Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sülhməramlılar Xocalı hava limanı ərtafında tikintiyə başlayır... - Məqsəd nədir?

Azərbaycan tərəfi Rusiyadan Qarabağda hərbi xarakterli tikintinin hansı səbəblə aparması barədə ətraflı izah tələb etməlidir...

Hərbi ekspert: “Xocalı aeroportunun açılması ilə bağlı indiyə qədər biz 5 dəfə Ermənistan tərəfinin anonsuna rast gəlmişik. Ancaq verilən anonslar göstərilən vaxtda hələ ki, özünü doğrultmayıb”

“Kütləvi informasiya vasitələri yaxşı anlayır ki, Rusiya ilə Azərbaycan arasında mövcud münasibətlərin korlanması üçün hazırda istifadə edə biləcəkləri əsas kartlardan biri də Xocalı hava limanının açılması ilə əlaqədardır”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev erməni tərəfinin Xocalı hava limanında Rusiya sülhməramlılarının hərbi tikinti aparması ilə bağlı yaydığı xəbəri PİA.az-a şərh edərkən qeyd edib.

Ermənilərin Teleqram kanallarının yaydığı məlumatlara görə Rusiya sülhməramlılarının Xankəndi (Xocalı) hava limanı ətrafında hərbi təyinatlı tikinti işlərinə başlayıblar. Məlumata əlavə olunan fotolardan tikinti aparılacaq sahənin böyük olduğu görünür.

Məlumdur ki, noyabr 10-da üç ölkə tərəfindən Azərbaycan tərəfindən razılaşdırılan bəyanata əsasən Rusiya sülhməramlıları Qarabağ ərazisindədir. Sülhməramlıların da orada əsas vəzifəsi Ermənistan ordusunun torpaqlarımızdan çıxarılmasıdır. Amma görünən budur ki, Rusiya Qarabağa heç də bu məqsədlə sülhməramlı yerləşdirməyib. Təbii ki, Azərbaycan tərəfi Rusiyadan Qarabağda hərbi xarakterli tikintinin hansı səbəblə aparması barədə ətraflı izah tələb etməlidir.

Bəs Rusiyanın bu tikinti işlərini aparmaqda məqsədi nədir və bu sülhməramlıların artıq açıq-aşkar özbaşınalığı deyilmi?

Rusiya sülhməramlılarının Xocalı hava limanında apardıqları tikinti işlərini PİA.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Düşünmürəm ki, Azərbaycanın razılığı olmadan Rusiya sülhməramlıları həmin ərazidən nəyinki hava limanı aça bilər, hətta buna bənzər digər fəaliyyətləri də həyata keçirə bilər”.

Rusiya sülhməramlılarının yaxın 5 ildə funksiyalarını yerinə yetirəcək Qarabağ ərazisinə daha qısa və rahat yolla çatması, həmçinin humanitar yüklərin daşınması, qoşunların təminatı üçün gərəkən maddi vəsaitlərin çatdırılması üçün yaxında yerləşən hava limanına ehtiyaclarının olduğunu vurğulayan hərbi ekspert bildirib ki, buna baxmayaraq Xocalı aeroportunun Rusiyanın və ermənilərin istismarına vermək Azərbaycan üçün qırmızı xətlərdən biridir:

“Xatırladım ki, Xankəndi hava limanı deyə bir anlayış yoxdur. Bu hava limanının adı Xocalı hava limanıdır. Rusiya tərəfi davamlı olaraq Xocalı hadisəsinin Azərbaycan üçün çox ağrılı-acılı hadisə olduğunu nəzərə alaraq bu hava limanını çox vaxt Xankəndinin adı ilə bağlamağa çalışırlar. Kütləvi informasiya vasitələri də yaxşı anlayır ki, Rusiya ilə Azərbaycan arasında mövcud münasibətlərin korlanması üçün hazırda ermənilərin istifadə edə biləcəkləri əsas kartlardan biri də bu hava limanının açılması ilə əlaqədardır. Azərbaycan dəfələrlə bu hava limanının açılmasına qarşı olduğunu və Azərbaycanın nəzarəti olmadan hava limanının istifadəsinin mümkün olmadığını bəyan edib.

Rusiya sülhməramlılarının yaxın 5 ildə funksiyalarını yerinə yetirəcəkləri Qarabağ ərazisinə daha qısa və rahat yolla çatması, həmçinin humanitar yüklərin daşınması, qoşunların təminatı üçün gərəkən maddi vəsaitlərin çatdırılması üçün yaxında yerləşən hava limanına ehtiyacları var. Lakin buna baxmayaraq Xocalı aeroportunun Rusiyanın və ermənilərin istismarına vermək Azərbaycan üçün qırmızı xətlərdən biridir.

Ədalət Verdiyev: “Bizim Xocalı aeroportu ilə bağlı verdiyimiz bəyanat müharibədən əvvəlki dövrü əhatə edirdi. Hazırkı dövrdə isə reallıqlar tamamilə başqadır”.

Mən düşünmürəm ki, Rusiya sülhməramlıları Azərbaycanın razılığı olmadan həmin ərazidə hava limanı aça bilərlər. Rusiya Azərbaycanın razılığı olmadan bənzər digər fəaliyyətləri də həyata keçirə bilməz. Bu barədə mənim böyük şübhələrim var. Amma zaman və reallıqlar dəyişir.

Xatırladım ki, bizim Xocalı aeroportu ilə bağlı verdiyimiz bəyanat müharibədən əvvəlki dövrü əhatə edirdi. Hazırkı dövrdə isə reallıqlar tamamilə başqadır. Yenə də bu aeroportun açılması ilə bağlı indiyə qədər biz 5 dəfə Ermənistan tərəfinin anonsuna rast gəlmişik. Ancaq verilən anonslar göstərilən vaxtda hələ ki, özünü doğrultmayıb. Bu dəfəki verilən bəyanatın da növbəti yalan xəbər olduğu qənaətindəyəm”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar