Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Siz onda məni fiziki yox edəcəksiniz ki...” - Osmanqızının üsyanı

Ötən gün xaricdə yaşayan jurnalist Sevinc Osmanqızının şəxsi yutub kanalında "Səni çökdürəcəyik!- Mənə hücumlar və mənim cavabım" adlı verilişlə efirə çıxaraq səsləndirdiyi fikirlər sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Müəllif qeyd edib ki, “Səni çökdürəcəyik” şəklində hücumlar bir neçə gün əvvəl Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevi verilişinə dəvət etməsindən sonra başlayıb.

S. Osmanqızı bildirib ki, onun fərqli mövqedə olmasını heç kəs problem kimi görməməlidir: “Həmin verilişdə səsləndirdiyim fikirlər başqa tərəflərə yozulmağa başladı. Yazmağa başladılar ki, “Osmanqızı qiyam edir, Osmanqızı düşərgəni dəyişir” və.s. Fəhmin Hacıyev siyasi partiya rəhbərləriylə bir debat keçirdi. Sanki bundan sonra mənim şəkillərimlə bir kampaniya başlandı. Dostlarımı hətta mənə qarşı döndərməyə çalışırlar. Patronlarıma yazırlar ki, ondan əl çək, ona dəstək olma. Mirmahmud ağayla mənim vaxtilə ANS kanalında da müsahibəm olub. Mən görürəm ki, bunlar qısqanclıqla qarşılanmaqdadır. Skrinlər göndərirlər ki, “Osmanqızı qiyam edir”. Görün efirə kimi çıxartdı?

Qardaş, nə olub? Başqa siyasətçiləri efirə çıxara bilmərəmmi? Doğrudanmı kimsə hesab edir ki, mən yalnız onların görmək istədiyi adamları çıxaracam? Bu, mənə peşəkarlıq baxımından bir təhqirdir. Mən kiməsə, hansısa siyasi partiyaya dəstək verəndə onlara görə dəstək vermirəm, mən dəstəyi öz azadlığıma, dəyərlər sistemimə görə verirəm.

Sən necə mənim azadlığıma əl qaldıra bilərsən? Mən “səni çökdürəcəm” sözünü eşidəndə tüklərim biz-biz oldu.

Bunlar nə yeyirlər, nə içirlər?

Mən əgər başqa bir siyasi qüvvəni müsahibəyə dəvət edirəmsə, doğrudanmı sən məni və ya başqa bir kanalı çökdürməyə çalışacaqsan? Mənim sənin qarşında göstərdiyim o dəstəkdən, ölüm-dirim müharibəsindən sonra ki, mənə deyilməyən sözlər, təhqirlər qalmadı, doğrudanmı sən bundan sonra məni buna və ya nəyəsə görə bu cür satqın çıxaracaqsan? Yalnız ona görəmi ki, sən görmək istəmədiyin adamlar bu kanalda görünüb?!”.

S. Osmanqızı bəyan edib ki, bu gün resursları olmayan qüvvə ona "səni çökdürəcəyəm" deyir: “Axı sabah siz hakimiyyətdə olanda sizin resurslarınız olacaq, onda siz mənə nə edəcəksiniz?! Siz onda məni fiziki yox edəcəksiniz ki... İndi məni üzv olduğum şəbəkədə patronlarıma şikayət edirlər. Yaxşı ki, bütün bunları gördüm. Görünür, kiminsə quyruğu qapı arxasında qalmalıdır ki, sən onları sınayasan. Deyirlər ki, sənin kanalına gəlməyəcəyik”.

Qeyd edək ki, S. Osmanqızının yutub kanalında daha çox Milli Şuranın təmsilçiləri və AXCP üzvləri çıxış edir. Müəllifin bu cür bəyanatı həmin cəbhəni təmsil edən şəxslərə ünvanladığı şübhə doğurmur.

Məlumat üçün bildirək ki, Osmanqızını patronlarına şikayət etməklə bağlı hədələmək dedikdə onun kanalının üzvü olduğu beynəlxalq şəbəkə nəzərdə tutulur. Belə ki, Patreon şəbəkəsi məzmun yaradıcıları üçün işlərini fasiləsiz davam etməyə imkan verən abunə platformasıdır. Bu platformanın üzvləri hər hansı bir icma və ya kanala üzv olmaqla həmin tərəfi maddi olaraq dəstəkləyir, əvəzində isə məzmun təminatına dair xüsusi imtiyazlar əldə etmiş olurlar.(qafqazinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar