Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Entoni Blinkenə yaşıl işıq yandırıldı: Çinlə buzlaşma dövrünə davam, İranla yeni səhifə açılır...

Gennadi Petrov
“Nezavisimaya qazeta”, 27.01.2021

ABŞ Konqresinin Senatı rahatlıqla Entoni Blinkeni dövlət katibi vəzifəsinə təsdiqləyib. Amerika diplomatiyasının yeni rəhbərinin ilk açıqlamaları və təklif olunan kadr qərarları Co Bayden rəhbərliyinin yaxın gələcəkdə xarici siyasət kursunun necə olacağını qiymətləndirməyə imkan verir. Dövlət Departamentində ABŞ-ın İranla münasibətlərinə Barak Obama administrasiyasında nüvə sazişini hazırlayan qrupun nəzarət edəcəyi gözlənilir. ÇXR və Rusiya Federasiyası ilə münasibətlərə gəlincə, Bayden və Blinken fasilə verməyə qərar verib.

78 senator Blinkenin dövlət katibi vəzifəsinə təsdiqlənməsinə səs verib. Cəmi 22 nəfər təsdiqləməyə qarşı çıxıb. Blinkendən fərqli olaraq, Donald Trampın iki dövlət katibi Reks Tillerson və Maykl Pompeo tamamilə fərli münasibətlə qarşılaşıb. Hər ikisi təsdiqlə bağlı ciddi problemlərlə qarşılaşıb.

Blinken həm demokratlara, həm də respublikaçıların əksəriyyətinə uyğun namizəddir. “Dövlət katibinə ehtiyacımız var. “Budur iş üçün uyğun adam”, – bunu Xarici İşlər Komitəsindəki respublikaçıların rəhbəri senator Ceyms Riş deyib.

Entoni Blinkeni dəstəkləyənlər arasında bir vaxtlar Tillersonun təsdiqini ala bilmədiyi və sonralar Trampın xarici siyasətinin qatı dəstəkçisi olan Marko Rubionun olması təsirlidir. Respublikaçı senator Lindsi Qraham da yeni dövlət katibi barədə müsbət danışıb. Halbuki Yaxın Şərqlə bağlı açıqlamaları ona Tramp komandasının ən sadiq xarici siyasət “şahinlər”indən biri ünü qazandırıb.

Yeni dövlət katininin asanlıqla təsdiqlənməsinin sirri Senat kuluarlarında və daha əvvəl namizədliyini təqdim edərkən, verdiyi açıqlamalardır. Çoxsaylı proqnozların əksinə olaraq, Dövlət Departamentinin yeni rəhbəri Pompeo və Trampın xarici siyasət irsinin təftişçisi kimi çıxış etməyib. Blinken ABŞ-ın Avropa İttifaqı ilə münasibətlərinin necə dəyişəcəyinə dair az danışıb. Bayden avropalıların çox gözlədikləri Paris iqlim müqaviləsinə qayıtmaq haqqında fərman imzaladıqdan sonra Ağ Ev bunun Aİ ilə münasibətlərdə dəyişiklik üçün kifayət edəcəyi qərarına gəlib.

Ancaq Asiyada Blinken, demək olar ki, xarici siyasətinin üç əsas məqamında Trampı qeyd-şərtsiz dəstəkləyib.

Birincisi, o, Çini ABŞ üçün “əsas təhlükə” adlandırıb və bununla da ÇXR ilə münasibətlərdə “buzlar”ın Bayden dövründə dərhal əriməyə başlayacağı ilə bağlı ehtimalları təkzib edib.

İkincisi, Blinken Amerika səfirliyinin Qüdsdə qalacağını açıq şəkildə təsdiqləyib, yəni yeni rəhbərlik bu şəhəri İsrailin paytaxtı kimi tanımaqdan imtina etməyəcək.

Üçüncüsü, Dövlət Departamenti Trampın yəhudi dövlətini Ərəb dünyasında tanıma səylərini davam etdirmək niyyətindədir.

Fevralın 5-də sona çatan Strateji Hücum Silahlarının azaldılması və məhdudlaşdırılması üçün Tədbirlərə dair Rusiya-Amerika Müqaviləsini uzatma qərarı Blinkenin təsdiqinə təsir etməyib. Əlbəttə, prezident Trampın silahlara nəzarət üzrə xüsusi elçisi Marşall Billinqsli onu tənqid edib: “Twitter”-də o, Ağ Evi “Rusiyaya təsir edən ən mühüm təsir alətlərini israf etməkdə” günahlandırıb.

Ancaq bütövlükdə, Bayden komandasının bu addımı sələfinin siyasətinin inqilabi olaraq rədd edilməsinə bənzəmir.

Rusiya Elmlər Akademiyası ABŞ və Kanada İnstitutunun baş tədqiqatçısı Vladimir Vasilyevin “NG”-yə verdiyi şərhdə qeyd etdiyi kimi, Tramp Strateji Hücum Silahlarının azaldılması və məhdudlaşdırılması üçün Tədbirlərə dair Rusiya-Amerika Müqaviləsindən qeyd-şərtsiz çıxma xəttini tədricən yenidən nəzərdən keçirirdi. Əvvəlcə Amerika lideri büdcənin müqavilədən çıxma ilə bağlı müdafiə xərclərinin kəskin artmasına dözə biləcəyinə inanırdı. Pandemiya batından iqtisadiyyatda problemlər artdıqca bu artıq şübhə doğurub.

Rusiya ilə əlaqəli və Çinə münasibətdə, Blinkenin sözlərinə görə, ABŞ ölçülü əməkdaşlığa sadiq qalacaq: yalnız müəyyən sahələrdə qarşılıqlı əlaqə qurulacaq. Rusiya Federasiyasına münasibətdə bu, silahlara nəzarətdir.

Əks təqdirdə, Bayden rəhbərliyi yenə də məlumat toplamaq və Rusiyanın yaratdığı təhdidləri qiymətləndirməyə yönəlir. Bütün bunlar geniş qarşılıqlı güzəşt siyasətindən, oğul-Buş və Barak Obamanın hakimiyyətə başladığı iki ölkənin liderləri arasında şəxsi əlaqələrin qurulmasından çox fərqlidir.

Sıfırlama konturlarının aydın göründüyü yer – İranla münasibətlərdir. Tezliklə bunun başlanacağı lehinə olan dəlil Robert Mallinin Dövlət Departamentinə təyin olunmasıdır. Obamanın dövründə o, nüvə sazişi ideyasının müəlliflərindən və inkişaf etdiricilərindən biri idi və indi Amerika xarici siyasətinin İran istiqamətinin kuratoru ola bilər.

Malli İsraildə birmənalı qarşılanmır. Ancaq orada ABŞ-ın nüvə sazişinə qayıtma fikri ümumiyyətlə, mənfi qarşılanır, baxmayaraq ki, Bayden Obama dövründəki razılaşmaya avtomatik qayıdacağını vəd etmir.

Beləliklə, prezident, Tehranın fikrincə, ümumiyyətlə, müzakirə mövzusu olmayan bir mövzu – İran raket proqramı ilə bağlı danışıqlara hazırdır. Ancaq indiyə qədər İran gözləmə mövqeyi tutub. “Biz tələsmirik. Birləşmiş Ştatlar hansı addımları atmaq istədiyinə özü qərar verməlidir”. Bunu İranın BMT-dəki daimi  nümayəndəsi Məcid Təxt-Rəvançi bildirib.

Tərcümə: Strateq.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar