Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Ukraynanı niyə unudub? 

Myanmadakı hərbi çevriliş ABŞ-ın diqqətini Çinə cəmləyib...

Sergey QALAKA - amerikanşünas, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun professoru

“Apostrof”, Ukrayna, 05 fevral 2021-ci il

04 fevralda ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonun aktual beynəlxalq gündəliyini bəyan etdi. Öz çıxışında o, Kreml lideri Vladimir Putinin hər hansı bir miqyaslı qarışıqlıq yaratdığı halda, Rusiyanı sərt tədbirlər görüləcəyilə təhdid edərək, bu ölkədən bəhs etdi.

Xarici siyasət gündəliyi haqqındakı çıxışında Bayden yalnız Rusiyanı təhdid etməyib, eyni zamanda Amerikanın lider qismində dünya siyasətinə qayıtdığı haqqında siqnal da verib. Bu, başlıca mesajdır. Sonra müttəfiqlərlə normal münasibətlərin qurulmasından bəhs edib. Baydenin Rusiyaya onun nazı ilə oynamayacağı, sərt hərəkət edəcəyi haqqında siqnal verməsi və konkret Aleksey Navalnı işini dilə gətirməsi mühümdür.

Rusiya ilə bağlı deməliyik ki, artıq yeni sanksiyalar paketi Senatda “gəzir”. CNN məlumat verib ki, Omskda Navalnını müalicə edən həkim ölüb. Yəni, bütün izlər silinir. Bu da Rusiya ilə münasibətlərdə kəskinliyi artira bilər. “Noviçok”dan istifadə edilməsi “Kimyəvi silahların və onlardan istifadənin qadağan olunması” haqqında konvensiyanın pozulmasıdır. Rusiya bəyan etmişdi ki, onun bütün tələblərini yerinə yetirib, əslində isə işlər davam etdirilir. Bu, onun ilk dəfə Böyük Britaniyanın – ABŞ-ın NATO üzrə müttəfiqinin ərazisində istifadə edilməsi faktı ilə birlikdə, vəziyyəti dramatikləşdirir.

Ancaq problem ondadır ki, hazırda demokratların əl-qolu daxili məsələlərlə bağlanıb. İndi hökumətin təsdiqi prosesi gedir. Bu da Senat müzakirələrindən keçməlidir.

İkinci daxili məsələ, COVİD-19-dan əziyyət çəkən şəxslərə – aztəminatlı ailələrə, işini itirən amerikalılara, xəstələrə yardım paketinin verilməsi və peyvəndləmədir. Demokratlar 1,9 trilyon dollar üçün təkid edirlər, ancaq respublikaçılar 600 milyard təklif edirlər. Və bununla bağlı böyük mübahisələr gedir.

Düşünmürəm ki, amerikanlar indi Rusiyaya qarşı radikal hərəkət edəcəklər. Radikal hərəkət dedikdə, birincisi, SWIFT-dən ayırma nəzərdə tutulur, çünki rusların anoloji sistemi “Мир” onu əvəzləyə bilməz.

İkincisi, neft embarqosudur, bu, praktiki müharibə elanıdır. Lakin bu, hadisələrin dramatik inkişafı, məsələn, yeni miqyaslı təcavüz halında mümkündür.

ABŞ həmçinin xəbərdarlıq edib ki, Rusiyanın öz daxili işlərinə birbaşa və ya internet vasitəsilə müdaxilə etməsinə imkan verməyəcək.

Bayden hazırda kadr və maliyyə məsələlərilə məşğuldur. Və ölkəni necə “tikəcəyini” düşünməlidir. Yəni, sərt sanksiyalar hər hansı bir vacib tətikləyici hadisə olduğu halda tətbiq olunacaq.

Lakin mən, Rusiya tərəfindən hər hansı bir kəskin hərəkətin olacağını öncədən görə bilmirəm – proqnozlaşdırmıram. O da var ki, biz orada kimin başında nə fikir olduğunu bilə bilmərik. Düzdür, Vladimir Putinə xəbərdarlıq ediblər, lakin o, bəzən özünü “düşüncəsiz” aparır.

Amerikan siyasətçiləri danışıqlar prosesində xallar yığmaq üçün Rusiyadakı hər hansı bir daxili problem, o cümlədən etiraz hərəkatları zamanı saxlanılanlar haqqında danışacaqlar. Lakin sərt hərəkətlər olmayacaq. Fərdi sanksiyalar olacaq. Ancaq onlar, hələ ki, Putinin yaxın ətrafına toxunmurlar. Yeganə istisna hal Oleq Deripaska olub. Ona hər tərəfdən basqılar hələ Obama dövründən başlayıb. Bu, bütün rus oliqarxlarına siqnal idi. Lakin indi bütün bunlar zəifləyib.

Bu səbəblə, öncəliyi AB və Asiya üzrə müttəfiqlər, həmçinin Çinlə münasibətlər təşkil edəcək. Hazırda ABŞ üçün Myanma daha vacibdir, belə ki, o, hələ Obama, hətta kiçik Buş dövründən Çin ətrafındakı dairəni qapadırdı və Pekinə edilən təzyiqin tərkib hissəsi idi. Çin oradakı hərbi çevrilişdən yararlandı, hətta ola bilər ki, onu təhrik etdi. Və bu, amerikanları çox qəzəbləndirib. Əgər Çin Myanmada dərin liman tikərsə və Hind okeanına çıxış əldə edərsə, Vaşinqtonun Pekinə təzyiq etməsi çətinləşəcək.

Çinə münasibətdə Donald Trampın başlatdığı siyasət davam edəcək, lakin ona danışıqlara hazırlıq əlavə ediləcək – qapılar açıq qoyulacaq. Tramp “America – first” dedikdən sonra Çin dünya liderliyini ələ keçirməyə cəhd etdi. 2018-ci ildə çinlilər Davosda bəyan etdilər ki, əgər ABŞ hazır deyilsə, biz hazırıq. Ola bilsin, tələsdilər, lakin Çin bu illər ərzində xallar yığdı. Çinlilər həm iqtisadi baxımdan, həm də pandemiyaya görə vəziyyətdən daha yaxşı çıxırlar. Qüvvələr nisbətinin dəyişməsi açıq şəkildə ABŞ-ın xeyrinə deyil. Bu, narahat edir və onun kompensasiya edilməsi üçün burada daha çox cəhd ediləcək.

Bayden öz çıxışında ümumiyyətlə Ukraynadan bəhs etmədi. O, seçkilərdə qalib gələn kimi, mən həmən demişdim ki, 2021-ci ilin payızınadək Ukrayna, tam dəqiq olaraq, öncəlik təşkil etməyəcək. O vaxtadək ABŞ iqtisadi perspektivlə, peyvəndləmə ilə, Çin və Rusiya üzrə mövqeyinin müəyyən olunması ilə bağlı öz problemlərini həll edəcək. Amerikanlar yazırlar ki, Krım platformasının görüşü ilkin olaraq avqust ayına təyin olunub. Bu, Ukrayna məsələsinin yenidən müzakirəyə qaytarılması üçün ciddi tətikləyici ola bilər. Ukrayna hazırda ABŞ üçün nəinki ikinci, heç üçüncü səviyyli problem də deyil.

Zelenski Baydeni Ukraynaya səfərə dəvət edib. O da hər şeyi atıb gələcək. Zarafat edirəm. Yayadək, heç olmasa, Dövlət katibi gələrsə, bu, çox yaxşı, simvolik bir səfər olardı. Entoni Blinken, bizim Xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığında deyib ki, ölkələrimiz arasında münasibətlərin yeni formatı, hələ ki, nəzərdə tutulmayıb. Buna görə də uzaqmənzilli kəşfiyyat PUA-ları “Hawk”-lar uçacaq və ayda bir dəfə Qara dənizə qanadlı raketlər daşıyan, – yəqin ki, nüvə başlıqlı, – növbəti esmines daxil olacaq. ABŞ öz varlığını nümayiş etdirəcək. Ancaq hələ ki, olanların hamısı elə bunlardır.(Tərcümə Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar