Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncənin icra başçısı axtarılır

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov əvvəllər hər həftə vətəndaşlarla onlayın görüşüb, təklif və problemləri dinləyir, onların həlli istiqamətində müvafiq tapşırıqlar verirdi(?). Ancaq son bir ayda nələrsə baş verir…Sanki bütün bu addımlar kampaniya xarakterli imiş…

PİA.az-ın məlumatına görə, sözdə sürətlə inkişaf edən Gəncə şəhərinin Məmmədtağı Cəfərov küçəsinin bir qrup sakini şikayət məktubu ünvanlayıb. Şikayətçilər qeyd edirlər ki, yaşadıqları ərazi kanalizasiya sullarına qərq olmaqla yanaşı, həm də zibil poliqonuna çevirilib. Hələ bu azmış kimi ağası Ağalar olan “Azəraqrartikinti”ASC tərəfində küçəyə yenicə çəkmiş yol çöküb, kanalizasiya xəttləri isə dağılıb. Hazırda sözügedən ərazidə baxımsızlıq ücbatından ekoloji fəlakət yaşanır.

Yaşayış massivindəki zibil və digər tullantıların təmizlənməsinə məsul olan Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi İlham Quliyev də elə icra başçısı Niyazi Bayramov kimi sanki bir anda yoxa çıxıb. Küçə sakinləri isə günün günorta çağı əllərində çıraq şəhərin rəhbər şəxslərini axtarırlar. Hələ ki,gördüm deyən olmayıb.

Görünüən odur ki, güllələnən sabiq icra başçısı Elmar Vəliyevlə indiki Niyazi Bayramovun sakinlərin problemlərinin həllinə olan münasibətlərinin mahiyyət etibarı ilə heç bir fərqi yoxdur. Niyazi Bayramov və onun ətrafında formalaşıdrdığı komanda kiməsə o qədər arxayınlaşıblar ki, hətta Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini unudaraq, zidd davranışlardan belə çəkinmirlər.

Mövcud problemlərin fonunda bir məqam xüsusi ilə diqqətdən qaçmamalıdır. Necə olur ki,hər il cənab Prezident Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə milyonlarla manat vəsait ayırır,amma dəyişən heç nə yoxdur. Ən azı 10 ildir ki, Avropa şəhərlərinin həsəd apardığı Gəncənin tozlu, palçıqlı, çala-çuxurlu küçələri düzəlmir ki,düzəlmir. 4-5 mərkəzi prospekt və küçəni çıxma şərti ilə…

Bir sözlə, Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, küçələrin əsaslı təmiri , işıqlandırma sistemlərinin yenilənməsi, əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan müxtəlif təyinatlı texnikaların alınması üçün milyonlarla manat vəsaitlər ayrılsa da, şəhər zibil əlindən batıb gedir.

Bu zaman sual yaranır. Görəsən, Gəncənin abadlaşmasına ayırılan milyonlarla vəsait necə xərclənib ki, şəhərin mərkəzi yolları, eləcə də yerli əhmiyyətli infrstuktur sahələri məhv olumaqdadır?

Yoxsa, kefkomluğu ilə Mingəçevirdə və Gəncədə ad çıxarmış istirahət həvəskarı olan icra başçısı Niyazi Bayramovun bu biabırçılıqlardan xəbəri yoxdur?

Niyə məsul şəxslər adı qalmaqallarda hallanan “Azəraqrartikinti” ASC-nin çəkdiyi yol və kanalizasiya xəttlərinin keyfiyyətsizliyinə göz yumublar?

Bəlkə oliqarx deputat Ağalar Vəliyevlə əlbir olub pulları təbir ilə ovlamısınız?

Əgər bütün bu sadalananlar yoxdursa, niyə Məmmədtağı Cəfərov kücəsində yol çökməli və ərazi zibil poliqonuna, infeksiya mənbəyinə çevrilməlidir?

…Suallar çox, cavablar yox…Amma məmurlar və məmurcuqlar bilməlidir ki, onlar yaxın zaman kəsiyində bütün suallara cavab verəcəklər. Elə Gəncəni inkişaf adı altında qazmalar şəhərinə çevirən icra başçısı Niyazi Bayramov da…

Məmmədtağı Cəfərov küçəsinin sakinləri inanır və ümid edirlər ki, onların səsini lap yuxarılarda eşidən olacaq…Ən azından həmşəhərliləri olan Hikmət Hacıyev də…

Redaksiya olaraq qeyd edək ki, mövcud vəziyyətlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin mətbutla “işləyən” “böyük adamı” Həsən müəllimə ulaşmaq cəhdimiz isə nəticəsiz qaldı. Buna baxmayaraq yazıda adıkeçən qurumların mövqeyini dərc etməyə hazırıq.

Hovuzda üzmək həvəskarı olan, sahibkarlar arasında “yumşaq tikan” adlandırılan İcra başçısı Niyazi Bayramovun Mingəçevir və Gəncə macəraları haqqında daha maraqlı və qanun pozuntularının yer aldığı geniş materialı növbəti saylarımızda dərc edəcəyik…(Kanal32.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar