Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsmanın əməkdaşları bir sıra rayonların polis şöbələrində nöqsanlar aşkarlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Gəncə Şəhər Baş Polis İdarəsinin, Samux, Göygöl, Oğuz, Qəbələ, AstaraSiyəzən rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən verilən xəbərə görə, başçəkmələr çərçivəsində müvəqqəti saxlama yerlərinin kameralarına, istintaq, tibb, ibadət, görüş otaqlarına, mətbəxinə, gəzinti sahələrinə baxış keçirilib, qidalanma, sovqat qəbulu, telefon danışıqları, görüşlərin verilməsinə dair vəziyyət araşdırılıb.

Saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin yerlərdə saxlanılanlar fərdi qaydada qəbul edilib, hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb. Həmçinin saxlanılan şəxslərin şəxsi işlərinə və müvəqqəti saxlama yerlərində saxlanılanların qeydiyyat kitablarına baxışlar keçirilib.

Gəncə ŞBPİ-nin MSY-də kameraların müntəzəm olaraq rütubət olmasına görə aşınmalara məruz qaldığı, bu səbəbdən müəssisədə əsaslı təmir işlərinə ehtiyac olduğu müşahidə edilib. Həmçinin sovqat qəbulunun təşkili üçün müəssisənin zəruri inventarlarla təmin olunmadığı müəyyən edilib.

Qəbələ RPŞ MSY-ə başçəkmə zamanı tutulmuş və ya həbs edilmiş şəxslərin ilkin müayinəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.04.2013-cü il tarixli, 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması qaydaları”nın 2.1-ci hissəsinə zidd olaraq ixtisasca feldşer olan şəxs tərəfindən həyata keçirildiyi müşahidə edilib.

Astara RPŞ MSY-nin kameralarına baxış keçirilərkən saxlanılan şəxslərin hüquq və vəzifələrini göstərən lövhələrin mövcud olmadığı, bir neçə kamerada isə şəraitin yaxşılaşdırılmasına ehtiyac olduğu müşahidə edilib.

Başçəkmələrin yekununda müvəqqəti saxlama yerlərinin rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbət aparılıb, milli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə əlaqədar göstərilən nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr verilib, həmçinin COVID-19 pandemiyasına qarşı mübarizədə xüsusi karantin rejimi dövründə bütün sanitar-gigiyenik qaydalara əməl olunmasının zəruriliyi diqqətə çatdırılıb.

Başçəkmələrin nəticələri ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar