Moderna” peyvəndinin, alman ortalığı olan “Pfizer-BioNTech” və “Johnson & Johnson” peyvəndlərinin istehsal olunduğu ölkədir. Bu baxımdan, ABŞ peyvənd istehsalında da lider mövqedədir.

Dünya iqtisadiyyatında 2-ci sırada yer alan Çin “Sinovac” peyvəndini istehsal edir. Çin öz iqtisadi ölçüsünə uyğun olaraq vaksin istehsalında geri qalsa da, bu sahədə rəqabətə davam etdiyi görünür. Türkiyənin hazırda istifadə etdiyi peyvənd də Çin istehsalıdır.

Almaniya “Pfizer-BioNTech” peyvəndini istehsal edərkən, İngiltərə də “Oxford/AstraZeneca” peyvəndini yaradaraq vaksin istehsal edən ölkələr arasında öz yerini alıb. Rusiyanın istehsal etdiyi “Sputnik V” peyvəndi də bu sahədə özünə yer tapıb.

Bu səbəbdən, hələ təsdiqlənməmiş digər peyvəndlər də dünya iqtisadiyyatında yüksək yerləri tutan ölkələrdən gələcəklər.

Peyvənd istehsal etmək nə qədər vacibdirsə, peyvəndin əlçatan olması da bir o qədər vacibdir. Vaksinlənməyə ilk başlayan ölkələr yenidən peyvənd istehsal edən ölkələrdir. Ancaq qəbul etmək lazımdır ki, bu günkü şərtlər altında bütün dünyanın vaksinlənməsi çox vaxt aparacaq. Çünki peyvənd istehsal edən şirkətlərin istehsal gücünün lazımi səviyyədə olmaması, bəzi peyvəndlərin iki dozada tətbiq edilməsi və son zamanlar mutasiya edən virusun yaratdığı qeyri-müəyyənlik peyvənd istehsalının yavaşlamasına səbəb olur.

Bu səbəbdən, peyvənd istehsal edən şirkətlərin yalnız öz ölkələrində deyil, dünyanın bir çox qitəsində və ölkələrində peyvənd istehsal etməsi məcburi hala gəlib. Ancaq bu halda dünya əhalisi üçün kifayət qədər peyvənd istehsal etmək mümkün olacaq.

Digər tərəfdən, dünyada peyvənd istehsal etməyən ölkələr və xüsusilə, iqtisadi cəhətdən çətin vəziyyətdə qalan yoxsul ölkələr üçün peyvənd almaq çox çətin olacaq. Görünən odur ki, ancaq peyvəndi istehsal edən və iqtisadi gücü olan ölkələrdə vaksinlənmə prosesi başa çatdıqdan sonra qalan peyvəndlər aşağı gəlirli ölkələrə göndəriləcək.

Bu çətin vəziyyət epidemiyanın davam etməsinə səbəb olarkən, eyni zamanda, ölkələr arasında ciddi bərabərsizliyə səbəb olacaq. Bu vəziyyətin onsuz da iqtisadi çətinliklər içində olan yoxsul ölkələrlə zəngin ölkələr arasındakı bərabərsizliyi daha da dərinləşdirəcəyi aydın görünür.

Hazırda qlobal miqyasda peyvəndin bərabər şəkildə əlçatan olmasını təmin etmək, xüsusən də səhiyyə işçilərini və risk altında olanları qorumaq və pandemiyanın xalq sağlamlığı və iqtisadiyyatı üzərindəki dağıdıcı təsirini azaltmaq üçün “Covax” adlı bir peyvənd dərnəyi yaradılmış olsa da, yoxsul ölkələrin qısa zamanda peyvənd əldə etməsi çətin görünür. Bu səbəbdən, deyə bilərik ki, qlobal miqyasda peyvəndin əlçatanlığını təmin etmək üçün beynəlxalq bir qurumun yaradılması artıq zərurətə çevrilib.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: peyvənd Covid-19

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar