Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Transatlantik mühitdə nələr baş verir? - Yeni “Soyuq Müharibə” dövründə Bayden Trampdan nəylə fərqlənəcək?

ABŞ qanun, demokratiya və s. prinsiplərə əsaslanaraq dünyaya bir nizam vermək, yəni dünyaya müdaxilə etmək haqqına sahib olduğunu düşünür. Bunu viran olmuş İraq, Əfqanıstan və Liviyadan bilirik. Əslində Bayden də üstü şəkərlə örtülmüş zəhərli bir iqtidarı təmsil edir...

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 28 yanvar 2021-ci il

ABŞ-da hakimiyyətə gələn Co Bayden dünyaya iki simasını nümayiş etdirir. Bu simalardan birincisi olduqca “sevimli” və inandırıcıdır. Dünyanı əhatə edən iqlim və ətraf mühit təhlükəsini önə çəkir. Yaşıl enerji üçün geniş zəmin yaradır. Digər tərəfdən də cinsiyyətçi, etnik və irqi ayrı-seçkiliyə etiraz edir, dini məzhəbçiliyə qarşı çıxır. Hüquq və demokratiyanın önəmini vurğulayır. Bu liberal siması ilə “orta sinif solçuların” dəstəyini alır.

Ancaq bütün məsələ bu “yumşaq güclə” yalnız bununla məhdudlaşmır. Baydenin arxasında həm də neoconlardan gələn bir “sərt güc” durur. Oğul Buşun Respublikaçı olmasına baxmayaraq, Baydenlə bənzər bir profilə sahib olması olduqca düşündürücüdür. Bu, liberal ABŞ-la neocon ABŞ-ı birləşdirən qəribə bir mənzərədir.

Əslində, ABŞ hər iki siması ilə aşınmış və sarsıntı keçirən “dünya hegemonluğunu” bərpa etmək istəyir. Qanun, demokratiya və s. prinsiplərə əsaslanaraq dünyaya bir nizam vermək, yəni dünyaya müdaxilə etmək haqqına sahib olduğunu düşünür. Bunu viran olmuş İraq, Əfqanıstan və Liviyadan bilirik. Əslində Bayden də üstü şəkərlə örtülmüş zəhərli bir iqtidarı təmsil edir.

Bayden və komandasının açıqlamalarından dünyanı yeni bir “Soyuq Müharibə” dövrü gözlədiyi anlaşılır. Köhnə ssenarilər seçki qutularından bir-bir çıxarılaraq ortaya atılır. Rusiyada baş verənlər də bunun bir əlaməti sayıla bilər. Soyuq müharibə dövründə olduğu kimi, ABŞ Rusiyanı bir “Dəmir Pərdə” regionu kimi görməyə davam edir. Putini korrupsiya, avtoritarizm və qanunsuzluq vasitəsilə vurmaq istəyir. Əlbəttə ki, Putinin günahsız olduğunu iddia etmirik. Lakin bir mövzuda irəli sürülən “doğruları” qəbul etməzdən əvvəl o doğruların hansı “yalanlarla” həyata keçirildiyinə nəzər salmalıyıq.

Bayden saxta bir Qərb ittifaqını dəstəkləyir. Transatlantik münasibətləri də bunu açıq şəkildə ortaya qoyur. ABŞAvropaNATO nizamında birləşdirmək istəyir. Bu da yenə tipik bir Soyuq Müharibə baxışıdır. Ancaq bütün bunlar təcrübədən keçmiş amillərdir. Vəziyyət II Dünya müharibəsindəki şərtlərdən tamamilə fərqlidir. Üstəlik, qütbləşmiş ştatlara və ictimai rəylərə baxdıqda Amerika Birləşmiş Ştatlarının artıq nə dərəcə “birləşmiş” olduğu da şübhə altında qalır.

İndiki mərhələdə ABŞ deyəndə nəyin nəzərdə tutulduğu da ciddi şəkildə müzakirə edilir. Ölkənin 1776-cı ilin ABŞ-ı, yoxsa 1871-ci ilin ABŞ-ı olub-olmaması bu gün ictimai problem kimi qarşımızda durur. Aydındır ki, bu, quruculuq qanunu ilə bağı bir mübahisədir və hər gün səngimədən daha da alovlanır. Həmin iddianı AB-yə də aid edə bilərik. Avropa “Birliyi”nin də nə dərəcə birlik olduğu müzakirə olunur. Düşünürəm ki, AB açıq şəkildə etiraf etməsə də, Fransa ilə Almaniya arasındakı ziddiyyət getdikcə dərinləşir. Fransa nüvə əsaslı hərbi gücünü mərkəzləşdirərək AB liderliyini ən azı 2045-ci ilə qədər “ordusuz” qalmağa məhkum olan Almaniyanın əlindən almaq istəyir. Almaniyanın yaşadığı iqtisadi tənəzzül və daralma prosesi də Fransaya təqdim olunmuş bir qızıl fürsət kimidir. Fransa bunu əlindən qaçırmaq istəmir. Məqsədi AB siyasətlərini öz maraqlarına uyğun olaraq NATO vasitəsilə Afrikaya və Şərqi Aralıq dənizinə yaymaqdır. Almaniya kimi Şərqi Avropa və Balkanlarla əlaqəsi yoxdur.

Tramp Fransanın Afrikadan silinməsini istəyirdi. Ancaq Baydenin xarici siyasət təşəbbüslərində AFRICOM ABŞ-ın Avropa Komandanlığına və CENTCOM-a bağlanmış vəziyyətdədir. Bu da Şərqi Aralıq dənizindəki Türkiyə ilə bağlı bir məsələdir.

Bir sözlə, Transatlantik quruluş, əsasən ABŞ-Fransa əməkdaşlığını mərkəzdə tutaraq inkişaf edir. Buraya Yunanıstan, Misir, Səudiyyə Ərəbistanı, BƏƏ və əlbəttə ki, İsrail daxildir. Almaniya bir tərəfdən Şərqi Avropa, Balkanlar və Ukraynada Rusiya ilə rəqabətdədir. Digər tərəfdən isə Rusiya ilə iqtisadiyyat və enerji məsələsində uzlaşmaq məcburiyyətindədir. Bu gərginlik Almaniyanı çətin vəziyyətdə qoyur. Almaniyada yaxın gələcəkdə siyasətin necə formalaşacağı da çox vacib məsələdir. ABŞ-ın Almaniyadakı təzyiqi nəticə versə, Almaniya xeyli zəifləyəcək. Lakin elə olmasa, Almaniya Rusiya ilə daha sıx əməkdaşlıq qura bilər. Bu da Almaniya ilə ABŞ arasındakı gərginliyi artıracaq. Bu qiymətləndirməni yaxın zamanda Almaniya-Türkiyə münasibətlərində daha dəqiq görə bilərik. Almaniya Fransa-Yunanistan və ABŞ arasında artan və Türkiyəni sıxışdıran siyasəti təsdiqləmir. Ərdoğan-Merkel arasında münasibətlər yaxşılaşır, danışıqlar artır. Almaniyanın xarici işlər naziri Türkiyəyə gəlir. Müxalif Can Dündar 15 İyulla bağlı bir sənədli film çəkir və FETÖ-dən sərt tənqidlərə məruz qalır. Nüfuzlu “Süddeutsche Zeitung” qəzetində FETÖ, hətta İlluminati təşkilatından daha təhlükəli bir quruluş kimi qəbul edilir.

Bir sözlə, Transatlantik quruluşunda gərginlik hökm sürür. Buna görə də, Almaniya-Fransa, Almaniya-Amerika Birləşmiş Ştatları, Almaniya-Rusiya və əlbəttə ki, Almaniya-Türkiyə arasındakı prosesi çox ciddi şəkildə izləmək lazımdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar